Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KETONAL EXTRA 25MG N30 PAKET

Məhsul Kodu : 111-26227
İstehsalçı ölkə: Sloveniya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KETONAL EKSTRA PLYUS, daxilə qəbul edilən məhlul hazırlamaq üçün 50 mq qranullar

KETONAL EKSTRA PLYUS tərkibi

Təsiredici maddə: Ketonal Ekstra: 1 saşedə 25 mq ketoprofen vardır (40 mq ketoprofenin lizin duzuna ekvivalentdir). Ketonal Ekstra Plyus: hər ikili saşedə 50 mq ketoprofen vardır(bu isə, 80 mq ketoprofenin lizin duzuna ekvivalentdir). İkili saşedən tam (50 mq) və ya yarım (25 mq) doza əldə etmək olar.

İstifadəsinə göstərişlər

Dərman vasitəsi, aşağıda göstərilən, yüngül dərəcəli və ya orta dərəcəli ağrının qısamüddətli simptomatik müalicəsində istifadə olunur: • baş ağrısı; • diş ağrısı; • menstrual ağrılar (dismenoreya); • əzələlərin, vətərlərin, bağların əhəmiyyətli olmayan gərilməsi və cırılmasından sonra yaranan ağrı. Dərman vasitəsi böyüklərdə və 16 yaş və daha yuxarı yaşda olan yeniyetmələrdə istifadə üçün göstərişdir.

Əks göstərişlər

- Ketoprofenin təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; - anamnezdə ketoprofenin və ya digər qeyri -steroid iltihabəleyhinə preparatlar (QSİƏP) və ya salisilatlar (məsələn asetilsalisil turşusu) kimi oxşar təsiredici maddələrin istifadəsindən sonra rinit, bronxospazm, astma tutmaları, övrə və ya allergik tipli rea ksiya; belə pasiyentlərdə ağır (nadir hallarda letal) anafilaktik reaksiyalar (bax: “Əlavə təsirləri”) təsvir edilmişdir; - ağır ürək çatışmazlığı; - kəskin fazada peptik xora, həmçinin anamnezdə mədə-bağırsaq qanaxması, xora və perforasiya; - hemorragik diatez; - böyrək funksiyasının ağır pozğunluğu; - qaraciyər funksiyasının ağır pozğunluğu; - hamiləliyin son (üçüncü) trimestri (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”); Ketoprofeni mədə-bağırsaq traktı üçün yüksək riski olan xəstələrdə istifadə etmək olmaz: yaşlılarda və antikoaqulyantlar, antitrombotik dərman vasitələri, kortikosteroidlər, digər QSİƏP -r, serotoninin geri tutulmasının selektiv inhibitorlları (SGSİ) və ya nikorandil qəbul edən xəstələrdə (həmçinin, bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Prostaqlandinlərin sintezinin inhibə olunması hamiləliyə və \və ya embrionun və dölün inkişafına mənfi təsir göstərə bilər. Epidemioloji məlumatlara əsasən hamiləliyin erkən dövründə prostaqlandin sintezinin inhibitorlarının istifadəsi hamiləliyin pozulma sının, ürək qüsurlarının və qastroşizisin yüksək yaranma riski ilə əlaqəlidir. Anadangəlmə ürək -damar sisteminin qüsurlarının mütləq yaranma riski 1% -dən az göstəricidən təqribən 1.5% -dək artmışdır. Hesab olunur ki, dozanın artması və müalicə müddətinin uzanması ilə risk də yüksəlir.

Nümayiş olunmuşdur ki, heyvanlarda prostaqlandin sintezi inhibitorlarının istifadəsi dölün pre- və - post implantasiya dövründə ölümünə, eyni zamanda embriofetal ölümün yüksəlməsinə gətirib çıxarır. Bundan başqa, prostaqlandin sintezi inhibitorlarının he yvanlarda istifadəsi, orqanogenez dövründə ürək-damar sistemi daxil olmaqla, müxtəlif anadangəlmə qüsurların yüksək yaranma tezliyi müşahidə olunmuşdur. Hamiləliyin birinci və ikinci trimestrində ketoprofenin istifadəsinə yalnız ciddi göstəriş olduqda imk an verilir. Əgər ketoprofen tərkibli dərman vasitəsini hamilə olmağa çalışan və ya hamiləliyin birinci və ya ikinci trimestrində olan qadın istifadə edirsə, doza mümkün qədər aşağı və müalicə müddəti mümkün qədər qısa olmalıdır.

