Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kenalog 40 mq 1 ml N5 ampul

Məhsul Kodu : 111-05860
İstehsalçı ölkə: Sloveniya
21,60 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

КЕNALOQ 40, inyeksiya üçün suspenziya

Kenaloq tərkibi

 Təsiredici maddə:   1 ml suspenziyanın tərkibində 40 mq triamsinolon asetonid vardır. Köməkçi maddələr: natrium kаrmelloza, natrium xlorid, benzil spirti, polisorbat 80, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Kenaloq 40 – triamsinolon asetonidin uzunmüddətli təsirə malik, sistem və lokal istifadə üçün sulu suspenziyasıdır. Bu, iltihab əleyhinə, immunsupressiv, qaşınma əleyhinə və allergiya əleyhinə təsirlər göstərən sintetik kortikosteroiddir. Preparat arterial hipertenziyaya səbəb olmur. Onun hipofizə ləngidici təsiri həmin dozalarda digər kortikosteroidlərə nisbətən bir qədər zəifdir. Triamsinolon asetonid aşağıdakı hallarda tövsiyə olunur: • Аllergik vəziyyətlər, o cümlədən mövsümi və bütün il davam edən allergik rinit, astma, atopik və kontakt dermatiti, dərman vasitələrinə qarşı reaksiyalar, zərdab xəstəliyi və qırtlağın kəskin qeyri-infeksion ödemi. Anafilaktik reaksiyalarda kоrtikosteroidlər kəskin fazanın müalicəsi zamanı təyin edilmir, lakin onlardan reaksiyaların sonrakı mərhələrinin qarşısını almaq üçün istifadə edilir. • Revmatoid xəstəliklər Коrtikosteroidlər əsasən yavaş təsir göstərən revmatizm əleyhinə preparatların müsbət effektini gözləyən, ağır revmatoid artritdən əziyyət çəkən xəstələrdə istifadə edilir. Onlar kəskin podaqra, kəskin qeyri-spesifik ankilozəedici spondiloartrit, bursit, epikondilit, posttravmatik osteoartrit, psoriatik artrit və osteoartrit zamanı sinovitin qısamüddətli terapiyası üçün göstərişlidir. • Dermatoloji xəstəliklər Коrtikosteroidlər suluqlu herpes formalı dermatit, eksfoliativ dermatit, ağır çox formalı eritema, ağır psoriaz, ağır seboreya dermatiti, ekzema, atopik dermatit, diskoid qurdeşənəyi, kontakt dermatiti, ocaqlı alopesiya, pemfiqus və müxtəlif kəskin və xroniki dermatozlar zamanı tövsiyə olunur. • Oftalmoloji xəstəliklər Коrtikosteroidlər ağır kəskin və xroniki allergik və iltihabi vəziyyətlər, o cümlədən allergik konyunktivit, buynuz qişanın allergik kənar xoraları, gözün ön kamerasının iltihabı, xorioretinit, diffuz arxa uveit və xoreit, gözlərin herpeslə zədələnməsi, irit və iridosiklit, keratit, görmə sinirinin nevriti və simpatik oftalmiya zamanı tövsiyə olunur. • Endokrin xəstəliklər Коrtikosteroidlər böyrəküstü vəzilərin birincili və ikincili çatışmazlığı, kongenital hiperplaziya, xərçəng xəstəliyi ilə əlaqədar olan hiperkalsiemiya, irinsiz tireoidit və Addison xəstəliyi zamanı tövsiyə olunur. • Mədə-bağırsaq xəstəlikləri Коrtikosteroidlər regionar enteritin (Kron xəstəliyi) və xoralı kolitin kəskinləşmələrinin terapiyası üçün göstərişlidir. • Respirator xəstəliklər Коrtikosteroidlər aspirasion pnevmoniya, berillioz, Leffler sindromu, sarkoidoz və disseminasiya olunmuş vərəmin müalicəsində istifadə edilir. • Digər xəstəliklər Vərəm meningiti, dağınıq skleroz (kоrtikosteroidlərdən dağınıq sklerozun kəskinləşmələrinin müalicəsində istifadə edilir; onlar xəstəliyin kəskinləşmə davamiyyətini qısaldır, lakin onun irəliləməsinə təsir göstərmir).

Əks göstərişlər:

 Triamsinolona və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq. Kortikosteroidlər sistem göbələk infeksiyaları zamanı əks göstərişdir. Əzələdaxili yeridilən коrtikosteroidlər idiopatik trombositopenik purpura zamanı əks göstərişdir. Kenaloqu gözə yeritmək olmaz. Aşağıda sadalanan əks göstərişlər nisbidir, müalicənin planlaşdırılan davamiyyətindən və yeridilmə üsulundan – sistem və ya lokal – asılıdır və əsasən ehtiyat və xəbərdarlıq xarakteri daşıyır. Аktiv iltihab Kоrtikosteroidlər orqanizmin infeksiyalara qarşı cavab reaksiyasını zəiflədə və lokal və ya sistem infeksiyalarını, sistem göbələk infeksiyalarını aktivləşdirə və ya kəskinləşdirə, antibiotiklərlərlə nəzarət olunmayan infeksiyaları aktivləşdirə, həmçinin latent vərəmi aktivləşdirə və ya vərəmin klinik təzahürlərini şiddətləndirə bilər. Diabet Kоrtikosteroidlərlə terapiya zamanı xəstəliyin gedişatı üzərində nəzarət çətinləşə bilər. Оsteoporoz Kоrtikosteroidlərlə uzunmüddətli terapiya zamanı, xüsusilə də yaşlı xəstələrdə, onurğanın kompression zədələnməsi təhlükəsinin yaranmasına qədər osteoporoz əlamətləri güclənə bilər. Мiopatiya  Anamnezdə коrtikosteroid-induksiya olunmuş proksimal miopatiyanın olması bu əlavə təsirin yaranmasının xüsusi riskinin olması ilə əlaqədar olaraq əks göstərişdir. Kortikosteroidlərin qəbulunu dayandırdıqdan sonra miopatiya, adətən, bir neçə ay ərzində aradan qalxır. Uşaqlar bu əlavə təsirin yaranma riskinə daha çox məruz qalırlar. Peptik xora Peptik xoranın yaranması müəyyən dərəcədə коrtikosteroidlərin qəbul edilməsi ilə bağlıdır, bu zaman qanaxma və ya perforasiyanın yaranma riski mövcuddur. Əlavə olaraq iltihab əleyhinə preparatlar qəbul edən xəstələr daha çox bu riskə məruz qalırlar. Psixoz Anamnezdə paranoya və depressiya olan xəstələrdə bu preparatın qəbulu intihar riskini artıra bilər. Тoxuma reparasiyası Yeni bağırsaq anastomozları olan xəstələr üçün toxuma reparasiyasının yavaşıması əhəmiyyətli dərəcədə ola bilər. Vaksinasiya  Kоrtikosteroidlər qəbul edən xəstələr çiçəyə qarşı vaksinasiya olunmamalıdırlar. Kоrtikosteroidlərin yüksək dozalarını qəbul edən xəstələrə hər hansı digər vaksinasiya aparılmamalıdır, belə ki, nevroloji ağırlaşmalar və ya anticisimlərin kifayət miqdarda ifraz olunmaması mümkündür. Triamsinolon asetonidin ciddi göstərişlər olmadıqda 6 yaşa qədər uşaqlara əzələdaxili inyeksiyalar şəklində və ya 12 yaşa qədər uşaqlara oynaqdaxili inyeksiyalar və ya zədələnmə sahəsinə inyeksiyalar şəklində təyin edilməsi tövsiyə olunmur. Kоrtikosteroidlərin lokal istifadəsi əks göstərişdir (nisbətən): • impetiqo, dərinin trixofitiyası və sadə herpes kimi zədələnmələr zamanı, • yenidoğulmuşlarda, • adi sızanaqlar zamanı, • rozaseya zamanı, • trofik xoralar zamanı.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Teratogen effektin müəyyən olunmamasına baxmayaraq, hamiləlik zamanı triamsinolon asetonid qəbul edilməməlidir. Kоrtikosteroidlərin insanlarda reproduktiv funksiyaya təsirinə həsr olunmuş kifayət qədər tədqiqatlar aparılmadığından, onların hamiləlik zamanı, həmçinin ana südü ilə qidalandıran qadınlarda istifadəsi yalnız potensial fayda ana və döl üçün potensial riskdən yüksək olduğu hallarda göstərişlidir. Anaları hamiləlik zamanı yüksək dozalarda коrtikosteroidlər qəbul etmiş yenidoğulmuşlar hipoadrenalizmin mümkün simptomlarının aşkar edilməsi məqsədilə hərtərəfli müayinə olunmalıdırlar. Buna baxmayaraq neonatal böyrəküstü vəzi çatışmazlığı nadir hallarda qeyd olunur

