Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Klamisin 500 mq N14 tablet

Məhsul Kodu : 111-01499
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
13,04 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KLAMİSİN, örtüklü tabletlər

Klamisin tərkibi

 Təsiredici maddə:   1tabletin tərkibində 500 mq klaritromisin vardır. Köməkçi maddələr: natrium nişasta qlikolyatı, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza,  susuz kolloidal silisium dioksid, povidone K30, stearat turşusu (E570),   maqnezium stearat (E572), talk (E553(b)), sari opadri ((OY-S-22819)  hidroksipropilmetilsellüloza (E464), hidroksipropilsellüloza (E463), sorbitan  monooleat (E494), propilenqlikol (E1520), sorbit turşusu (E200), vanilin,  titani dioksid (E171), xinolin sarısı (alüminium lak E104))

İstifadəsinə göstərişlər:

 KLAMISIN böyüklərdə və 12 yaşdan böyük uşaqlarda müxtəlif mikroorqanizmlər tərəfindən törədilən aşağıdakı infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunur:  ● Yuxarı tənəffüs yollarının infeksiyaları, məsələn, faringit (udlağın iltihabı), tonzillit (badamcığın iltihabı), kəskin haymorit (əlavə burun boşluqlarının iltihabı)  ● Aşağı tənəffüs yollarının infeksiyaları, məsələn, xronik bronxitin kəskin bakterial ağırlaşması, pnevmoniya, ● Dərinin və yumşaq toxumaların həssas mikroorqanizmlər tərəfindən törədilmiş müxtəlif fəsadlaşmamış infeksiyaları, ● Mikobakteriya adlanan xüsusi bakteriya növü tərəfindən törədilən infeksiyalar. KLAMISIN həmçinin aşağıdakı hallarda istifadə edilir: ● Bəzi QİÇS-li xəstələrdə (qazanılmış immunçatışmazlığı sindromu) mikobakteriya tipi ilə birləşmiş infeksiyaya (mycobacterium avium complex) qarşı müdafiə üçün,  ● Oniki-barmaq bağırsaq xorasının residivinin azaldılması, H.pylori-nin eradikasiyası üçün  ● Stomatoloji infeksiyaların müalicəsi (qinqivit).

Əks göstərişlər:

 Sizdə klaritromisinə, eritromisinə və ya makrolid qrupu antibiotiklərinə, həmçinin KLAMİSİN-in digər komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq) varsa, ● Siz aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə: astemizol (ot qızdırması və ya allergiya zamanı istifadə edilir), sizaprid (mədə xəstəlikləri zamanı istifadə olunur), pimozid (bəzi psixi xəstəliklərin müalicəsi üçün istifadə edilir), terfenadin (ot qızdırması və ya allergiya zamanı istifadə edilir), erqotamin (miqren zamanı istifadə edilir), dihidroerqotamin (miqren zamanı istifadə edilir), lovastatin və ya simvastatin (xolesterinin səviyyəsinin yüksək olduğu zaman istifadə olunur) ● Siz böyrək və ya qaraciyər xəstəliyinin mövcud olduğu halda kolxisin (podaqranın, ailəvi Aralıq dənizi qızdırması və Behçet sindromunun müalicəsi üşün istifadə olunan dərman) istifadə edirsinizsə,  ● Oral istifadə üçün midazolam (sedativ dərman) tərkibli dərman istifadə edirsinizsə, ● Anamnezinizdə QT intervalının uzanması (kardioqramda dəyişiklik) və ya ürək ritminin pozulması varsa (o, QT intervalının uzanma sindromuna/torsades de pointes-ə səbəb ola bilər),  ● Sizdə nefrozla yanaşı ağır qaraciyər çatışmazlığı varsa,  ● Əgər Sizdə hipokaliemiya (qanda kaliumun səviyyəsinin aşağı olması) və ya ürək aritmiyası (ürəkdöyünmə) varsa. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Preparatın istifadəsinə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.  Hamiləlik dövründə klaritromisinin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Ona görə də fayda/risk nisbətini hərtərəfli qiymətləndirmədən KLAMİSİN-in hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Alternativ müalicə metodlarının heç birinin yaramadığı klinik hallar istisna olmaqla, KLAMİSİN-in hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Həkiminiz fayda/risk nisbətini diqqətlə qiymətləndirəcəkdir.   Əgər müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.  Laktasiya dövründə klaritromisin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Laktasiya dövründə KLAMİSİN-in istifadəsi zəruri olarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır.

