Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KAPRIFLOKS 500MG N7 TB

Məhsul Kodu : 111-22065
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
11,38 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KAPRİFLOKS, 500 mq örtüklü tabletlər

KAPRİFLOKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent miqdarda levofloksasin hemihidrat vardır.

İstifadəsinə göstərişlər

Kəskin bakterial sinusit Bronx sisteminin xəstəlikləri (xroniki bronxitin kəskinləşməsi, pnevmoniya) Nozokomial pnevmoniya Dəri və yumşaq toxumaların ağırlaşmış və ağırlaşmamış infeksiyaları Sidikçıxarıcı yolların ağırlaşmış və ağırlaşmamış infeksiyaları Xroniki bakterial prostatit Kəskin pielonefrit Müalicəyə başlamazdan öncə kultura və həssaslıq testləri ilə levofloksasinə olan həssaslıq müəyyənləşdirilməlidir. Digər antibiotiklərdə olduğu kimi Pseudomonas aeruginosanın bəzi ştammları levofloksasinə qarşı da tez rezistentlik qazana bilər. Buna görə də, müalicə müddətində fasilələrlə həssaslıq testləri aparılmalıdır.

Əks göstərişlər

Kaprifloks levofloksasinə, xinolon qrupu antibiotiklərinə və preparatın tərkibində olan hər hansı bir maddəyə qarşı həssaslığı olanlara əks göstərişdir. • Epilepsiyalı xəstələr, • anamnezində flüorxinolonun qəbulu ilə bağlı vətər pozğunluqları olan xəstələr, • uşaqlar və yeniyetmələr (18 yaşa qədər), • hamiləlik dövrü, • laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Levofloksasinin hamilələrə təsirinin öyrənilməsi üçün hamilə qadınlar üzərində kifayət qədər tədqiqatlar yoxdur. Kaprifloks hamilələrdə istifadə edilməməlidir. Levofloksasin ana südündə aşkar olunmayıb. Lakin dərmanın ana südünə keçmə ehtimalı yüksəkdir.

Laktasiya dövründə ya levofloksasinlə müalicəni ya da ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatrik xəstələr Levofloksasinin uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir. Heriatrik xəstələr Yaşlılarda böyrək funksiyası zəiflədiyindən doza seçimində ehtiyatlı olmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Levofloksasin bəzi xəstələrdə nevroloji əlavə təsirlərə (başgicəllənmə və s.) səbəb ola bilər. Xəstələr maşın və ya mexanizmləri idarə etməzdən əvvəl dərmanın onlara necə təsir göstərməsini öyrənməlidirlər.

KAPRİFLOKS istifadə qaydası və dozası

Kaprifloks yeməkdən əvvəl və ya sonra istifadə edilə bilər. Böyrək funksiyası normal olan xəstələrdə dozalanma sxemi: Kaprifloks 500 mq tablet üçün dozalanma sxemi aşağıdakı kimidir. Dozalanması 24 saatdan bir 500 mq (1 tablet) təşkil edir. Bu doza böyrək funksiyası normal olan xəstələr üçündür (kreatinin klirensi 50 ml/dəq-dən çox).

İnfeksiya Birdəfəlik doza Dozalararası interval Müalicə müddəti Ümumi gündəlik doza Xroniki bronxitin bakterial kəskinləşməsi 500 mq 24 saat 7 gün 500 mq Nozokomial pnevmoniya 750 mq 24 saat 7 – 14 gün 750 mq Xəstəxanadan kənar pnevmoniya 500 mq 24 saat 7 – 14 gün 500 mq Kəskin bakterial sinusit 500 mq 24 saat 10 – 14 gün 500 mq Dərinin və yumşaq toxumanın ağırlaşmış infeksiyaları 750 mq 24 saat 7 – 14 gün 750 mq Dərinin və yumşaq toxumanın ağırlaşmamış infeksiyaları 500 mq 24 saat 7 -10 gün 500 mq Xroniki bakterial prostatit 500 mq 24 saat 28 gün 500 mq Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları 250 mq 24 saat 10 gün 250 mq Kəskin pielonefrit 250 mq 24 saat 10 gün 250 mq Sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları 250 mq 24 saat 3 gün 250 mq Kaprifloks ilə maqnezium və alminium tərkibli antasidlər, sukralfat, dəmir, tərkibində sink olan multivitamin preparatları və didanozin kimi tabletlərin birgə istifadələri arasında 2 saat fasilə olmalıdır. Böyrək funksiyası zəifləmiş xəstələrdə dozalanma sxemi Kreatinin klirensi 80 ml/dəq-dən az olan xəstələrdə aşağıdakı dozalanma sxemi tətbiq olunur. Böyrək funksiyası zəifləmiş xəstələrdə doza Böyrəyin vəziyyəti Başlanğıc doza Sonrakı doza Xroniki bronxitin bakterial kəskinləşməsi/Xəstəxanadankənar pnevmoniya/Kəskin bakterila sinusit/Dərinin və yumşaq toxumanın ağırlaşmamış infeksiyaları/Xroniki bakterial prostatit C Lcr50-80 ml/dəqiqə Dozanın nizamlanmasına ehtiyac yoxdur Dozanın nizamlanmasına ehtiyac yoxdur C Lcr20-49 ml/dəqəqiqə 500 mq 24 saatdan bir 250 mq C Lcr10-19 ml/dəqiqə 500 mq 48 saatdan bir 250 mq Hemodializ 500 mq 48 saatdan bir 250 mq Xroniki ambulator peritoneal dializ 500 mq 48 saatdan bir 250 mq Dərinin və yumşaq toxumanın ağırlaşmış infeksiyaları/Nozokomial pnevmoniya C Lcr50-80 ml/dəq Dozanın nizamlanmasına ehtiyac yoxdur Dozanın nizamlanmasına ehtiyac yoxdur C Lcr20-49 ml/dəqiqə 750 mq 48 saatdan bir750 mq C Lcr10-19 ml/dəqiqə 750 mq 48 saatdan bir500 mq C Lcr–Kreatinin klirensi

Prepared by  T-Soft E-Commerce.