Sevimlilərə əlavə edin
Paylaşın

IXIM 400MG N5 TB

Məhsul Kodu : 111-21805
İstehsalçı ölkə : Türkiye
Reseptlə satılır
0 Şərh Şərh
12,12 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

İKSİM, 400 mq örtüklü tabletlər.

İksim tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 400 mq sefiksimə ekvivalent olaraq 447,63 mq sefiksim trihidrat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, prejelatinləşdirilmiş nişasta, kalsium hidrofosfat dihidrat, natrium laurilsulfat, maqnezium stearat. Örtük: hidroksipropilmetil sellüloza, titan dioksid, polietilenqlikol 400.

İstifadəsinə göstərişlər:

 Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən xəstəliklər:

 • Streptococcus pyogenes tərəfindən törədilmiş faringit, tonzillit (boğaz və badamcıq iltihabı),

 • Orta qulağın pensilinə həssas Streptococcus pneumoniae, Haemophilus influenzae, Moraxella catarrhalis və ya Streptococcus pyogenes tərəfindən törədilmiş kəskin orta otiti (orta qulağın iltihabı),

 • Pensilinə həssas Streptococcus pneumoniae, Haemophilus influenzae, Moraxella catarrhalis tərəfindən törədilmiş sinusit (sinusların iltihabı),

 • Streptococcus pneumoniae, Moraxella catarrhalis və Haemophilus influenzae tərəfindən törədilmiş kəskin bronxit,

 • Sidik sistemində Escherichia coli, Proteus mirabilis və Klebsiella tərəfindən törədilmiş kəskin sadə sistit və uretrit (sidik kisəsi və aşağı sidik yollarının iltihabı),

 • Cinsi yolla keçən ağırlaşmamış süzənək.

Әks göstərişlər:
 Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə və sefalosporin qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq (allergiya).

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 (Kateqoriya B). Preparatın qəbulundan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik dövründə preparatın istifadəsinə dair məlumat yoxdur. Heyvanlar üzərində aparılan təcrübələr zamanı hamiləlik /embrion /dölün inkişafı/doğuş və ya doğuş sonrası inkişaf dönəmlərində sefiksim-in birbaşa və ya dolayı mənfi təsiri müəyyən edilməmişdir. Preparat hamiləlik zamanı yalnız müalicənin faydası mümkün riskdən üstün olduğu hallarda çox ehtiyatla təyin edilə bilər. Preparatla müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır!

İksim istifadə qaydası, dozası


 Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə bir dəfə 400 mq (1 tablet) qəbul edilir. Təyin edilmiş birdəfəlik doza gün ərzində 200 mq iki ayrı dozada (səhər və axşam) qəbul edilə bilər. Müxtəlif yaş qrupları Uşaqlar: 6 və yuxarı yaşlı uşaqlarda preparatın suspenziya şəklində istifadə olunması tövsiyə olunur. Yaşlı xəstələr: yaşlı xəstələr üçün xüsusi istifadə qaydası yoxdur. Yaşlı xəstələr preparatı böyüklər kimi qəbul edə bilər. Böyrək / Qaraciyər çatışmazlığı: kəskin böyrək çatışmazlığı olan xəstələrdə doza azaldılmalıdır. Kreatin klirensi <20mL/dəqiqə /1,73 m2 olan və ya davamlı ambulator periton diyaliz müalicəsi alan böyüklər və 12 yaşından yuxarı uşaqlarda gündəlik doza 1x200 mq olmalıdır. Qida və içki ilə birgə istifadəsi İksim qida ilə və ya qidadan qısa müddət sonra qəbul edilir. Preparatı vaxtında qəbul etməyi unutmusunuzsa qəbul edilməyən dozanı bərpa etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21805

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce