Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq. natrium diklofenak vardır.
Felogel aşağıdakı hallarda göstərişdir: burxulma, dartılma, əzilmə və bel nahiyəsində ağrı ilə şərtləndirilmiş vətərlərin, oynaq bağlarının, əzələlərin və oynaqların travmaları zamanı (idman travmaları); oynaqdankənar revmatizmin lokallaşmış formalarında – vətərlərin iltihabı (məsələn, “tennisçi dirsəyi”), bursitlər (oynaq ətrafında ağrı və ödem), çiyin-qol sindromu, periartropatiya; degenerativ oynaq xəstəliklərinin lokallaşmış formalarında, məsələn, periferik oynaqların və onurğanın osteoartriti.
Preparatın təsiredici maddəsinə və ya digər komponentlərinə qarşı yüksək həssaslıq («Tərkibi» bölməsinı bax); asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı hiperhəssaslıq ilə astma tutmaları, övrə və ya kəskin allergik zökəm əlamətləri; 14 yaşa qədər uşaqlar; hamiləliyin son 3 ayı.
Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olmaq ehtimalınız varsa və ya hamilə olmağı planlaşdırırsınızsa, dərman preparatını istifadə etməzdən əvvəl həkiminizlə və yaxud əczaçı ilə məsləhətləşin. Hamiləliyin ilk aylarında və laktasiya dövründə, həmçinin hamiləliyin son 3 ayında Felogel preparatını istifadə etmək olmaz.
Felogel dəri səthinə tətbiq olunur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Dərman preparatını içlik vərəqədə qeyd edilən kimi və ya həkiminiz və ya əczaçı təyin etdiyi kimi istifadə edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçıdan soruşun. Felogel aşağıda qeyd olunan şəkildə dəri səthinə istifadə olunur: Böyüklər və 14 yaşdan yuxarı uşaqlar: gel zədələnmiş sahəyə gündə 3-4 dəfə yaxılır və tam şəkildə sorulana qədər ehtiyatla sürtülür. Gelin lazımi miqdarı zədələnmiş sahənin ölçüsündən asılıdır.
Məsələn, 2q gel (6 sm-yə yaxın zolaq) təxminən 400 sm2 bərabər sahənin gel ilə örtülməsi üçün kifayətdir. Hər istifadəsindən sonra əlləri yumaq lazımdır, əgər onlar istifadə sahəsi deyilsə. Müalicənin davametmə müddəti göstərişlərdən və əldə olunan effektdən asılıdır. Travma və yumşaq toxumaların revmatizmi zamanı, həkimin təyin etdiyi hallar istisna olmaqla, gel 14 gündən çox istifadə olunmamalıdır.
Artrit mənşəli ağrılarda (18 yaşdan yuxarı), həkimin təyin etdiyi hallar istisna olmaqla, gel 21 gündən çox istifadə olunmamalıdır. Qeyd olunan göstərişlərdə Felogel həkim təyinatı olmadan istifadə edilirsə, 7 gün ərzində pasiyentin vəziyyətində yaxşılaşma olmursa və ya pisləşmə müşahidə olunursa, həkimlə məsləhətləşmək lazımdır. 14 yaşa qədər uşaqlar: bu yaş qrupunda istifadəsi əks göstərişdir. Ahıl yaşlı pasiyentlər (65 yaşdan yuxarı): adi dozalarda istifadə olunur.
Əgər Felogel preparatının istifadəsini unutmuşsunuzsa Əgər preparatın istifadəsini unutmuşsunuzsa və növbəti dozanın vaxtı yaxınlaşıbsa, onu mümkün qədər tez istifadə edin. Növbəti istifadəsi zamanı dərman preparatının ikiqat dozasından istifadə etməyin. Əgər bu dərman preparatının istifadəsi ilə bağlı əlavə suallarınız yaranarsa, həkiminizdən və ya əczaçıdan soruşun. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçıdan soruşun.