İndometasin Sofarma 100 Mq N6 Şam
Bitib
Stokda olanda mənə xəbər verin.İndometasin Sofarma, 100 mq şamlar
İndometasin Sofarma, beynəlxalq patentləşdirilməmiş adı: Indometacin
İndometasin Sofarma tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 100 mq indometasin vardır.
İstifadəsinə göstərişlər
Revmatoid artrit, kəskin və kəskinləşmiş yuvenil artrit, ankilozlaşdırıcı spondiloartrit, podaqra artriti, psoriatik artrit, Reyter xəstəliyi, tendinitlər, bursitlər, travmalar, diskopatiya, pleksitlər, radikulonevritlər, dismenoreya və s. iltihabi-degenerativ xəstəliklərdə simptomatik və qısamüddətli müalicə məqsədilə istifadə olunur.
Əks göstərişlər
Təsiredici və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; aspirin və digər QSİƏP-lərə qarşı həssaslıq; mədə və 12-barmaq bağırsaq xora və ya qanaxma; QSİƏP-lərlə bağlı keçmişdə mədə-bağırsaq qanaxmaları; ağır ürək, qaraciyər və böyrək çatışmazlığı; babasil, anal çatlar, proktitlər; hamiləliyin son trimestri və laktasiya; 14 yaşdan kiçik uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin son 3 ayında və laktasiya dövründə istifadəsi qadağandır.
Pediatriyada istifadəsi
14 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Qulaqlarda küy, başgicəllənmə, yuxululuq, görmə və eşitmə pozğunluqları törədə bilər. Belə təsirlər olduqda nəqliyyat vasitələrinin və digər təhlükəli mexanizmlərin idarəsi zamanı ehtiyatlı olmaq lazımdır.
İndometasin Sofarma istifadə qaydası
Rektal istifadə edilir. Böyüklər və 14 yaşdan yuxarı uşaqlarda: gündə 1 dəfə 1 şam (100 mq). Maksimum doza 150–200 mq-a çatarsa əlavə təsirlər riski artır. 65 yaşdan yuxarı şəxslərdə minimal doza və qısa müalicə müddəti tövsiyə olunur. Müalicə müddəti 7 gündən artıq olmamalıdır.