Bitib
Stokda olanda mənə xəbər verin.Ketonal Duo, beynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen
Təsiredici maddə: 1 kapsulun tərkibində 150 mq ketoprofen (modifikasiya olunmuş formada) vardır.
Revmatoid artrit, seroloji neqativ spondiloartrit, podaqra və psevdopodaqra, osteoartrit, oynaqdankənar revmatizm (tendinit, bursit), əməliyyatsonrası ağrı, birincili dismenoreya, sümük metastazları ilə əlaqəli ağrı, post-travmatik ağrı hallarında istifadə olunur.
Ketoprofene və ya tərkibindəki digər maddələrə qarşı yüksək həssaslıq; QSİƏP və salisilatlara qarşı allergik reaksiyalar; ağır ürək çatışmazlığı; peptik xora və mədə-bağırsaq qanaxması; hemorragik diatez; ağır böyrək və qaraciyər çatışmazlığı; hamiləliyin üçüncü trimestri.
Hamiləliyin ilk və ikinci trimestrində yalnız ciddi göstəriş olduqda istifadə edilir. Üçüncü trimestrdə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadəsi tövsiyə olunmur.
15 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadəsi əks göstərişdir.
Yuxululuq, qıcolmalar, başgicəllənmə halları yarandıqda nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmlərin idarəsi tövsiyə olunmur.
Kapsul bütöv şəkildə, çeynəmədən, su ilə qəbul edilir. Böyüklər və 15 yaşdan yuxarı şəxslər üçün gündə 1 kapsul (150 mq) qəbul edilir. Maksimal sutkalıq doza – 200 mq. Yaşlılarda doza azaldılmasa da, ehtiyatla istifadə olunmalıdır. 15 yaşdan kiçik uşaqlarda istifadə olunmur.