Sevimlilərə əlavə edin
Paylaşın

Ketonal 100 Mq 2 ml N10 Ampul

Məhsul Kodu : 111-00418
İstehsalçı ölkə : Sloveniya
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

KETONAL, 100 mq/2 ml inyeksiya üçün məhlul

KETONAL tərkibi

KETONAL tərkibi, 2 ml (1 ampul) məhlulun tərkibində 100 mq ketoprofen vardır

Ketonal, istifadəsinə göstərişlər

Ketoprofen iltihabəleyhinə, ağrıkəsici, qızdırmasalıcı və revmatizməleyhinə təsirlərə malik qeyri-steroid preparatdır. Aşağıdakı hallarda istifadə olunur: revmatoid artrit, seroneqativ spondiloartrit (ankilozlaşdırıcı spondilit, psoriatik artrit, reaktiv artrit), podaqra, psevdopodaqra, osteoartroz, oynaqdankənar revmatizm (tendinit, bursit, bazu oynağında kapsulit); travmadan sonrakı ağrı, əməliyyatdan sonrakı ağrı (məsələn, ortopedik əməliyyatlardan sonra), şiş ilə xəstələrdə sümük metastazları nəticəsində ağrı, menstruasiya zamanı ağrı.

Əks göstərişlər

Ketoprofenə və ya preparatın hər hansı köməkçi maddələrinə qarşı yüksək həssaslıq; anamnezdə astma tutmaları, övrə, rinit, bronxospazm və ya QSİƏP və ya salisilatlara qarşı allergik reaksiyalar; ağır ürək çatışmazlığı; aktiv peptik xora, mədə-bağırsaq qanaxması, anamnezdə xora və ya perforasiya; böyrək və qaraciyər funksiyalarının ağır pozulması; hemorragik diatez; hamiləliyin son trimestri; serebrovaskulyar və digər qanaxmalar; əzələdaxili istifadədə qanın laxtalanmasının pozulması və ya antikoaqulyantlarla müalicə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin birinci və ikinci trimestrində ketoprofenin istifadəsinə yalnız ciddi göstəriş olduqda imkan verilir. Hamiləliyin üçüncü trimestrində ketoprofenin istifadəsi əks göstərişdir. Prostaqlandin sintezinin inhibə olunması dölə və hamiləyə mənfi təsir göstərə bilər. Laktasiya dövründə ketoprofenin ana südünə keçib-keçmədiyi məlum deyil, istifadəsi tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Parenteral istifadə üçün nəzərdə tutulmuşdur. Əzələdaxili: böyüklərə və 15 yaşdan yuxarı uşaqlara gündə 1-2 dəfə 100 mq (1 ampul). Venadaxili infuziya yalnız stasionar şəraitdə: qısamüddətli – 100–200 mq ketoprofen 100 ml 0,9% NaCl-də 0,5–1 saat ərzində; davamlı – 500 ml infuziya məhlulunda 100–200 mq ketoprofen 8 saat ərzində. Morfin ilə eyni flakonda qarışdırıla bilər. Yaşlılar, qaraciyər və böyrək funksiyası pozulmuş xəstələrdə dozaya düzəliş edilməlidir. 15 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00418

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce