Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 25 mq deksketoprofenə ekvivalent 36,90 mq
deksketoprofen trometamol, 4 mq və ya 8 mq tiokolxikozid vardır.
Preparatın istifadəsi aşağıdakı hallarda əks göstərişdir:
• Deksketoprofen, tiokolxikozid, digər QSİƏP-ə və ya preparatın tərkibindəki hər hansı bir
köməkçi maddəyə qarşı yüksək həssaslıq;
• Süst iflic, əzələ hipotoniyası;
• Qanaxma, antikoaqulyant preparatların qəbulu;
• Mədə-bağırsaq qanaxması və ya digər aktiv qanaxma, qanın laxtalanma pozğunluğu;
• Aktiv və ya şübhəli xora xəstəliyi/qanaxması olan xəstələr və ya təkrarlanan xora
xəstəliyi/qanaxması olan xəstələr (iki və ya daha çox fərqli isbat olunmuş xora və ya qanaxma
epizodu) və ya xroniki dispepsiya;
• Anamnezində daha öncə QSİƏP-lə müalicə səbəbindən mədə-bağırsaq qanaxması və ya
perforasiyası olan xəstələr;
• Kron xəstəliyi və ya xoralı kolit;
• Anamnezdə bronxial astma xəstəliyi;
• Ağır ürək çatışmazlığı;
• Orta və ya ağır böyrək çatışmazlığı;
• Qaraciyər funksiyalarının ciddi pozğunluğu;
• Hemorragik diatez və ya digər qan laxtalanma pozğunluğu;
• Koronar şuntlama (AKŞ) əməliyyatı zamanı perioperativ ağrının müalicəsi;
• Hamiləlik və laktasiya dövrü;
• 18 yaş və daha kiçik pasiyentlər;
• Preparat anamnezində aspirin və ya digər QSİƏP-in tətbiqi səbəbindən astma, məxmərək və ya
digər allergik reaksiya olan xəstələrdə istifadə edilməməlidir. Bu xəstələrdə QSİƏP qəbulundan
sonra ağır, nadir hallarda ölümcül, anafilaktik reaksiyalar baş vermişdir.
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir, çünki tərkibindəki
tiokolxikozid embriotoksik və fetotoksik təsir göstərir. QSİƏP qrupunun nümayəndəsi olan
deksketoprofen, həmçinin hamiləlik və laktasiya dövründə əks göstərişdir.
Uşaqlarda və yeniyetmələrdə effektivlik və təhlükəsizlik tədqiqatları aparılmamışdır. Buna görə
preparat 18 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
Preparatın tövsiyə olunan maksimal dozası hər 12 saatdan bir 25 mq deksketoprofen/8 mq
tiokolxikoziddir (gündə 2 dəfə). Yəni, maksimal doza gündə 2 tabletdən (25 mg/8 mg) və ya 3
tabletdən (25 mg/4 mg) çox deyil. Preparat uzunmüddətli terapiya üçün nəzərdə tutulmayıb,
müalicə kursu 5-7 gündən çox olmamalıdır. Müalicənin ümumi davametmə müddəti 7 gündən
çox olmamalıdır. Ketosid yemək zamanı və ya yeməkdən sonra bir stəkan su ilə istifadə
olunmalıdır (150 ml).