Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kenasef 0.5 qr N1 flakon

Məhsul Kodu : 111-01944
İstehsalçı ölkə: Hindistan
3,08 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KENASEF, venadaxili və əzələdaxili inyeksiya məhlulu hazırlamaq üçün toz (flakonda) və həlledici (ampulda)

Kenasef tərkibi

 Təsiredici maddə:   1 flakonda 500 mq və ya 1 q seftriaksona ekvivalent miqdarda seftriakson  natrium  vardır. Həlledici: 1 %-li lidokain (lidokain hidroxloridə ekvivalent), inyeksiya üçün su. 

İstifadəsinə göstərişlər:

 Seftriakson inyeksiyası aşağıdakı infeksiyaların müalicəsində istifadə üçün göstərişdir: -Aşağı tənəffüs yollarının Streptococcus pneumoniae, Staphylococcus aureus, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella pneumoniae, Escherichia coli, Enterobacter aerogenes, Proteus mirabilis və ya Serratia marcescens tərəfindən yaranan infeksiyaları.. -Streptococcus pneumoniae, Haemophilus influenzae (beta-laktamaza yaradan növlər də daxil olmaqla), və ya Moraxella Catarrhalis (beta-laktamaza yaradan növlər də daxil olmaqla) tərəfindən yaranan kəskin bakterial orta otit -Dəri və dərialtı toxumanın Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pyogenes, Viridans qrup streptokokklar, Escherichia coli, Enterobacter cloacae, Klebsiella oxytoca, Klebsiella pneumoniae, Proteus mirabilis, Morganella morganii, Pseudomonas aeruginosa, Serratia marcescens, Acinetobacter calcoaceticus,  Bacteroides fragilis və ya Peptostreptococcus  növləri tərəfindən törədilən infeksiyaları. -Sidik-ifrazat yollarının Escherichia coli, Proteus mirabilis, Proteus vulgaris, Morganella morganii, Klebsiella pneumoniae tərəfindən törədilən infeksiyaları (ağırlaşmış və ya ağırlaşmamış). -Ağırlaşmamış süzənək (servikal/uretral və ya rektal): Neisseria gonorrhoeae tərəfindən yaranan. -Çanağın iltihabi xəstəlikləri: Neisseria gonorrhoeae tərəfindən törədilən. -Bakterial septisemiya: Staphylococcus aureus, Streptococcus pneumoniae, Escherichia coli, Haemophilus parainfluenzae və ya Klebsiella pneumoniae tərəfindən yaranan. -Sümük və oynaq infeksiyaları: Staphylococcus aureus, Streptococcus pneumoniae, Escherichia coli, Proteus mirabilis, Klebsiella pneumoniae və ya Enterobacter növləri tərəfindən yaranan. -İntra-abdominal infeksiyalar: Escherichia coli, Klebsiella pneumoniae, Bacteroides fragilis, Clostridium növləri və ya Peptostreptococcus növləri tərəfindən yaranan. -Meningit: Haemophilus influenzae, Neisseria meningitidis və ya Streptococcus pneumoniae tərəfindən yaranan. -Cərrahi profilaktik məqsədlə: Cərrahi müdaxilələrə məruz qalan pasiyentlərdə əməliyyatdan sonrakı infeksiyaların yaranmasının azaldılması məqsədilə.

Əks göstərişlər:

 Sefalosporinlərə, penisillinlərə və digər dərmanlara məlum həssaslığı olanlarda preparatın istifadəsi əks göstərişdir. Hiperbilirubinemik yenidoğulmuşlar, xüsusilə vaxtındanəvvəl doğulmuşlar (postmenstrual 41 həftəyə kimi) seftriakson inyeksiyası ilə müalicə olunmamalıdırlar. Seftriakson kalsiumdan-ibarət venadaxili məhlullarla eyni zamanda istifadə edilməməlidir. Lidokain məhlulunda həll edilmiş seftriaksonun vena daxilinə yeridilməsi əks göstərişdir. Əzələdaxili inyeksiya məhlulunun hazırlanması üçün seftriaksonla həlledici kimi lidokain istifadə edildikdə, lidokainə aid bütün əks  göstərişlər nəzərə alınmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Seftriakson cift baryeri keçir. Hamilə qadınlarda preparatın istifadəsi barədə məlumat çox azdır. Hamiləlik zamanı Seftriaksondan istifadə yalnız gözlənilən fayda potensial riskdən üstün olduğu halda mümkündür. Heyvanlar üzərində aparılan tədqiqatlarda seftriakson embriona/dölə, perinatal və doğuşdan sonra inkişafa bilavasitə və vasitəli xoşagəlməz təsir göstərməmişdir. Laktasiya dövrü  Seftriakson cüzi konsentrasiyalarda ana südünə nüfuz edir, müalicəvi dozalarla istifadə etdikdə ana südü ilə qidalanan uşağa seftriaksonun təsiri gözlənilmir. Buna baxmayaraq, uşaqda diareyanın, selikli qişalarda göbələk infeksiyanın və sensibilizasiyanın əmələ gəlmə riski istisna olunmamalıdır.  Uşaq üçün ana südü ilə qidalanmanın dəyərini və qadın üçün preparatdan müalicənin dəyərini nəzərə alaraq ya ana südü ilə qidalanma ləğv edilir, yaxud da seftriaksonla müalicə ləğv edilir/dayandırılır. Fertillik Tədqiqatlar zamanı kişi və qadınlarda fertilliyə qarşı xoşagəlməz təsirin heç bir əlaməti aşkar olunmamılşdır.

