Sevimlilərə əlavə edin
Paylaşın

Flaxidel 500 mq N5 tablet

Məhsul Kodu : 111-27151
Reseptlə satılır
0 Şərh Şərh
9,97 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Flaksidel, örtüklü tabletlər

Flaksidel tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 250 mq və ya 500 mq levofloksasinə müvafiq olaraq  
levofloksasin hemihidrat vardır. 

Əks göstərişlər 

Levofloksasinə, digər xinolonlara və ya preparatın köməkçi maddələrinə qarşı yüksək 
həssaslıq 
epilepsiyalı pasiyentlər  
anamnezdə digər xinolonların qəbulu nəticəsində vətər zədələnməsi 
18 yaşa qədər uşaqlar və ya böyüyən yeniyetmələr 
hamiləlik 
laktasiya dövrü

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Hamilə qadınlarda levofloksasinin istifadəsinə aid məlumatlar məhdud dərəcədədir. Heyvanlar 
üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik ilə bağlı birbaşa və ya dolayı zərərli təsirin 
olmasını göstərmir. İnsanlara aid olan  və eksperimental məlumatların olmaması və böyüyən 
orqanizmdə oynaq qığırdağının xinolonlar ilə zədələnmə mümkün olduğu üçün levofloksasin 
hamilə qadınlarda istifadə  olunmamalıdır.  

Laktasiya 
Levofloksasin laktasiya dövründə əks göstərişdir. Levofloksasinin ana südünə ekskresiyası 
haqda kifayət qədər məlumat yoxdur, lakin digər flüorxinolonlar ana südünə  nüfuz edirlər.  
İnsanlara aid olan  və eksperimental məlumatların olmaması və  böyüyən orqanizmdə oynaq 
qığırdağının xinolonlar ilə zədələnmə mümkün olduğu üçün levofloksasin laktasiya  dövründə  
istifadə  olunmamalıdır.

İstifadə qaydası və dozası

Preparat yemək zamanı və ya qida qəbulları arasındakı fasilələrdə çeynəmədən, kifayət qədər maye ilə daxilə qəbul edilir. Doza infeksiyanın xarakterindən və ağırlığından, həmçinin güman edilən törədicinin həssaslığından asılı olaraq təyin olunur.Böyrək funksiyaları normal olan (kreatinin klirensi >50 ml/dəq) böyüklər üçün tövsiyə olunan doza:

  • Kəskin sinusit zamanı – 10–14 gün müddətində gündə 1 dəfə 500 mq

  • Xroniki bronxitin kəskinləşməsi zamanı – 7–10 gün müddətində gündə 1 dəfə 250–500 mq

  • Xəstəxanadankənar pnevmoniya zamanı – 7–14 gün müddətində gündə 1 və ya 2 dəfə 500 mq

  • Sidikçıxarıcı yolların və böyrəklərin fəsadlaşmamış infeksiyaları zamanı – 3 gün müddətində gündə 1 dəfə 250 mq

  • Sidikçıxarıcı yolların və böyrəklərin fəsadlaşmış infeksiyaları zamanı – 7–10 gün müddətində gündə 1 dəfə 250 mq

  • Bakterial prostatit zamanı – 28 gün ərzində gündə 1 dəfə 500 mq

  • Dərinin və yumşaq toxumaların infeksiyaları zamanı – 7–14 gün müddətində gündə 1 və ya 2 dəfə 250–500 mq

Kreatinin klirensi 50 ml/dəq-dən aşağı olan xəstələrdə dozalanma rejimi

  • KK 20–50 ml/dəq

    • 250 mq/24 saat rejimi üçün: birinci doza 250 mq, sonra 125 mq/24 saat

    • 500 mq/24 saat rejimi üçün: birinci doza 500 mq, sonra 250 mq/24 saat

    • 500 mq/12 saat rejimi üçün: birinci doza 500 mq, sonra 250 mq/12 saat

  • KK 10–19 ml/dəq

    • 250 mq/24 saat rejimi üçün: birinci doza 250 mq, sonra 125 mq/48 saat

    • 500 mq/24 saat rejimi üçün: birinci doza 500 mq, sonra 125 mq/24 saat

    • 500 mq/12 saat rejimi üçün: birinci doza 500 mq, sonra 125 mq/12 saat

  • KK <10 ml/dəq (hemodializ və davamlı ambulator peritoneal dializ – DAPD daxil olmaqla)

    • 250 mq/24 saat rejimi üçün: birinci doza 250 mq, sonra 125 mq/48 saat

    • 500 mq/24 saat rejimi üçün: birinci doza 500 mq, sonra 125 mq/24 saat

    • 500 mq/12 saat rejimi üçün: birinci doza 500 mq, sonra 125 mq/24 saat

Hemodializdən və ya davamlı ambulator peritoneal dializdən (DAPD) sonra əlavə dozanın yeridilməsi tələb olunmur.Qaraciyər funksiyalarının pozulması zamanı xüsusi doza seçimi tələb olunmur, belə ki, levofloksasin qaraciyərdə yalnız əhəmiyyətsiz dərəcədə metabolizə olunur və başlıca olaraq böyrəklər vasitəsilə xaric olur. Əgər preparatın qəbulu buraxılarsa, növbəti qəbulun vaxtı çatmayana qədər mümkün qədər tableti tez qəbul etmək lazımdır. Sonra levofloksasinin 
qəbulunu sxem üzrə davam etdirmək lazımdır. Müalicə müddəti xəstəliyin tipindən asılıdır 
(yuxarıya bax). Bütün hallarda müalicəni xəstəliyin simptomları aradan qalxandan sonra 48 
saatdan 72 saata qədər davam etdirmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27151

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce