Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

HYCLADOKS 100MG N20 CAP

Məhsul Kodu : 111-18062
Reseptlə satılır
İstehsalçı ölkə: Ruminiya
6,64 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

HİKLADOKS, 100 mq bərk jelatin kapsullar

HİKLADOKS tərkibi

Təsiredici maddə: 1 kapsulda 100 mq doksisiklin (115,4 mq doksisiklin hiklat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Hikladoks 100 mq preparatının qrammüsbət və qrammənfi bakteriyaların hə ssas şta mları və digər müəyyən mikroorqanizmlər tərəfindən törədilən müxtəlif infeksiyaların müalicəsi üçün klinik effektiv olduğu müəyyən edilmişdir. Tənəffüs yollarının infeksiyaları: pnevmoniya və aşağı tənəffüs yollarının Streptococcus pneumoniae, Haemophilus influ enzae, Klebsiella pneumoniae və digə r mikroorqanizmlərin həssas şta mları tərəfindən törədilən digər infeks iyaları. Mycoplasma pneumoniae tərəfindən törədilən pnev moniya, xroniki bronxit, sinusitin müalicəsi. Sidik yollarının Klebsiella species, Enterobacter species, Escherichia coli, Streptococcus faecalis və digər mikroorqanizmlərin həssas ştamları tərəfindən törədilən infeksiyaları.

Cinsi əlaqə ilə ötürülən xəstəliklər: fəsadlaşmamış uretral, endoservikal və ya rektal infeksiyalar daxil olmaqla, Chlamydia trachomatis -in törətdiyi infeksiyalar. Ureaplasma urealyticum (T - mycoplasma) tərəfindən törədilən qeyr i-qonokokk mənşəli uretrit. Hikladoks 100 mq, həmçinin şankroiddə, qasıq qranulomasında və zöhrəvi limfo qranulomada təyin olunur. Hikladoks 100 mq süzənəyin və sifilisin müalicəsində alternativ dərmandır.

Dəri infeksiyaları: əgər antibiotik müalicəsi zəruri hesab edilərsə, adi çivzə. Hikladoks 100 mq tetrasiklin qrupu antibiotiki olduğu üçün digər tetrasiklinlərlə müalicəyə cavab verən aşağıda göstərilən infeksiyaların müalicəsində onun faydalı olacağını gözləmək olar: Oftalmik infeksiyalar: qonokokların, stafiloko kların və Haemophilus influenzae -nin həssas şta mları tərəfindən t örədilən oftalmik infeksiyalar. Traxoma, baxmayaraq ki, immunoflü oressensiya yolu ilə infeksiya törədicisinin heç də həmişə aradan qalx madığı müəyyən edilmişdir. Konyu nktivit ora l Hikladoks 100 mq ilə müalicə oluna bilər (tək və ya yerli agentlərlə kombinəolunmuş şəkildə).

Rikketsiya infeksiyaları: gənə səpgili yatalağı, səpgili yatalaq qrupu, qızdırma, koksiella endokarditi və ani qızdırma. Digər infeksiyalar: Psittakoz, brusellyoz (streptomis inlə kombinasiyada), vəba, bubon taunu, bit və ani-məhdud qayıdan yatalaq qızdırması, tulyaremiya, manqo, melioidoz (yalançı manqo), xloroxinə rezistent ildırımsürətli üçgünlük malyariya və kəskin bağırsaq amöbiazı (amöbisidlərə əlavə kimi). Hikladoks 100 mq leptospirozun, qazlı qanqrenanın və tetanusun müalicəsində alternativ dərmandır. Hikladoks 100 mq aşağıdakı halların profilaktikası üçün təyin edilir: Solğun yatalaq, səyahətçi ishalı (enterotoksik Escherichia coli), leptospiroz və malyariya.

Malyariyanın profilaktikası üçün mövcud təlimata əsasən istifadə edilməlidir.

Əks göstərişlər

Doksisiklinə, preparatın köməkçi maddə lərindən hər hansı birinə və ya tetrasiklinlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. 12 yaşa qədər uşaqlara Hikladoks 100 mq preparatının təyin edilməsi əks göstərişdir. Hamiləlik və laktasiya dövründə Hikladoks 100 mq preparatının təyin edilməsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hikladoks 100 mq hamiləlik dövründə əks göstərişdir. Belə ki, hamiləlik müddətində tetrasiklinlərin istifadəsi zamanı döldə dişlərin əsasının qoyulması və skeletin inkişafının ləngiməsi riski vardır. Tetrasiklinlər ana südünə nüfuz edir və ona görə də laktasiya dövründə onun istifadəsi əks göstərişdir (dişlərin inkişafı dövründə istifadəsinə dair yuxarı bax).

HİKLADOKS istifadə qaydası və dozası

Böyüklər və bədən kütləsi 50 kq-dan çox olan uşaqlar Böyüklərdə kəskin infeksiyaların müalicəsi üçün doksisiklinin adi dozası birinci gün 200 mq (birdəfəlik doza və ya bölünmüş dozalar şəklində), sonra 100 mq/gün dəstəkləyici doza. Daha ağır infeksiyalarda bütün müalicə müddətində gündə 200 mq. Kapsullar yalnız oral istifadə üçündür. Hikladoks 100 mq kapsullar adekvat miqdarda maye ilə qəbul olunmalıdır.

