Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FEBROFID 25MG 30GR GEL

Məhsul Kodu : 111-14768
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FEBROFİD, 2,5% xaricə istifadə üçün gel

FEBROFİD tərkibi

Təsiredici maddə: 100 q gelin tərkibində 2,5 q ketoprofenin lizin duzu vardır.

İstifadəsinə göstərişlər

Febrofid® aşağıdakı hallarda yerli simptomatik müalicə üçün istifadə edilir: - beldə ağrılar, nevralgiyalar, mialgiyalar; - dayaq-hərəkət sisteminin degenerativ-iltihabi xəstəlikləri (artrit, bursit, sinovit, tendinit, lümbaqo); - idman travmaları daxil olmaqla fəsadlaşmamış travmalar, çıxıqlar, bağların və ya vətərlərin qırılması, qansızma, posttravmatik sindrom zamanı ağrılar; - venaların (flebit, periflebit), limfatik damarların, limfatik düyünlərin (limfangi t, səthi limfadenit) iltihabi xəstəliklərinin köməkçi müalicəsi kimi.

Əks göstərişlər

- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. - Anamnezdə fotosensibilizasiya. - Məlum yüksək həssaslıq reaksiyaları, məsələn, bronxial astma simptomları, ketoprofenin, fenofibratın, tiaprofen turşusunun, asetilsalisil turşusunun və ya digər QSİƏP-in istifadəsindən sonra allergik rinit. - Ekzema və ya çivzə və dərinin iltihabi xəstəlikləri kimi dəri dəyişiklikləri və açıq yaralar.

- Anamnezdə Ketoprofenin, tiaprofen turşusunun, fenofibratın və ya UB filtrlərin və ya parfümeriyanın istifadəsindən sonra allergik dəri dəyişiklikləri. - Müalicə dövründə və preparatın istifadəsi dayandırıldıqdan sonra 2 həftə müddətində h ətta hava buludlu olduqda belə, günəş işığının təsirinə, həmçinin solyaridə UB şüaların təsirinə məruz qalmaq. - Hamiləliyin üçüncü trimestri. - 15 yaşa qədər uşaqlarda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik Ketoprofenin xarici istifadəsinə dair klinik məlumat yoxdur. Aşağıda ketoprofenin sistem təsirinə dair məlumatlar verilmişdir. Hamiləliyin birinci və ikinci trimestri Hamiləlik zamanı ketoprofenin istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir, hamiləliyin birinci və ikinci trimestrində ketoprofenin istifadəsindən qaçmaq lazımdır.

Hamiləliyin üçüncü trimestri Hamiləliyin üçüncü trimestrində ketoprofen daxil olmaqla, prostaqlandin sintezinin bütün inhibitorları döldə miokardın, ağciyərlərin və böyrəklərin toksik zədələnməsinə səbəb ola bilər. Hamiləliyin sonunda anada və uşaqda qanaxma vaxtının uzanması baş verə bilər. Bununla bağlı olaraq, hamiləliyin üçüncü trimestrində ketoprofenin istifadəsi əks göstərişdir. Laktasiya dövrü Ketoprofenin ana südünə nüfuz etməsinə dair məlumat yoxdur.

Laktasiya dövründə Febrofid® preparatının istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

FEBROFİD istifadə qaydası və dozası

Febrofid® preparatını həkimin tövsiyələrinə uyğun olaraq istifadə etmək lazımdır. Nəyəsə şübhə olarsa, həkimlə məsləhətləşmək lazımdır. Xaricə, dəriyə istifadə üçün gel. Böyüklər: az miqdarda gel gündə 2-3 dəfə dərinin zədələnmiş, ağrılı sahəsinə yaxılır və bir neçə dəqiqə ərzində sürtülür.

Əgər müalicə olunan nahiyə əllər deyilsə, gelin istifadəsindən sonra əlləri diqqətlə yumaq lazımdır. Müalicə 1 həftədən artıq davam etməməlidir. Uşaqlar: uşaqlarda ketoprofenin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Gel şəklində Febrofid® preparatı 15 yaşdan aşağı uşaqlarda istifadə edilməməlidir.

Febrofid® preparatının istifadəsi buraxılarsa Əgər preparat dəqiq təyin edilmiş vaxtda istifadə edilməzsə, onu mümkün qədər tez istifadə etmək (əgər preparatın növbəti istifadə vaxtına kifayət qədər çox vaxt qalmışdırsa) və ya preparatın müntəzəm istifadəsini davam etdirmək lazımdır. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.