 

Kenasef istifadə qaydası, dozası

 Seftriakson kalsiumdan-ibarət digər venadaxili məhlullarla eyni zamanda təyin edilməməlidir. Seftriakson 5 %-li dekstroza və ya 0,9%-li natrium xlorid məhlullarında 10 mq/ml və 40 mq/ml konsentrasiyalarda hazırlanır. Çöküntülərin  əmələ gəlməsi səbəbindən seftriakson məhlullarının hazırlanmasında və ya vena daxilinə yeridilmə üçün hazırlanmış məhlulların durulaşdırılması məqsədilə Ringer məhlulu və ya Hartmann məhlulu kimi kalsiumtərkibli həlledicilərdən istifadə edilməməlidir. Böyüklər: infeksiyanın tipindən və ağırlığından asılı olaraq böyüklərdə məsləhət görülən gündəlik adi doza gün ərzində bir dəfə 1-2 q seftriakson təşkil edir. Staphylococcus aureus tərəfindən yaranan infeksiyaların müalicəsi üçün tövsiyə olunan gündəlik doza 2-4 q seftriakson təşkil edir. Ümumi gündəlik doza 4 q-dan artıq olmamalıdır. Ağırlaşmamış qonokokk infeksiyalarında: 250 mq sadə dozanın (500 mq-lıq flakonun yarısı) əzələdaxilinə yeridilməsi məsləhətdir.  Əməliyyatönü cərrahi profilaktika məqsədilə: 1q sadə doza venadaxilinə cərrahi müdaxilədən ½ -2 saat əvvəl tətbiq edilməsi məsləhət görülür. Ümumi olaraq 4-14 gün təşkil edən seftriakson terapiyası  infeksiyanın əlamətləri və simptomları keçib getdikdən sonra belə 2 gün ərzində davam etdirilməlidir. Lakin ağırlaşmış infeksiyalar zamanı daha uzunmüdətli terapiya tələb oluna bilər. Streptococcus piogenes tərəfindən yaranan infeksiyaların müalicəsi ən azı 10 gün davam etməlidir. Meningit: Başlanğıc terapevtik dozanın 100 mq/kq-la başlanması tövsiyə olunur (4 qramdan artıq olmamalıdır). Sonradan isə ümumi günəlik dozanın 100  mq/kq/gün təyin edilməsi məsləhət görülür. Gündəlik doza bir dəfəyə (və ya hər 12 saatdan bir bərabər bölünmüş dozalarda) tətbiq edilə bilər. Müalicə müddəti 7-14 gün təşkil edir.  Qaraciyər və ya böyrək funksiyaları pozulmuş pasiyentlərdə doza tənzimlənməsinə ehtiyac yoxdur. Əzələdaxili inyeksiya: 250 mq/ml və ya 350 mq/ml seftriakson hazırlanması üçün 1000 mq seftriakson 3.5 ml və ya 2.1 ml 1%-li lidokaində həll edilməlidir.Məhlul əzələdaxilinə dərin olaraq yeridilməlidir. 1 q-dan yüksək dozalar bölünməli və bir neçə inyeksiya yerinə istifadə edilməlidir. Venadaxili inyeksiya: 100 mq/ml seftriakson hazırlamaq üçün 1 q seftriakson 10 ml inyeksiya üçün suda həll edilməlidir. İnyeksiya 2-4 dəqiqə ərzində birbaşa olaraq venaya və ya venadaxili infuziya borusuna yeridilməlidir. Seftriakson  infuziyası venadaxilinə 30 dəqiqə ərzində, yenidoğulmuşlarda isə bilirubin ensefalopatiyasının yaranma riskinin azaldılması məqsədilə 60 dəqiqə ərzində yeridilməlidir. 10 mq/ml və 40 mq/ml arasında konsentrasiyaların istifadəsi tövsiyə olunur; lakin lazım gəldikdə aşağı konsentrasiyalar da istifadə edilə bilər. İstifadədən qabaq hazırlanmış məhlulda vizual olaraq kənar  hissəciklərin  olub-olmaması nəzərdən keçirilməlidir. Çöküntülərin əmələ gəlməsi səbəbindən seftriakson məhlullarının hazırlanmasında və ya venadaxilinə yeridilmə üçün hazırlanmış məhlulların durulaşdırılması məqsədilə Ringer məhlulu və ya Hartmann məhlulu kimi kalsiumtərkibli həlledicilərdən istifadə edilməməlidir. Qaraciyər və ya böyrək funksiyaları pozulmuş pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Uşaqlarda istifadəsi Çox kəskin pnevmoniya zamanı 2 aylıq yaş qrupundan 5 yaşa kimi olanlarda: hər 24 saatdan bir 50 mq/kq (maksimum 1q) venadaxilinə və ya əzələdaxilinə ən azı 5 gün. Dəri və dərialtı toxuma infeksiyaları zamanı: tövsiyə olunan ümumi gündəlik doza gün ərzində bir dəfə 50-70 mq/kq təşkil edir.Ümumi gündəlik doza 2q-dan artıq olmamalıdır. Kəskin bakterial otit media (orta qulağın iltihabı) zamanı: 50 mq/kq ( 1q-dan artıq olmamalıdır) birdəfəlik doza əzələdaxilinə yeridilməsi məsləhət görülür Meningitdən başqa digər ağır qarışıq infeksiyalarda: tövsiyə olunan ümumi gündəlik doza 50-70 mq/kq, bölünmüş doza şəklində hər 12 saatdan bir  təşkil edir. Ümumi gündəlik doza 2q-dan artıq olmamalıdır.

Prepared by  T-Soft E-Commerce.