Sevimlilərə əlavə edin
Paylaşın

İbuprofen 600 Mq N100 Kapsul

Məhsul Kodu : 111-27468
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

İbuprofen Parla, 600 mq yumşaq jelatin kapsullar

İbuprofen Parla, beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen

İbuprofen Parla tərkibi

Təsiredici maddə: 1 kapsulda 600 mq ibuprofen vardır.

İstifadəsinə göstərişlər

Miqren baş ağrısı, birincili dismenoreya və qızdırma daxil olmaqla, yüngül və orta dərəcəli ağrıların qısa müddətli simptomatik müalicəsi.
Artrit xəstəlikləri (revmatoid artrit), degenerativ artritlər (osteartroz) və yumşaq toxumaların zədələnməsi nəticəsində yaranan ödem və iltihabın simptomatik müalicəsi.

Əks göstərişlər

İbuprofene və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; anamnezdə QSİƏP-lərlə əlaqəli bronxospazm, rinit, urtika və ya angioödem; aktiv və ya təkrarlanan mədə xorası/qanaxma; ağır qaraciyər, böyrək və ürək çatışmazlığı; hamiləliyin son trimestri; aktiv qanaxma və ya koaqulopatiya; 12 yaşdan aşağı uşaqlar; əhəmiyyətli dehidrasiya halları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin I və II trimestrində yalnız zəruri hallarda istifadə oluna bilər. III trimestrdə istifadəsi əks göstərişdir. Qısa müddətli istifadədə ana südünə keçməsi az olduğundan risk minimaldır, lakin uzunmüddətli istifadə zamanı ehtiyatlı olmaq lazımdır.

Pediatriyada istifadəsi

12 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İbuprofen adətən bu qabiliyyətlərə təsir etməsə də, yüksək dozalarda yuxululuq, başgicəllənmə və görmə pozğunluqları müşahidə oluna bilər. Belə hallarda nəqliyyat vasitələri və mexanizmlərin idarəsi tövsiyə olunmur.

İbuprofen Parla istifadə qaydası

600 mq gündə 1–3 dəfə (maksimum 1200 mq/gün); miqren və dismenoreya zamanı birdəfəlik və ya ehtiyac olduqda 600 mq doza ilə. Revmatik xəstəliklərdə gündə 1200–1800 mq, kəskin hallarda 2400 mq-a qədər. Yaşlılarda və böyrək/qaraciyər çatışmazlığı olanlarda – minimal effektiv dozalar tövsiyə olunur. Kapsullar yeməkdən sonra, bütöv şəkildə su ilə qəbul edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27468

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce