Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 q gelin tərkibində 20 mq lidokain hidroxlorid, 0,5 mq xlorheksidin
dihidroxlorid vardır.
Aşağıdakı hallarda Katejel lidokainlə preparatını istifadə etməyin:
− əgər Sizdə Katejel lidokainlə preparatının təsiredici maddələrinə və ya digər inqrediyentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq) varsa;
− əgər Sizdə digər müəyyən yerli anestetiklərə (amid tipli) qarşı allergiya (yüksək həssaslıq) varsa;
− 2 yaşdan aşağı uşaqlarda,
− bulbokavernoz reflüksdə (gelin erektil toxumaya nüfuz etməsi və nəticədə absorbsiyanın baş verməsi sidik kanalının selikli qişasının zədələnməsinə səbəb ola bilər);
− ağır ürək çatışmazlığı, həddindən artıq zəif ürəkdöyünmə ilə, ürək keçiriciliyinin pozulması ilə (AV-blokada), pasiyentlərdə, ürək çatışmazlığı nəticəsində baş verən şok zamanı və ya qanın həcminin azalması zamanı.
Əgər bu vəziyyətlərdən hər hansı biri Sizə aiddirsə və ya keçmişdə Sizə aid olmuşdursa, lütfən bu barədə həkiminizə məlumat verin.
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə Katejel lidokainlə preparatı yalnız o halda istifadə oluna bilər ki, həkiminiz preparatın istifadəsinin fayda və risk nisbətini hərtərəfli müqayisə etsin və Sizin üçün fərdi doza təyin etsin. Hamiləlik və laktasiya dövründə təkrar istifadəsi tövsiyə olunmur.
Lütfən, nəzərə alın ki, Katejel lidokainlə preparatının istifadəsi ilə ana südü ilə növbəti qidalandırma arasında 12-saatlıq interval olmalıdır. Laktasiya dövründə təkrar istifadəsi tövsiyə edilmir. Hamiləliyi planlaşdıran və ya hamilə olduğunu düşünən qadınlar bunu həkimə bildirməlidirlər.
Bu dərman yalnız həkim və ya ixtisaslaşmış tibb bacıları tərəfindən istifadə edilməlidir. Doza fərdi
qaydada tənzimlənməlidir.
Dozalanma barədə aşağıdakı məlumata əsaslanmaq lazımdır: həkimin təcrübəsi və pasiyentin fiziki vəziyyəti barədə məlumatı müvafiq dozanın hesablanması zamanı çox vacibdir.Absorbsiya dərəcəsi bronxial ağacda xüsusilə yüksəkdir.
Sidik kanalında kateteri, endoskopu və ya digər tibbi alətləri qoymazdan əvvəl istifadə edin Akkordeon şprislərin (bundan sonra “şprislər” adlandırılacaq) içərisində 12,5 q və ya 8,5 q gel vardır və onların sidik kanalına instillyasiyası (damızdırma) zamanı onlardan sidik kanalına müvafiq olaraq təqribən 10 q və 6 q gel düşür.
Dozalanmaya dair tövsiyələr
Böyük kişilər: ümumiyyətlə kişilərdə sidik kanalını kifayət qədər doldurmaq üçün 12,5 q-lıq şprislər lazımdır. Bir şprisdə olan gel kifayət edəcəkdir, bir şprisdən artıq gelin damızdırılması tövsiyə edilmir.
O, 5-10 dəqiqə müddətində təsir göstərməyə başlayacaq və təsiri 20-30 dəqiqəyə yaxın müddət ərzində davam edəcək.
Qadınlar, uşaqlar (2-11 yaşlı) və yeniyetmələrdə (18 yaşdan aşağı): kifayət qədər məlumat olmadığı üçün, bu pasiyent qrupları üçün dozalanmaya dair xüsusi tövsiyələr vermək mümkün deyil.
2-11 yaş arası uşaqlarda lidokain hidroxloridin maksimum dozası 2,9 mq / kq-ı aşmamalıdır.
İstifadə qaydası
1.Sidik kanalının xarici dəliyini yuyun və dezinfeksiya edin.
2.Klisterin konusşəkilli ucunu görənə qədər blisterin şəffaf qapağında olan kağızı çıxarın.
3.Ucluğu sındırın; əgər mümkündürsə, onun blisterdə olduğu zaman.
4.Səhvən sidik kanalına qoyulmaması üçün ucluğu kənarlaşdırın.
5.Bir damcı geli elə sıxıb çıxarın ki, Əlavənin ucluğunu qoymaq daha asan olsun.
6.Şprisə yüngülcə sıxmaqla geli yeridin.
Katejel lidokainlə – anesteziyaedici gel şprisləri birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Gelin istənilən qalığını atın.
Ümumi anesteziya və traxeal intubasiya üçün istifadə edilməsi
Böyüklər və 12 yaşlı və ondan böyük yeniyetmələr:
Tubun (kanulun) aşağı üçdə biri qədər 5 ml-ə yaxın geli bərabər yaymalı. Qurumasına yol verməmək üçün geli yalnız bilavasitə istifadədən əvvəl alətə yaxmaq lazımdır. Gel tubun dəliyinə düşməməlidir.
Normal bədən kütləsinə malik böyüklər üçün maksimal doza 16 q Katejel lidokainlə – anesteziyaedici geldir.
Uşaqlar və 12 yaşa qədər yeniyetmələr üçün tövsiyə olunan dozalanma
12 yaşdan aşağı uşaqlar üçün doza 6 mq lidokain-dən yüksək olmamalıdır (= 0,3 ml gel)/kq bədən kütləsinə). 24 saat müddətində dörd dozadan artıq istifadə edilməməlidir.
2 yaşdan aşağı uşaqlarda Katejel lidokainlə preparatı istifadə edilməməlidir.
Risk qrupuna daxil olan pasiyentlər üçün dozalanma
Yaşlı, zəifləmiş və kəskin xəstəliyi olan pasiyentlərdə, həmçinin qaraciyərin funksiyaları zəifləmiş və ya ağır böyrək disfunksiyası olan pasiyentlərdə doza müfaviq olarak korrektə olunmalıdır. Maksimal doza bədən kütləsinin hər kq-na lidokain hidroxloridin mq-la miqdarına görə (2,9 mq lidokain hidroxlorid/kq bədən kütləsinə) hesablanmalıdır.