Sevimlilərə əlavə edin
Paylaşın

Gofen 400 Mg N60 Tablet

Məhsul Kodu : 111-20083
İstehsalçı ölkə : Avstriya
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

QOFEN, 400 yumşaq kapsullar

Qofen tərkibi

 Təsiredici maddə: 1 kapsulda 400 mq həll olan ibuprofen (ibuprofenə ekvivalent) (sərbəst şəkildə və ya kalium duzu şəklində) vardır. Köməkçi maddələr: polietilenqlikol 600, kalium hidroksid, təmizlənmiş su. Kapsul örtüyü: jelatin, sorbitol, FD & Yaşıl No.3, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Menstruasiya zamanı (dismenoreya) baş verən ağrıları, yüngül artrit ağrılarını, əzələ ağrılarını, diş ağrılarını, baş ağrılarını və ümumi soyuqdəymə ilə bağlı ağrıları müvəqqəti olaraq aradan qaldırmaq üçün təyin edilir. Müvəqqəti olaraq qızdırmanı aşağı salmaq üçün istifadə olunur.

Əks göstərişlər:

 İbuprofenə və ya məhsulun tərkibindəki köməkçi maddələrdən hər-hansı birinə qarşı yüksək həssaslıq. Əvvəllər Aspirin və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq reaksiyaları (məsələn, astma, rinit, angioderma və ya övrə) göstərən xəstələr. Aktiv və ya təkrarlanan mədə xorası/anamnezində qanaxma tarixçəsi (iki və ya daha çox fərqli sübut olunmuş xora və ya qanaxma tarixçəsi) olan xəstələr. Anamnezində əvvəlki QSİƏP-lərlə müalicə ilə əlaqədar mədə-bağırsaq qanaxması və ya perforasiya tarixçəsi olan xəstələr Kəskin ürək çatışmazlığı (NYHA IV), böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr. Aorta koronar şuntlama əməliyyatı zamanı əks göstərişdir. Hamiləliyin son trimestri zamanı. Serebrovaskulyar qanaxma və ya digər aktiv qanaxma.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Dərman vasitəsinin doğuş zamanı, hamiləlik (əsasən də üçüncü trimestrdə) və laktasiya dövründə istifadə edilməsi məsləhət görülmür.

Qofen istifadə qaydası, dozası 

Yalnız oral qəbul və qısamüddətli istifadə üçün. Simptomları aradan qaldırmaq üçün lazım olan ən aşağı effektiv dozanı seçmək və ən qısa müddət ərzində istifadə etmək tövsiyə olunur. Böyüklər, yaşlılar və 12-18 yaş arası uşaq və yeniyetmələr: Uşaq və yeniyetmələrdə bu preparat 3 gündən çox istifadə edilərsə və yaxud simptomlar pisləşərsə, həkimə müraciət edilməlidir. Böyüklərdə simptomlar davam edər, pisləşərsə və yaxud preparatın qəbulu 10 gündən çox tələb olunarsa, həkimə müraciət edilməlidir. 12-18 yaş arası uşaqlar və yeniyetmələr: 1 kapsul interval ilə gündə 3 dəfəyə qədər bir miqdar su ilə daxilə qəbul edilə bilər Böyüklər: 1 kapsul interval ilə gündə 3 dəfəyə qədər bir miqdar su ilə daxilə qəbul edilə bilər. Dozlar arasında ən az 4 saat interval olmalıdır. Maksimal sutkalıq doza gündə 3 dəfə.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20083

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce