Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:4 ml qatı məhlulun tərkibində 400 mq ibuprofen vardır. Köməkçi maddələr:arginin, inyeksiya üçün su. Təsviri Rəngsiz və şəffaf məhluldur.
İstifadəsinə göstərişlər:
Zəif və orta dərəcəli ağrıların müalicəsi, Opioid analgetiklərlə birlikdə orta və ağır dərəcəli ağrıların müalicəsi, Qızdırmanın müalicəsi.
Əks göstərişlər:
İbuprofenə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). Astma, övrə və ya anamnezdə ibuprofenə, asetilsalisil turşusuna və digər QSİƏP-lərə qarşı allergik reaksiyanın olması. Tac (Koronar) arteriyalara şunt qoyulması əməliyyatından əvvəl və sonra. Asetilsalisil turşusu triadası (nazal polip, astma və ya asetilsalisil turşusuna qarşı yüksək həssaslıq). Hamiləliyin 30-cu həftəsi və sonrakı dövrü. Ağır ürək çatışmazlığı. Ağır böyrək çatışmazlığı. Ağır qaraciyər çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Əgər hamiləsinizsə və ya hamilə ola biləcəyinizi düşünürsünüzsə, bunu həkiminizə bildirin. Əgər hamiləliyin 30-cu həftəsində və ya sonrakı dövründəsinizsə, İNTRAFEN istifadə etməməlisiniz. Müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin. İNTRAFEN-in təsiredici maddəsi olan ibuprofenin ana südünə keçib-keçməməsi məlum deyil. Südəmər uşağınız varsa, həkiminizlə məsləhətləşin.
İNTRAFEN, venadaxili infuziya yolu ilə istifadə olunur. İNTRAFEN, venadaxili infuziyadan öncə durulaşdırılmalıdır. Durulaşdırılmış məhlul 4 mq/mlvə ya daha aşağı konsentrasiyada olmalıdır. Durulaşdırma üçün 0,9%-li natrium-xlorid, 5%-li dekstroza və ya ringer-laktat məhlullarından istifadə oluna bilər. 400 mq doza üçün: 4 ml İNTRAFEN ən azı 100 ml məhlul ilə durulaşdırılmalıdır. Məhlul və qablaşdırma buna uygundursa, parenteral dərmanlar istifadədən əvvəl kənar hissəciklərlə çirklənməsinə və məhlulun rənginin dəyişməsinə (rənglənməsinə) görə vizual olaraq yoxlanmalıdır. Əgər vizual olaraq qeyri-şəffaf hissəciklər, rənglənmə və ya digər kənar maddələr aşkar edilərsə, məhlul istifadə edilməməlidir. İnfuziyanın davametmə müddəti ən azı 30 dəqiqə olmalıdır. İNTRAFEN-in venadaxili yolla istifadə olunan digər maddələrlə uyuşması ilə bağlı hər hansı məlumat olmadığı üçün, İNTRAFEN digər dərmanlarla/maddələrlə qarışdırılmamalı və hər zaman ayrı bir infuziya borusu ilə yeridilməlidir.