Klamisin istifadə qaydası, dozası

 ● Həkiminiz Sizə KLAMİSİN-lə müalicəni nə qədər davam etdirməli olduğunuzu və hansı dozada neçə tablet qəbul etməli olduğunuzu deyəcəkdir. Həmişə həkiminizin tövsiyələrinə tam riayət edin.  ● Əgər KLAMİSİN-i necə istifadə edəcəyinizə əmin deyilsinizsə, lütfən həkiminizlə məsləhətləşin.  ● KLAMİSİN-in böyüklər üçün tövsiyə edilmiş ümumi dozası 6-14 gün və ya 7-14 gün müddətində gündə 2 dəfə (12 saatdqan bir) 250 və ya 500 mq təşkil edir. Mikobakterial infeksiyaların müalicə müddəti uzundur (3-4 həftə və ya daha uzun) və daha ağır hallarda doza gündə 1000 mq-a qədər artırıla bilər. Sizin həkiminiz Sizin infeksiyanızın xüsusiyyətinə müvafiq olaraq neçə gün müddətində gündə neçə dəfə hansı dozanı qəbul etməli olduğunuzu deyəcəkdir.  ● H.pylori-nin eradikasiyası zamanı doza: onikibarmaq bağırsaq xorasının residivinin profilaktikası üçün H.pylori-nin eradikasiyası üçün həkiminizin digər dərmanlarla yanaşı müalicə rejimindən asılı olaraq 7, 10, 14 və ya 28 gün müddətində gündə 2 və ya 3 dəfə 500 mq klaritromisin istifadə edilir.  ● KLAMİSİN-i hər gün eyni vaxtda 12 saat intervalla səhər və axşam qəbul etmək lazımdır, bu zaman qanda dərmanın miqdarı həmişə stabil vəziyyətdə olacaqdır. ● KLAMİSİN-i kifayət qədər su ilə (məsələn, 1 stəkan su ilə) udaraq daxilə qəbul etmək lazımdır. Tabletləri çeynəmək, xırdalamaq və ya qırmaq olmaz.  ● Həkiminiz Sizin KLAMİSİN ilə nə qədər müddət ərzində müalicə almalı olduğunuzu bildirəcəkdir. Hətta özünüzü yaxşı hiss etsəniz də müalicəni vaxtından əvvəl dayandırmayın. ● Dərmanınızı vaxtında qəbul etməyi unutmayın. Müxtəlif yaş qrupları 12 yaşdan aşağı uşaqlarda tədqiq edilmədiyi üçün KLAMİSİN-in bu yaş qrupunda istifadəsi tövsiyə olunmur. Bu yaşdan aşağı uşaqlar üçün suspenziya dərman forması əlverişlidir.  Yaşlılarda istifadəsi Ağır böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə dozaya düzəliş edilməsi nəzərdən keçirilməlidir.  Xüsusi hallar Böyrək çatışmazlığı: ağır böyrək çatışmazlığı olan pasiyentlərdə KLAMİSİN-in dozası gündə 1 dəfə 250 mq-a qədər və ya gündə 2 dəfə 250 mq-a qədər azaldılmalıdır. Bu, müntəzəm dozanın yarısıdır. Belə pasiyentlərdə müalicə müddəti 14 gündən artıq olmamalıdır. Mötədil böyrək çatışmazlığı olan pasiyentlərdə maksimum gündə bir KLAMİSİN qəbul etmək olar. Qaraciyər çatışmazlığı: qaraciyər çatışmazlığı olan pasiyentlərdə KLAMİSİN-in istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.   KLAMİSİN-in qida və içkilərlə birlikdə istifadəsi KLAMİSİN acqarına və ya yemək zamanı istifadə edilə bilər. KLAMİSİN-in tərkibində natrium vardır. Natrium pəhrizinə nəzarət edən pasiyentlər bunu nəzərə almalıdırlar. Əgər Siz KLAMİSİN istifadə etməyi unutmusunuzsa Əgər Siz dozanın qəbulunu unutmusunuzsa, onu xatırlayan kimi dərhal qəbul edin. Lakin  əgər növbəti dozanın qəbul vaxtı çatmışdırsa, o zaman unudulmuş dozanı buraxaraq doza qəbulunu adi qaydada davam etdirin.   Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul edilməməlidir.  Həkiminizin məsləhəti olmadan müalicəni dayandırmayın.  Əgər Siz müalicəni dayandırırsınızsa, o zaman dərmanın təsiri itəcəkdir. Əgər Sizə elə gəlirsə ki, KLAMİSİN-in təsiri həddindən artıq güclüdür və ya həddindən artıq zəifdir, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.  

Prepared by  T-Soft E-Commerce.