Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Indometasin Sofarma 50MG N6 şam

Məhsul Kodu : 111-20577
İstehsalçı ölkə: Bolqaristan
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İNDOMETASİN SOFARMA, 50 mq şamlar

İNDOMETASİN SOFARMA tərkibi

AKTOVEQİN tərkibi, 1 şamın tərkibində 50 mq. indometasin vardır

İNDOMETASİN SOFARMA, istifadəsinə göstərişlər

İndometasin Sofarma dayaq-hərəkət aparatının iltihabi və degenerativ xəstəlikləri zamanı kəskin və xroniki ağrıların simptomatik, qısamüddətli müalicəsi üçün qəbul edilir: revmatoid artrii; kəskin və kəskinləşmiş yuvenil artrit; kəskin və kəskinləşmiş xroniki ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi); podaqra və podaqra artritinin tutmaları; psoriatik artrit; Reyter xəstəliyi; oynaqətrafı xəstəliklər: tendinitlər, bursitlər, tendobursitlər, tendovaginitlər, idmançılarda travmalar; diskopatiya, pleksitlər, radikulonevritlər; dismenoreya.

Əks göstərişlər

Aşağıdakı hallarda İndometasin Sofarma qəbul etmək olmaz - Preparatın təsiredici maddəsinə və ya istənilən köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; - Asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı yüksək həssaslıq və əgər onlar əvvəllər astma tutmasına, allergik zökəmə və ya övrəyə səbəb olmuşsa; - Mədə və onikibarmaq bağırsağın peptik xorası və / və ya anamnezdə həzm yolunda xora və ya qanaxmalar haqqında məlumatlar; - Anamnezdə qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu nəticəsində mədə-bağırsaq qan axmaları; - Ağır ürək çatışmazlığı; - Ağır qaraciyər və böyrək çatışmazlığı; - Hamiləliyin son üç ayı və laktasiya dövrü; - Yaşı 14-dən aşağı olan uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik (xüsusilə son 3 ayda) və laktasiya dövründə İndometasin Sofarma preparatının qəbulu əks göstərişdir.

İNDOMETASİN SOFARMA, istifadə qaydası

İndometasin Sofarma preparatını həkiminizin təyinatlarına dəqiq riayət edərək qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Doza və müalicə müddəti müalicə edən həkiminiz tərəfindən müəyyən edilir. Həkiminizlə məsləhətləşmədən önçə, dozanı dəyişməyin və ya müaliçəni dayandırmayın, özünüzü yaxşi hiss edirsinizsə belə. Çalışın hər gün eyni vaxtda dərman vasitəsini qəbul edin. Böyüklər və 14 yaşdan yuxarı uşaqlar Adi doza –gündə iki dəfə 50 mq (1 şam) rektal yolla və ya gündə bir dəfə 50 mq (2 şam) rektal yolla. Maksimal gündəlik doza 200 mq təşkil edir. 150-200 mq-dan çox olan sutkalıq dozada istifadə edildikdə, əlavə hərəkətlərin təzahürü riski artır. 65 yaşdan böyük pasiyentlər Kənar hərəkətlərin yüksək riski mövcuddur. Məsləhət görülür ən aşağı effektiv doza , ən qısa müddətdə mümkündür. Qanaxmanın müəyyənləşdirmək üçün mədə-bağırsaq traktının olan pasiyentlərin müşahidə etmək lazımdır. Uşaqlar 14 yaşından kiçik uşaqlar ücün preparatın istifadəsi əks-göstərişdir. Müalicə müddəti 7 gündən çox olmamalıdır. İstifadə qaydası: rektal. Dərmanın təsirinin çox güclü və ya çox zəif olduğunu düşünürsəniz, həkiminizə müraciət edin. İndometasin Sofarma preparatının qəbulunu unutduqda Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin. Növbəti dozanı qəbul etmək üçün vaxt demək olar ki, çatdıqda, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin.Dərman preparatının qəbulunu müalicə həkimizin təyinatı üzrə davam etdirin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya əczaçıya müraciət etməyiniz xahiş olunur.

Prepared by  T-Soft E-Commerce.