Bu, oturaq və ya ayaqüstü vəziyyətdə edilməlidir və ezofageal qıcıqlanma və xoralanma riskini aşağı salmaq üçün yaxşı olar ki, yatmazdan qabaq qəbul edilsin. Mədə nin qıcıqlanması baş verdiyi təqdirdə Hikladoks 100 mq preparatının qida və ya süd ilə birlikdə qəbul edilməsi tövsiyə edilir. Tədqiqatlar göstərir ki, qida və ya süd Hikladoks 100 mq preparatının absorbsiyasına nəzərəçarpan təsir göstərmir. Tövsiyə olu nan dozanın aşılması əlavə təsirlərin başvermə hallarının artmasına səbəb ola bilər.

Müalicə simptomlar və qızdırma aradan qalxdıqdan sonra ən azı daha 24 -48 saat müddətində davam etdirilməlidir. Streptokokk infeksiyalarında istifadə zamanı revmatik qızd ırmanın və ya qlomerulonefritin inkişafının qarşısını almaq üçün müalicə 10 gün davam etdirilməlidir. Xüsusi infeksiyalarda tövsiyə olunan dozalanma: Adi çivzə: 6-12 həftə müddətində gündə 50 mq qida və ya maye ilə birlikdə. Cinsi yolla ötürülən xəst əliklər: aşağıdakı infeksiyalarda 7 gün ərzində gündə 2 dəfə 100 mq tövsiyə olunur: fəsadlaşmamış qonoko kk infeksiyaları (kişilərdə anorektal infeksiyalar istisna olmaqla); Chlamydia trachomatis tərəfindən törədilən fəsadlaşmamış uretral, endoservikal və ya rektal infeksiya; Ureaplasma urealyticum tərəfindən törədilən qeyri-qonokokk uretriti.

Chlamydia trachomatis və ya Neisseria gonorrhoea tərəfindən törədilən kəskin epididimo orxit: 10 gün ərzində gündə 2 dəfə 100 mq. Birincili və ikincili sifilis: penisillinə qarşı allergiyası olan, hamilə olmayan, birincili və ya ikincili sifilisi olan xəstələr aşağıdakı rejimdə müalicə oluna bilərlər: penisillin müalicəsinə alternativ olaraq 2 həftə ərzində gündə 2 dəfə 200 mq doksisiklin oral yolla. Bit və ani-məhdud qayıdan yatalaq qızdırması: vəziyyətin ağırlığından asılı olaraq birdəfəlik 100 və ya 200 mq. Xloroxinə rezistent ildırı msürətli üçgünlük malyariyanın müalicəsi: ən azı 7 gün müddətində gündə 200 mq.

İnfeksiyanın potensial ağır olmasına görə xinin kimi sürətli şizontosid təsir göstərən maddə həmişə Hikladoks 100 mq ilə birlikdə istifadə olunmalıdır; xininin tövsiyə olunan dozası müxtəlif zonalarda müxtəlifdir. Malyariyanın profilaktikası: böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda gündə 100 mq. Profilaktika malyariya zonalarına səyahətdən 1 -2 gün əvvəl başlanıla bilər. Bu, malyariya zonasına səyahət müddətində hər gün və malyariya zonasını tərk etdikdən sonra 4 həftə ərzində davam etdirilməlidir.

Coğrafi rezistentlik nümunələrinə aid və uyğun kimyə vi-profilaktikaya aid məsləhət üçün malyariya məlumat kitabçasına baxmaq lazımdır. Qayıdan yatalağın qarşısını almaq üçün: 200 mq birdəfəlik doza. Böyüklərdə səyahət zamanı baş verən ishalın qarşısını almaq üçün: səyahətin birinci gün 200 mq (birdəfəlik dozada və ya hər 12 saatdan bir 100 mq), sonra səyahətçinin səyahət zonasında qaldığı müddət ərzində gündə 100 mq. Dərmanın profilaktik məqsəd üçün 21 gündən artıq istifadəsinə dair məlumatlar yoxdur.

Leptospirozun qarşısını almaq üçün: zonada q alma m üddəti ərzində həftədə bir dəfə 200 mq və səyahət qurtardıqdan sonra 200 mq. Dərmanın profilaktik məqsəd üçün 21 gündən artıq istifadəsinə dair məlumatlar yoxdur. Bədən kütləsi 50 kq-a qədər olan 12 yaşdan yuxarı uşaqlarda istifadəsi Başlanğıc doza 4 mq/kq, sonra 2-4 mq/kq b.k. gündəlik dozada.

Yaşlılarda istifadəsi: Hikladoks 100 mq preparatını adi dozalarda çəkinmədən yaşlı pasiyentlərə təyin etmək olar. Böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Qaraciyərin funk sional çatışmazlığı olan pasiyentlərdə istifadəsi üçün xüsusi xəbərdarlıq və ehtiyatlılıq bölməsinə bax. Böyrəklərin funksional çatışmazlığı olan pasiyentlərdə istifadəsi: aparılmış tədqiqatlar göstərir ki, Hikladoks 100 mq preparatının adi tövsiyə olunan dozalarda istifadəsi antibiotikin kumulyasiyasına səbəb olmur.

Prepared by  T-Soft E-Commerce.