Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

IBIX 100MG/5ML 120ML SIROP

Məhsul Kodu : 111-28803
Reseptlə satılır
İstehsalçı ölkə: Portuqaliya
21,77 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İBİKS, 100 mq/5 ml, oral suspenziya hazırlamaq üçün toz

İBİKS tərkibi

Təsiredici maddə: 1 ml oral suspenziyanın tərkibində 20 ml sefiksim vardır.

İstifadəsinə göstərişlər

Kəskin orta otit. Yuxarı tənəffüs yollarının infeksiyaları (faringitlər, tonzillitlər, kəskin sinusitər). Aşağı tənəffüs yollarının infeksiyaları (xroniki bronxitin kəskinləşməsi və xəstəxanadan kənar pnevmoniya). Sidik yolları infeksiyaları (kəskin sistitlər və ağırlaşmamış kəskin pielonefritlər).

Ağırlaşmamış uretritlər və qonokok servisitləri. Antibakterial vasitələrdən düzgün istifadəyə dair yerli rəsmi təlimatları nəzərə almaq lazımdır.

Əks göstərişlər

Preparatın tərkibin dəki təsiredici və ya köməkçi maddələrə, ümumiyyətlə beta-laktam antibiotiklərə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Sefiksimin hamilələrdə istifadəsinə dair klinik tədqiqat yoxdur. Preparatı hamilə qadınlara təyin edərkən ehtiyatlı olmaq lazımdır. Əgər həkim zəruri hesab etmirsə, hamiləlik zamanı sefiksim təyin etmək olmaz. Laktasiya Sefiksimin ana südünə nüfuz edib-etməməsi məlum deyil.

Körpə üçün ana südü ilə qidalanmanın və ana üçün müalicənin faydası nəzərə alınaraq ana südü ilə qidalanmanı dayandırmaq və ya sefiksim ilə müalicəni dayandırmaq/təyin etməmək haqda qərar verilməlidir. Sefiksimin haqda gələcək klinik təcrübələr olmadan südverən analara təyin etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetm ə qabiliyyətinə təsiri müşahidə edilməmişdir. Lakin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərən əlavə təsirlər meydana çıxa bilər (“Əlavə təsirləri” bölümünə baxın).

İBİKS istifadə qaydası və dozası

Qida sefiksimin sorulmasına təsir göstərmir, buna görə də preparatı yemək zamanı qəbul etmək olar. Dozalanma: Adi məsləhət görülən doza gündə bir dəfə 8 mq/kq təşkil edir. Dozalanma aşağıdakı kimidir: 2-4 yaşında uşaqlar: 1 ölçü qaşığı gündə 1 dəfə və ya ½ ölçü qaşığı gündə 2 dəfə. 5-8 yaşında uşaqlar: 2 ölçü qaşığı gündə 1 dəfə və ya 1 ölçü qaşığı gündə 2 dəfə.

9-12 yaşında uşaqlar: 3 ölçü qaşığı gündə 1 dəfə və ya 1+½ ölçü qaşığı gündə 2 dəfə. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan uşaqlarda və yeniyetmələrdə sefiksim istifadəsinə dair kifayət qədər məlumat yoxdur, buna görə də sefiksimin bu qrup pasiyentlərdə istifadəsi məsləhət görülmür.

Prepared by  T-Soft E-Commerce.