Sevimlilərə əlavə edin
Paylaşın

Ketonal 50MG N25 Cap

Məhsul Kodu : 111-00417
İstehsalçı ölkə : Sloveniya
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

KETONAL, 50 mq kapsullar

KETONAL tərkibi

KETONAL tərkibi, 1 kapsulda 50 mq ketoprofen vardır

Ketonal, istifadəsinə göstərişlər

KETONAL, iltihabi, degenerativ və metabolik revmatik xəstəliklərin simptomatik müalicəsi üçün və bəzi kəskin və xroniki ağrı sindromlarında ağrının aradan qaldırılması üçün göstərişdir. KETONAL aşağıdakı göstərişlər zamanı istifadə olunur: - revmatoid artrit, - seroloji neqativ spondiloartrit (ankilozlaşdırıcı spondilit, psoriatik artrit, reaktiv artrit), - podaqra, psevdopodaqra, - osteoartrit, - oynaqdankənar revmatizm (tendinit, bursit, bazu oynağının kapsuliti), - əməliyyatsonrası ağrı, - birincili dismenoreya, - şişlər zamanı sümük metastazları nəticəsində baş verən ağrı, - post-travmatik ağrı.

Əks göstərişlər

Ketoprofenə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; anamnezdə ketoprofenin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) və ya salisilatlar (məsələn, asetilsalisil turşusu) kimi oxşar təsiredici maddələrin istifadəsindən sonra rinit, bronxospazm, astma tutmaları, övrə və ya allergik tipli reaksiya. Belə pasiyentlərdə ağır (nadir hallarda letal) anafilaktik reaksiyalar təsvir edilmişdir; ağır ürək çatışmazlığı; kəskin fazada peptik xora, həmçinin anamnezdə mədə-bağırsaq qanaxması, xora və perforasiya; hemorragik diatez; böyrək funksiyasının ağır pozğunluğu; qaraciyər funksiyasının ağır pozğunluğu; hamiləliyin son (üçüncü) trimestri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin birinci və ikinci trimestrində ketoprofenin istifadəsinə yalnız ciddi göstəriş olduqda imkan verilir. Əgər ketoprofen tərkibli dərman vasitəsini hamilə olmağa çalışan və ya hamiləliyin birinci və ya ikinci trimestrində olan qadın istifadə edirsə, doza mümkün qədər aşağı və müalicə müddəti mümkün qədər qısa olmalıdır. Hamiləliyin üçüncü trimestrində ketoprofenin istifadəsi əks göstərişdir. Laktasiya dövründə olan qadınlara ketoprofeni istifadə etmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Böyüklər və 15 yaşdan yuxarı yeniyetmələr: adi doza səhər və nahar vaxtı 50 mq, axşam 50–100 mq təşkil edir. Gündəlik doza 100 mq-a qədər azaldıla bilər. Maksimal doza – 200 mq. Kapsulları Ketonal suppozitoriyaları ilə kombinə etmək olar. Məsələn, səhər və günorta 1 kapsul (50 mq), axşam 1 suppozitoriya (100 mq). Kapsullar yemək zamanı və ya yeməkdən sonra, çeynəmədən, su ilə qəbul edilməlidir. Qaraciyər və/və ya böyrək çatışmazlığı zamanı başlanğıc doza azaldılmalıdır. Uşaqlarda və 15 yaşdan aşağı yeniyetmələrdə istifadəsi əks göstərişdir. Yaşlılarda isə minimal effektiv dozada istifadə olunmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00417

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce