Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Gentamisin Nelson 80 mq 2 ml N10 ampul

Məhsul Kodu : 111-00782
Reseptlə satılır
İstehsalçı ölkə: Belarus
2,60 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

GENTAMİSİN-NELSON, inyeksiya üçün steril məhlul (ə/d - v/d)

Gentamisin-Nelson tərkibi

  Təsiredici maddə:   2 ml (1 ampul) məhlulun tərkibində 80 mq gentamisin vardır. Köməkçi maddələr: natrium bisulfat, aktivləşdirilmiş kömür, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Aerob qrammənfi bakteriyalar tərəfindən törədilən sepsis və digər ağır infeksiyalar; abdominal infeksiyalar; peritonit; yeni doğulmuşların ağır infeksiyaları; sidik yollarının infeksiyaları; endokardit (beta-laktam antibiotikləri ilə birgə); tənəffüs yollarının xəstəxanadaxili infeksiyası.

Əks göstərişlər:

 Gentamisinə və ya preparatın hər hansı köməkçi maddəsinə, aminqlikozid qrupundan olan antibiotiklərə qarşı yüksək həssaslıq; ağır psevdoparalitik miasteniya, miasteniya qravis. Gözlənilməyən əlavə təsir olduqda həkiminizə müraciət edin.

Hamiləlik və laktasiya dövrü:

 Aminoqlikozidlər plasentar baryeri keçdiyi üçün dölün vestibulyar və eşitmə aparatını zədələyə bilər, ona görə də hamiləlik zamanı gentamisin əks göstərişdir. Gentamisin ana südünə keçdiyinə görə, laktasiya dövründə gentamisinlə müalicə alan analar uşaqlarını ana südü ilə qidalandırmağı dayandırmalıdırlar.

Gentamisin-Nelson istifadə qаydаsı, dozası

 Gentamisin sulfat əzələ daxilinə, vena daxilinə (damcı üsulu ilə) və endolimfatik yolla istifadə olunur. Böyüklərdə və uşaqlarda maksimal gündəlik doza əzələdaxili və venadaxili yeridilmə zamanı 5 mq/kq, endolimfatik yolla yeridildikdə 2 mq/kq təşkil edir. Sidikçıxarıcı yolların infeksiyaları zamanı böyüklər və 14 yaşdan böyük uşaqlar üçün birdəfəlik doza 0,4 mq/kq, gündəlik doza 0,8-1,2 mq/kq təşkil edir. İnfeksiyanm ağır gedişi zamam gündəlik doza 3 mq/kq-a qədər artırıla bilər. Sepsis və digər ağır infeksiyalar (peritonit, destruktiv pnevmoniya, ağciyərlərin absesi və s.) zamanı prosesin ağırlıq dərəcəsindən asılı olaraq böyüklər və 14 yaşdan böyük uşaqlar üçün birdəfəlik doza 0,8-1 mq/kq, gündəlik doza 2,4- 3,2 mq/kq təşkil edir. Venadaxili yeridilmə zamanı preparatın böyüklər üçün birdəfəlik dozası 200 ml 5%-li qlükoza məhlulunda (uşaqlar üçün 50-100 ml) və ya natrium xloridin izotonik məhlulunda həll edilir. Preparat gündə 2 dəfə olmaqla dəqiqədə 60 damcı sürətlə yeridilir. Məhlulda preparatın konsentrasiyası 1 mq/ml-dən çox olmamalıdır. Böyrək çatışmazlığı zamanı yeridilmə sxemi dozanın aşağı salınması və ya yeridilmələr arasındakı fasiləni uzatmaqla korreksiya edilir. Hemodializ aparılarkən əlavə olaraq antibiotikin birdəfəlik dozası yeridilir. Əzələdaxili yeridilmə zamanı müalicənin davam etmə müddəti 7-10 gün təşkil edir, vena daxili yeridilmə zamanı isə 2-3 gündən sonra əzələ daxili müalicəyə keçilir. Preparat endolimfatik yolla ayaqda və ya baldırın aşağı üçdə birində periferik limfa düyünlərinə gündə 1-2 dəfə olmaqla minimum 12 saatlıq fasilə ilə yavaş-yävaş (1 dəqiqədə 0,5-1 ml sürətlə) yeridilir. Müalicə kursu 5-10 gün ərzində 3-8 yeridilmədən ibarətdir. Normal böyrək funksiyalı böyük xəstələrə isə infeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq 3-5 mq /kq/ gün təyin edilir Uşaqlar (1 aylıqdan yuxarı) 1 aylıqdan yuxarı olan uşaqlar üçün əzələdaxili və ya venadaxili bir (tövsiyə olunan) və ya iki dozada bədən kütləsinin hər  kq-na üzrə 4,5-7 mq təşkil edir. Yenidoğulmuş körpələr Yenidoğulmuşlar üçün gündəlik doza bədən kütləsinin hər  kq-na üzrə 4-7 mq təşkil edir. Uzun müddətli yarımparçalanma dövrü ilə əlaqədar yenidoğulmuşlara zəruri gündəlik doza birdəfəlik doza şəklində təyin edilir. 

Prepared by  T-Soft E-Commerce.