Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq moksifloksasinə ekvivalent moksifloksasin hidroxlorid vardır.
Qetimoks preparatı aşağıdakı bakterial infeksiyaların müalicəsi üçün istifadə olunur: − kəskin bakterial sinusit, − xroniki bronxitin kəskin bakterial ağırlaşması, − xəstəxanadankənar pnevmoniya, − dərinin və yumşaq toxumaların ağırlaşmamış infeksiyaları, − dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları.
− Moksifloksasinə və xinolon antibiotiklərinə və ya bu dərman preparatının digər komponentlərinə qarşı hiperhəssaslıq, − 18 yaşdan aşağı uşaqlar, − hamiləlik və laktasiya, − anamnezdə xinolon antibiotikləri ilə müalicə nəticəsində yaranan vətərlərlə bağlı xəstəliklər/pozğunluqlar, − qaraciyər funksiyası pozulmuş və transaminazaların səviyyəsi normanın yuxarı həddindən 5 dəfə artıq olan pasiyentlərdə (ULN (upper limit of normal) > 5), − anadangəlmə və ya təsdiqlənmiş qazanılmış QT-intervalının uzanması, − elektrolit pozğunluqları, xüsusilə hipokaliemiya, − klinik cəhətdən əhəmiyyətli bradikardiya, − sol mədəciyin boşalma həcminin azalması ilə klinik cəhətdən əhəmiyyətli ürək çatışmazlığı, − anamnezdə simptomatik aritmiya, − IA sinif (məsələn, xinidin, prokainamid) və ya III sinif (amiodaron, sotalol) antiaritmik dərman vasitələrinin və ya QT intervalını uzadan digər preparatların qəbulu, − antipsixotik preparatlarla (fenotazinlər, pimozid, sertindol, haloperidol, sultoprid) eyni vaxtda istifadəsi, − trisiklik antidepressantlarla eyni vaxtda istifadəsi, − bəzi mikrobəleyhinə preparatlarla (sakvinavir, sparfloksasin, eritromisin İV, pentamidin, malyariyaəleyhinə vasitələr (halofantrin)) eyni vaxtda istifadəsi, − bəzi antihistamin preparatlarla (terfinadin, astemizol, mizolastin) eyni vaxtda istifadəsi, − digər preparatlarla (sizaprid, vinkamin İV, bepridil, difemanil) eyni vaxtda istifadəsi, − irsi qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər.
Dərman vasitəsinin hamiləlik zamani təhlükəsizliyi öyrənilmədiyindən, moksifloksasin hamilə qadınlarda istifadə olunmamalıdır. Moksifloksasinin laktasiya dövründə istifadəsinə dair məlumat yoxdur. Laktasiya dövründə istifadəsi əks göstərişdir.
Moksifloksasin daxil olmaqla, flüorxinolonlar MSS reaksiyalarına (başgicəllənmə; görmənin keçici kəskin itməsi) və ya huşun kəskin, yaxud qısa sürən itməsinə (sinkopa) görə pasiyentlərin nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Pasiyentlər nəqliyyat vasitələrini idarə etməzdən əvvəl onlara moksifloksasinin necə təsir göstərəcəyini nəzərə almaları haqda məlumatlandırılmalıdırlar.
Qetimoks preparatının böyüklər üçün tövsiyə olunan adi dozası qida qəbulundan asılı olmayaraq, gündə (24 saat) bir dəfə 400 mq təşkil edir. Müalicənin müddəti aşağıdakı cədvəldə göstərildiyi kimi infeksiyanın növündən və ağırlığından asılıdır. İnfeksiyanın növü Gündəlik doza Müalicənin müddəti Kəskin bakterial sinusit 400 mq 7 gün Xroniki bronxitin kəskin bakterial ağırlaşması 400 mq 5-10 gün Xəstəxanadankənar pnevmoniya 400 mq 10 gün Dərinin və yumşaq toxumaların ağırlaşmamış infeksiyaları 400 mq 7 gün Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları 400 mq 7-21 gün