Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofen (BPA) (36,9 mq deksketoprofen trometamola ekvivalent) vardır
Ketoprol NORMON qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) adlanan farmakoloji qrupa aid olan ağrıkəsicidir. O, əzələ ağrısı, ağrılı menstruasiya (dismenoreya), dişağrısı daxil olmaqla, mülayim və orta dərəcəli ağrının müalicəsi üçün istifadə edilir.
- Əgər Sizdə deksketoprofen trometamola v ə ya bu d ərman preparatının h ər hansı dig ər komponentinə (bax: “Tərkibi”) qarşı allergiya (yüksək həssaslıq) varsa; - əgər Sizd ə asetilsalisil turşusuna (aspirin) v ə ya dig ər qeyri -steroid iltihab əleyhinə preparatlara (QSİƏP) qarşı allergiya varsa; - əgər Sizd ə astma varsa v ə ya astma tutmalarından, k əskin allergik rinitd ən (burunun selikli qişasının qısamüdd ətli iltihabı), burun polipind ən (allergiya n əticəsində burunda çıxıntılar), övrədən (dəri səpgisi), angionevrotik ödemd ən (üzün, gözlərin, dodaqların v ə ya dilin şişm əsi və ya tənəffüsün çətinləşməsi) və ya asetilsalisil turşusu (aspirin) v ə ya digər qeyri-steroid iltihabəleyhinə preparat qəbul etdikdən sonra sinədə xırıltıdan əziyyət çəkirsinizsə; - əgər peptik xoradan, m ədə və ya b ağırsaq qanaxmasından əziyyət ç əkirsinizsə və ya keçmişdə əziyyət çəkmisinizsə və ya həzmlə bağlı xronik problemləriniz varsa (məsələn, mədənin pozulması, qıcqırma); - əgər keçmişd ə ağrını aradan qaldırmaq üçün istifad ə etdiyiniz qeyri -steroid iltihab - əleyhinə preparatlarla bağlı mədə və ya bağırsaq qanaxmasından və ya perforasiyasından əziyyət çəkmisinizsə; - əgər xronik iltihabla müşayi ət olunan bağırsaq x əstəliyiniz varsa (Kron x əstəliyi v ə ya xoralı kolit); - əgər ağır ür ək çatışmazlığnız, orta ağır v ə ya a ğır böyr ək x əstəlikləriniz v ə ya ağır qaraciyər xəstəliyiniz varsa; - əgər qanaxma ilə bağlı və ya qanın laxtalanması ilə bağlı problemləriniz varsa; - əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa; - əgər yaşınız 18-dən aşağıdırsa.
Ketoprol NORMON hamiləlik və döşlə qidalandırma dövründə istifadə edilməməlidir. Hər hansı dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin Əgər Siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola bildiyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə müraciət edin. Əgər uşaq əmizdirirsinizsə, Siz Ketoprol NORMON qəbul etməməlisiniz. Məsləhət üçün həkiminizə müraciət edin.
Ketoprol NORMON-la müalicə zamanı başgicəllənmə və yuxululuq baş verə bildiyi üçün, o, Sizin sürücülük qabiliyyətinizə zəif təsir göstərə bilər. Əgər Sizdə belə təsirlər meydana çıxarsa, onlar aradan qalxana kimi maşın və mexanizmlərdən istifadə etməyin. Məsləhət üçün həkiminizə müraciət edin.
Həmişə Ketoprol NORMON -u həkiminizin dediklərinə dəqiq əməl etməklə qəbul edin. Əgər nəyəsə əmin deyilsinizsə, həkiminizlə dəqiqləşdirin. Ketoprol NORMON-un qəbul etməli olduğunuz dozası Sizin ağrınızın tipindən, ağırlığından və davametmə müddətindən asılıdır. Gündə neçə tablet və nə qədər müddətə qəbul etməli olduğunuzu həkiminiz Sizə deyəcəkdir.
Tövsiyə olunan doza ümumiyyətlə hər 8 saatdan bir 1 tabletdir (25 mq), lakin gündə 3 tabletdən (75 mq) artıq qəbul edilməməlidir. Əgər Siz yaşlısınızsa və ya böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, müalicəyə 2 tabletdən (50 mq) artıq olmayan ümumi gündəlik doza ilə başlamalısınız. Əgər Ketoprol NORMON-a dözümlülük yaxşı olarsa, yaşlı pasiyentlərdə bu başlanğıc doza sonradan ümumi tövsiyə olunan dozaya (75 mq) qədər artırıla bilər. Əgər Sizin ağrı intensivdirsə və Sizin üçün tez sağalmaq vacibdirsə, tabletləri acqarına (qida qəbulundan ən azı 30 dəqiqə əvvəl) qəbul edin, çünki bu zaman dərman daha tez absorbsiya olunacaq (bax: “Ketoprol NORMON-un qida və içkilərlə birlikdə qəbulu”).
Dəri səpgisi və ya ağızətrafı və ya genital nahiyələrdə hər hansı zədələnmə və ya hər hansı allergiya əlaməti meydana çıxarsa, Ketoprol NORMON-un istifadəsi dayandırılmalıdır. Qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicə müddətində mayenin ləngiməsi və şişkinlik (xüsusilə, ovuclarda və ayaqlarda), qan təzyiqinin yüksəlməsi və ürək çatışmazlığı barədə məlumat verilmişdir. Ketoprol NORMON kimi dərman preparatları ürək tutmalarının (“miokard infarktı”) və insultun (sürebrovaskulyar pozğunluq) başvermə riskini bir qədər yüksəldə bilər. İmmun sistemin birləşdirici toxumaya təsir göstərən pozğunluğu olan (sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəliyi) pasiyentlərdə iltihabəleyhinə dərman vasitələri nadir hallarda qızdırma, başağrısı və ənsə əzələlərinin rigidliyini törədə bilər.
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Növbəti dozanı müntəzəm qəbul vaxtında qəbul edin (“Ketoprol NORMON-u necə qəbul etmək lazımdır”). Əgər bu dərman preparatının istifadəsinə dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Ketoprol NORMON-un qida ilə, içkilərlə və alkoqolla birlikdə qəbulu Tabletləri kifayət qədər su ilə qəbul edin.
Tabletləri qida ilə birlikdə qəbul edin, belə ki, qida mədəyə və ya bağırsağa olan əlavə təsirləri azaltmağa kömək edir. Lakin, əgər Sizdə kəskin ağrı varsa, tabletləri acqarına, yəni ən azı qida qəbulundan 30 dəqiqə əvvəl qəbul edin, belə ki, bu dərmanın tez təsir göstərməsinə səbəb olacaqdır.