Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

İbuprofen 400 mq N10 (Hind)

Məhsul Kodu : 111-27233
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İbuprofen Parla, 400 mq yumşaq jelatin kapsullar

İbuprofen Parla, beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen

İbuprofen Parla tərkibi

Təsiredici maddə: 1 kapsulda 400 mq ibuprofen vardır.

İstifadəsinə göstərişlər

Miqren baş ağrısı, birincili dismenoreya və qızdırma daxil olmaqla, yüngül və orta dərəcəli ağrıların simptomatik müalicəsi.
Artrit xəstəlikləri (revmatoid artrit), degenerativ artritlər (osteartroz) və yumşaq toxumaların zədələnməsi nəticəsində yaranan ödem və iltihabın simptomatik müalicəsi.

Əks göstərişlər

İbuprofenə və ya digər komponentlərə qarşı yüksək həssaslıq; əvvəlki QSİƏP istifadəsi zamanı bronxospazm, astma, rinit, urtikar səpgi və ya angioödem; mədə-bağırsaq qanaxması və ya perforasiya; aktiv və ya residivləşən mədə xorası; ağır böyrək, qaraciyər və ya ürək çatışmazlığı; hamiləliyin son trimestri; ağır dehidrasiya; aktiv qanaxmalar; koaqulopatiyalar və 12 yaşdan aşağı uşaqlarda istifadə qadağandır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə, xüsusilə birinci və ikinci trimestrlərdə yalnız zərurət olduqda istifadə olunmalıdır. Üçüncü trimestrdə istifadəsi əks göstərişdir. Qısa müddətli istifadədə laktasiya dövründə körpəyə təsir riski azdır, lakin uzunmüddətli istifadədə döşdən ayrılma tövsiyə olunur.

Pediatriyada istifadəsi

12 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir. Dehidratasiya olan uşaqlarda böyrək çatışmazlığı riski mövcuddur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İbuprofen ümumiyyətlə bu qabiliyyətə təsir göstərməsə də, yüksək dozada qəbul zamanı yuxululuq, yorğunluq, başgicəllənmə və görmə pozğunluğu müşahidə oluna bilər. Bu simptomlar olduqda nəqliyyat vasitələri və mexanizmlərin idarəsi dayandırılmalıdır.

İbuprofen Parla istifadə qaydası

Böyüklər:
– Yüngül və orta ağrı: 200–400 mq gündə 3–4 dəfə, maksimum 1200 mq
– Miqren: birdəfəlik 400 mq, lazım olduqda təkrar
– Dismenoreya: 200–400 mq gündə 1–3 dəfə
– Revmatik xəstəliklər: gündəlik 1200–1800 mq, ağır hallarda 2400 mq-a qədər
Yaşlılar: mümkün olan minimal doza ilə istifadə edilməlidir.
Qaraciyər və böyrək çatışmazlığı: ehtiyatla, doza azaldılmaqla istifadə olunmalıdır.
Kapsullar yeməkdən sonra bütöv şəkildə su ilə qəbul edilməlidir.

Prepared by  T-Soft E-Commerce.