Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

HEMOMISIN 500MG N3 TB

Məhsul Kodu : 111-25367
İstehsalçı ölkə: Serbiya
4,87 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

HEMOMİSİN, örtüklü tabletlər

HEMOMİSİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisin (524,045 mq azitromisin dihidrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Azitromisinə həssas olan mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklər: ˗ yuxarı tənəffüs yollarının və LOR orqanlarının infeksiyaları (faringit/tonzillit, sinusit, orta otit); ˗ aşağı tənəffüs yollarının infeksiyaları: kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, pnevmoniya, o cümlədən atipik törədicilərin səbəb olduğu; ˗ dəri və yumşaq toxumaların infeksiyaları (orta ağırlıq dərəcəli akne vulqaris, qızilyel, impetiqo, ikincili infeksiyalaşmış dermatozlar); ˗ Laym xəstəliyinin ilkin mərhələsi (borrelioz) - yayılan eritema (erythema migrans); ˗ Chlamydia trachomatis ilə törədilən sidik yollarının infeksiyaları (uretrit, servisit).

Əks göstərişlər

˗ Azitromisinə, eritromisinə, digər makrolidlərə və ya ketolidlərə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; ˗ qaraciyər funksiyasının ağır pozğunluğu (Çayld-Pyu təsnifatna görə C sinfi); ˗ bədən çəkisi 45 kq-dan az olan 12 yaşa qədər uşaqlar (bu dərman forması üçün); ˗ erqotamin və dihidroerqotaminlə eyni vaxtda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı preparat yalnız ana üçün göszlənilən fayda döl üçün potensial riskdən üstün olduqda istifadə edilə bilər. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılması məsələsi nəzərdən keçirilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə fonunda mərkəzi sinir sistemi və görmə orqanı tərəfindən baş verən əlavə təsirlərin mümkün inkişafı ilə əlaqədar nəqliyyat vasitələrinin idarə edilməsi və diqqətin yüksək konsentrasiyasını və sürətli psixomotor reaksiyalar tələb edən digər fəaliyyət növlərini yerinə yetirən zaman ehtiyatlı olmaq lazımdır.

HEMOMİSİN istifadə qaydası və dozası

Daxilə, çeynəmədən, yeməkdən ən azı 1 saat əvvəl və ya 2 saat sonra, gündə 1 dəfə qəbul olunur. Çəkisi 45 kq-dan çox olan böyüklər və 12 yaşdan yuxarı uşaqlar Yuxarı və aşağı tənəffüs yollarının, LOR orqanlarının, dəri və yumşaq toxumaların infeksiyaları 1 tablet (500 mq) gündə 1 dəfə 3 gün ərzində (kurs dozası 1,5 q). Orta ağırlıq dərəcəli akne vulqaris 3 gün ərzində gündə 1 dəfə 1 tablet (500 mq), sonra 9 həftə ərzində həftədə 1 dəfə 1 tablet (500 mq) (kurs dozası 6,0 q). İlk həftəlik tablet ilk gündəlik tabletin qəbulundan 7 gün sonra (müalicənin başlanmasından 8-ci gün), sonrakı 8 tablet hər həftə 7 gün fasilə ilə qəbul edilməlidir.

Laym xəstəliyi (borreliozun ilkin mərhələsi) - yayılan eritema (erythema migrans) 5 gün ərzində gündə 1 dəfə: 1-ci gün - 1,0 q (500 mq 2 tablet), sonra 2-ci gündən 5-ci günə qədər - 1 tablet (500 mq) (kurs dozası 3,0 q). Chlamydia trachomatis (uretrit, servisit) ilə törədilən sidik yollarının infeksiyaları Ağırlaşmamış uretrit / servisit – birdəfəlik 1 q (500 mq 2 tablet). Böyrək funksiyasının pozğunluğu YFS 10-80 ml/dəq olan pasiyentlərdə böyrək funksiyasının pozğunluğu halında dozanın tənzimlənməsi tələb olunmur. YFS <10 ml/dəq olan pasiyentlərdə preparat ehtiyatla istifadə olunmalıdır.

Qaraciyər funksiyasının pozğunluğu Qaraciyər funksiyasının yüngül və orta dərəcəli pozğunluğu olan pasiyentlərdə istifadə edildikdə, dozanın tənzimlənməsi tələb olunmur. Yaşlı pasiyentlər Dozanın tənzimlənməsi tələb olunmur. Yaşlı pasiyentlərdə proaritmik vəziyyətlərin ehtimalı olduğu üçün azitromisinin istifadəsi zamanı ürək aritmiyasının riskinin inkişafı ilə, o cümlədən, “piruet” tipli aritmiya ilə əlaqədar ehtiyatlı olmaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.