Kenaloq istifadə qaydası, dozası

 Triamsinolonun doza sxemi dəyişkəndir və xəstəlikdən və həyata keçirilən terapiyaya qarşı xəstənin cavabından asılı olaraq fərdi qaydada müəyyən edilməlidir. Müalicəyə nəzarətlə birgə kortikosteroidlərin minimal dozalarını təyin etmək lazımdır. Dozanın aşağı salınması lazım gəldikdə, bunu tədricən həyata keçirmək lazımdır. Doza oynağın ölçüsü, xəstəliyin vəziyyəti və xəstənin cavabına müvafiq olaraq müəyyən edilməlidir. Terapevtik effekt, bir qayda olaraq, iki – üç həftədən sonra müşahidə edilir. Lakin arzuolunan müsbət effektə nail olmaq üçün 6 həftədən çox müddət tələb oluna bilər. Kеnaloq 40 preparatı venadaxili təyin edilməməlidir! Əzələdaxili yeridilmə Kenaloq 40 əzələdaxili 40-80 mq dozada təyin edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 40 mq-dır. Ehtiyac olduqda, birdəfəlik doza 100-120 mq-a qədər artırıla bilər. 6-12 yaşlı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 1-7 gün interval ilə 0,03-0,2 mq/kq-dır. Kenaloq 40 preparatının əzələdaxili yeridilməsi çox zaman başlanğıc peroral terapiyanı əvəz edə bilər. Bir parenteral doza xəstəliyə 4-7 gündən 3-4 həftəyə qədər nəzarət etmək üçün kifayət edir. 40-60 mq təşkil edən birdəfəlik dozanın qəbul edilməsi ot qızdırması və ya bitki tozcuqlarının təsirindən əmələ gələn astma zamanı bütün mövsüm ərzində simptomların remissiyasına gətirib çıxara bilər. Göstərilən yeridilmə üsulu, məsələn, astma zamanı, müsbət nəticələrə gətirib çıxara bilər, lakin kortikosteroidlərdən müntəzəm şəkildə istifadə zamanı mümkün olan əlavə təsirlərin yaranması ilə bağlı ola bilər. Oynaqdaxili yeridilmə Hal-hazırda triamsinolondan revmatoid artritin sistem terapiyası üçün nadir hallarda istifadə edilir; o, revmatoid, podaqra və psoriatik artrit və osteoartrit zamanı ağrı və iltihabı yüngülləşdirmək üçün oynağın daxilinə yeridilə bilər. Xəstələri xəbərdar etmək lazımdır ki, simptomların yaxşılaşmasına nail olunduqda oynaqları həddən artlq yükləməsinlər. Uzun müddət əzində təkrar edilən oynaqdaxili inyeksiyalar oynağın ağır destruksiyasına və sümüyün nekrozuna səbəb ola bilər. Böyüklər üçün triamsinolon asetonidin oynaqdaxili yeridilmə üzrə adi dozası: kiçik oynaqlar üçün 510 mq, iri oynaqlar üçün 20-60 mq-dır. Bir neçə oynağa yeridilən ümumi doza 80 mq-dan çox olmamalıdır. 12-18 yaşlı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 2,5-40 mq-dır. Sonrakı dozalar xəstənin cavabı nəzərə alınmaqla artırıla bilər. Triamsinolon bursit və ya tendosinoviti yüngülləşdirmək üçün lokal yeridilə bilər. Preparatı vətərlə vətər yatağı arasına yeridən zaman ehtiyatlı olmaq lazımdır; preparatın bilavasitə vətərə yeridilməsi onun cırılmasına gətirib çıxara bilər. Doza sinovial boşluğun ölçüsündən və iltihabın dərəcəsindən asılıdır. Zədələnmə ocağına yeridilmə Zədələnmiş sahəyə, adətən, müvafiq olan dozalara bölünmüş, 5-10 mq triamsinolon asetonid yeridilir. 12-18 yaşlı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 2,5-40 mq-dır. Sonrakı dozalar xəstənin cavabı nəzərə alınmaqla artırıla bilər. Sahə böyük olduqda inyeksiya yerinə bir neçə kiçik inyeksiyalar yeridilir. Bir qayda olaraq, hər 2-3 həftədən bir 2-3 inyeksiya kifayət edir. Göstərilən yeridilmə üsulundan böyük sahəyə malik zədələnmə ocaqlarında, məsələn, psoriaz və ya ocaqlı alopesiya zamanı istifadə edilir. Uşaqlar Triamsinolon asetonidin 6 yaşdan kiçik uşaqlarda əzələdaxili və 12 yaşdan kiçik uşaqlarda oynaqdaxili istifadəsi ciddi göstərişlər olmadan tövsiyə olunmur. Müalicə dövründə bu cür xəstələrin böyümə və inkişafını yoxlamaq lazımdır. Böyrək funksiyalarının pozğunluqları zamanı doza korreksiyası tələb olunmur. Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluqları zamanı müalicəyə yarı doza ilə başlamaq lazımdır, belə ki, xəstələrin bu kateqoriyasında kortikosteroidlərin effekti güclənə bilər. Triamsinolon asetonidi lokal anestetiklərlə durulaşdırmaq və ya qarışdırmaq olar. Kortikosteroid preparatlarını zədələnmə ocağına yeritdikdə inyeksiya üçün su (steril) və ya natrium xloridin 0,9%-li inyeksiya üçün məhlulu ilə qarışdırıla bilər. Hazırlanmış suspenziya 7 gün ərzində istifadəyə yararlı hesab olunur.

Prepared by  T-Soft E-Commerce.