Hamiləliyin üçüncü trimestrində bütün prostaqlandin sintezi inhibitorlarının istifadəsi dölə aşağıdakı təsir göstərə bilər: - ürək-ağciyər toksikliyi (arterial axacağın erkən bağlanması və ağ ciyər hipertenziyasının yaranması ilə); - oliqohidroamnion ilə ağır dərəcəli böyrək çatışmazlığına qədər irəliləyən böyrəklərin funksiyasının pozulması. Hamiləliyin sonunda prostaqlandin sintezi inhibitorları ana və yenidoğulmuş körpəyə aşağıdakı kimi təsir göstərə bilər: - antiaqreqant təsirinə görə, qanaxma müddətinin uzanması mümkündür, bu hətta dərman vasitəsinin çox aşağı dozalarda istifadəsi zamanı qeyd oluna bilər; - uşaqlığın yığılma funksiyasının inhibə olunması, bu isə, doğuşun və ya doğuş müddətinin uzanmasına gətirib çıxara bilər. Bununla əlaqədar, hamiləliyin üçüncü trimestrində ketoprofenin istifadəsi əks göstərişdir. Laktasiya dövrü Ketorpofenin insanlarda ana südünə nüfuz etməsi haqqında məlumat yoxdur.

Laktasiya dövründə olan qadınlara ketoprofeni istifadə etmək tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

yətinə təsiri Pasiyentlər yuxululuq, qıcolmalar, başgicəllənmə kimi əlavə təsirlərin yaranma ehtimalı haqqında məlumatlı olmalıdırlar və onların yaranması zamanı nəqliyyat vasitələrinin idarə olunmasından və digər potensial təhlükəli mexanizmlərin istifadəsindən imtina etməlidirlər.

KETONAL EKSTRA PLYUS istifadə qaydası və dozası

Dozalar Dərman vasitəsi, simptomları nəzarətdə saxlamaq üçün zəruri olan ən aşağı effektiv dozada maksimal qısa müddət ərzində qəbul edilərsə, əlavə təsirlərin yaranma ehtimalını minimuma endirmək olar. (bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Böyüklər və 16 yaşından yuxarı yeniyetmələr • 25 mq ketoprofen gündə 1–3 dəfə və ya • 50 mq ketoprofen gündə 1–2 dəfə. Qəbul arası interval 8 saatdan az olmamalıdır.

Yaşlılar Doza diqqətli şəkildə həkim tərəfindən təyin olunur və həkim, lazım olduqda yuxarıda qeyd olunan dozanı azalda bilər (bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Uşaqlar və yeniyetmələr Dərman vasitəsi uşaqlarda və 16 yaşından aşağı yeniyetmələrdə istifadə üçün tövsiyə olunmur. Dərman vasitəsi yalnız qısa müddətli müalicə üçün nəzərdə tutulub. Əgər 16 yaşında və ondan yuxarı yaşda olan yeniyetmələrdə müalicə üçün dərman vasitəsinin istifadəsi 3 gündən artıq tələb olunursa və ya simptomlar pisləşirsə, dərhal həkimə müraciət etmək lazımdır.

Əgər böyük yaşlı insanlarda qızdırmanı (temperaturu) aşağı salmaq üçün dərman vasitəsinin 3 gündən artıq və ya qızdırma olmadığı halda ağrını aradan qaldırmaq üçün 5 gündən artıq istifadəsi tələb olunursa, yaxud xəstələrdə simptomlar pisləşirsə, onlar, həkimə müraciət etməlidirlər. Gündəlik maksimal doza 200 mq-dır. 200 mq doza ilə müalicəyə başladıqda, fayda və risk nisbəti diqqətli şəkildə nəzərdən keçirdilməlidir və yüksək dozalar tövsiyə olunmur. Qaraciyər və\və ya böyrək funksiyasının pozulması olan xəstələr Qaraciyər və (və ya) böyrək funksiyasının pozulması ilə xəstələr üçün başlanğıc dozanın azaldılması tövsiyə olunur; onlarda saxlayıcı doza minimal effektiv doza olmalıdır.

Qaraciyərin və (və ya) böyrəklərin funksiyasının ağır pozulması olan xəstələr üçün ketoprofenin istifadəsi əks göstərişdir (bax bölmə “Əks göstərişlər”). İstifadə qaydası Daxilə qəbul üçün nəzərdə tutulub. Məhlulu yemək vaxtı qəbul etmək lazımdır. Daxilə qəbul üçün nəzərdə tutulmuş məhlulun hazırlanma qaydası 25 mq-lıq saşenin möhtəviyyatını 50 ml suya əlavə edib və ya 50 mq-lıq saşenin möhtəviyyatını 100 ml suya əlavə edərək təqribən 30 saniyə ərzində bütün qranulların tam həll olunmasına qədər qarışdırmaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.