Sevimlilərə əlavə edin
Paylaşın

Ferdalin Er 75 Mq N10 Tablet

Məhsul Kodu : 111-24933
İstehsalçı ölkə : Cenubi Koreya
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı


FERDALİN ER, örtüklü tabletlər


Ferdalin Er tərkibi


Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq eperizon hidroxlorid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, hipromelloza 2208, natrium nişasta qlikolyat, limon turşusu hidrat, kolloidal silisium dioksid, maqnezium stearat, ağ opadri 03B28796 (hipromelloza 2910, titan dioksid, polietilenqlikol 400).

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, miasteniya, hamiləlik və laktasiya dövrü, kəskin qaraciyər çatışmazlığı hallarında istifadəsi qadağandır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı təhlükəsizliyi təsdiqlənmədiyindən istifadəsi tövsiyə edilmir. Süd verən analarda qəbul zamanı uşaq üçün risk ola biləcəyi üçün müalicə dövründə ana südü ilə qidalanma dayandırılmalıdır.


Ferdalin Er istifadə qaydası, dozası


FERDALİN ER tabletləri təsiredici maddəni tədricən azad edir, ona görə də bütöv halda qəbul olunmalı, qırılmamalı və çeynənməməlidir. Böyüklər üçün adi doza gündə 2 dəfə yeməkdən sonra 1 tablet (75 mq) şəklindədir. Pasiyentin yaşına və klinik vəziyyətinə görə doza həkim tərəfindən tənzimlənə bilər.

Əlavə təsirləri:
Nadir hallarda şok və anafilaktik reaksiyalar, səpgi, qaşınma, ödem, təngnəfəslik müşahidə edilə bilər. Bəzi hallarda ciddi dəri reaksiyaları – Stivens-Conson sindromu və ya Layell sindromu mümkündür. Mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, qarında diskomfort, diareya və ya qəbizlik), sinir sistemi ilə bağlı hallar (başağrısı, yuxululuq, başgicəllənmə) müşahidə edilə bilər. Qaraciyər funksiyasına təsir edərək ALT, AST və ALP səviyyələrində yüksəlmə mümkündür. Sidik yollarında ləngimə və ya sidikqaçırma qeydə alına bilər. Ümumi əlamətlər kimi asteniyə, zəiflik, tərləmə və hipotoniya görülə bilər. Klinik tədqiqatlarda başgicəllənmə ən çox rastlanan əlavə təsir olmuşdur.

Buraxılış forması:
10 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti:
30°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunaraq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti:
Qablaşdırmada göstərilən tarixdən sonra istifadə olunmamalıdır.

Aptekdən buraxılma şərti:
Resept əsasında buraxılır.

İstehsalçı:
Aju Pharm Co., Ltd. 23 Sandan-ro, 121 beon-gil, Pyeongtaek-si, Gyeonggi, Koreya.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24933

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce