Təsiredici maddə: 25 q məlhəmin tərkibində 0,05 q nitrofural (nitrofurazon) vardır.
İrinli yaralar, yataq yaraları, xoralar, II və III dərəcəli yanıqlar, II-III dərəcəli donvurma, dərinin kiçik zədələnmələri (o cümlədən, sıyrıntı, cızılmalar, çatlar, kəsiklər).
Allergik dermatozlar, qanaxma, nitrofurala və nitrofuranın digər törəmələrinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi sübut edilməyib.
Müşahidə edilməyib.
II-III dərəcəli yanıqlar və donvurmaların müalicəsi zamanı məlhəm 2-3 gün ərzində dərinin üzərinə nazik təbəqə ilə gündə 1-3 dəfə sürtülür. Tənzif sarğı altında istifadəsi mümkündür. Antibakterial preparatların istifadəsi və təyinatı üzrə rəsmi tövsiyələri nəzərə almaq vacibdir.
Фильтры продуктов | ||
|---|---|---|
| Код продукта поставщика | : | 111-00074 |