Sevimlilərə əlavə edin
Paylaşın

Ibuprofen 200 Mq N10 Tablet

Məhsul Kodu : 111-02777
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

İBUPROFEN, 200 mq örtüklü tabletlər

İBUPROFEN tərkibi

İBUPROFEN tərkibi, 1 tabletin tərkibində 200 mq ibuprofen vardır

İbuprofen, istifadəsinə göstərişlər

İbuprofen, revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artritin), ankilozlaşan spondilitin, osteoartrozun və digər qeyri-revmatik artropatiyaların müalicəsində, periartikulyar toxumaların qeyri-revmatik iltihabi proseslərində, bağların dartınması, dismenoreya, diş, əməliyyat və baş ağrılarında, miqrenin simptomatik yüngülləşdirilməsində və qızdırmanın aradan qaldırılmasında istifadə olunur.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, əvvəlki hiperhəssaslıq reaksiyaları ilə QSİƏP-lərə cavab, anamnezdə xora xəstəliyi, qanaxmaya meyllilik, ağır böyrək, qaraciyər və ürək çatışmazlığı, 20 həftədən yuxarı hamiləlik və laktasiya, susuzlaşma, aktiv qanaxmalar, naməlum qanyaranma pozuntuları, 6 yaşdan kiçik və ya çəkisi 20 kq-dan az olan uşaqlarda istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Prostaqlandin sintezinin tormozlanması səbəbindən hamiləlik dövründə ibuprofenin istifadəsi tövsiyə edilmir. 20-ci həftədən sonra istifadəsi oliqohidroamnion, dölün böyrək pozuntuları, doğuşun ləngiməsi və qanaxma riskini artıra bilər. Laktasiya dövründə südə keçməsi minimal olsa da, istifadəsi zamanı ana südündən istifadə məhdudlaşdırılmalıdır.

İstifadə qaydası və dozası

Preparat yemək zamanı və ya sonra su ilə birlikdə bütöv udulmaqla qəbul edilir. Revmatik xəstəliklərdə: böyüklər üçün gündə 3–4 dəfə 200 mq dozada 2–4 tablet (maksimum 2400 mq/gün). Yuvenil artrit: gündə 3–4 dəfə 20–30 mq/kq, maksimum 40 mq/kq. Ağrı və qızdırma: böyüklər və >12 yaşlılar – gündə 1–4 dəfə 200–400 mq, maksimum birdəfəlik doza 400 mq. 6–12 yaşlı uşaqlarda bədən çəkisinə görə 200 mq-a qədər, 2–4 dəfə. Əlavə effekt riski səbəbilə yaşlılarda və qaraciyər/böyrək pozuntusu olanlarda ən aşağı effektiv doza istifadə olunmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02777

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce