Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lebel 500 Mg N7 tablet

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-10857
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
11,38 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LEBEL, 500 mq örtüklü tabletlər

LEBEL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent miqdarda levofloksasin hemihidrat vardır.

İstifadəsinə göstərişlər

• Xəstəxanadankənar pnevmoniya

• Kəskin bakterial sinusit

• Xroniki bronxitin kəskin bakterial şiddətlənməsi

• Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları LEBEL® yuxarıda qeyd olunan yoluxucu xəstəliklərin müalicəsi zamanı qəbulu məsləhət görülən preparatlar təyin edilə bilmədiyi halda istifadə olunmalıdır.

• Xroniki bakterial prostatit

• Pielonefrit və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları

• Ağırlaşmamış sistit

• Qarayaranın ağciyər forması: kontaktdan sonra profilaktika və müvafiq müalicədən sonra LEBEL® levofloksasinlə başlanğıc venadaxili müalicə zamanı yaxşılaşma müşahidə olunan xəstələrdə müalicə kursunu tamamlamaq üçün də istifadə edilə bilər. Antibakterial vasitələrin müvafiq istifadəsi üzrə rəsmi təlimata baxmaq məsləhət görülür.

Əks göstərişlər

LEBEL®

• levofloksasinə və ya başqa xinolonlara, həmçinin köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq,

• epilepsiyalı xəstələrdə,

• anamnezində flüorxinolon qəbulu ilə bağlı vətər pozuntuları olan xəstələrdə istifadə,

• uşaqlar və böyüyən yeniyetmələrdə istifadə (18 yaşa qədər),

• hamiləlik dövrü,

• laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda levofloksasin qəbulu haqqında məhdud məlumat var. Heyvanlar üzərində aparılan tədqiqatlar dolayı və ya birbaşa zərərli təsirlə nəticələnən reproduktiv toksikiliyə səbəb olmadığını göstərir. Lakin, insanlar üzərində tədqiqatların mövcud olmaması və təcrübələrin nəticələrinin flüorxinolonların böyüyən orqanizmin dayaq-hərəkət sisteminin zədələnməsinə səbəb ola biləcəyi şübhələri olduğunu göstərdiyi üçün levofloksasin hamilə qadınlarda istifadəsi əks göstərişdir. Laktasiya LEBEL® süd verən qadınlara əks göstərişdir. Levofloksasinin ana südünə keçməsi barəsində kifayət qədər məlumat yoxdur, lakin, digər flüorxinolonlar südə ekskresiya edir. İnsanlar üzərində tədqiqatların mövcud olmaması və təcrübələrin nəticələrinin flüorxinolonların böyüyən orqanizmin dayaq-hərəkət sisteminin zədələnməsinə səbəb ola biləcəyi şübhələri olduğunu göstərdiyi üçün levofloksasin süd verən qadınlarda istifadə edilməməlidir. Reproduksiya qabiliyyəti Levofloksasin siçovullarda reproduksiya qabiliyyətinin pozulmasına səbəb olmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bəzi arzuolunmaz təsirlər (məs. başgicəllənmə/vertiqo, yuxululuq, görmə pozuntuları) xəstənin reaksiya vermə və konsentrasiya qabiliyyətini poza biləcəyi üçün bu xüsusiyyətlərə xüsusi ehtiyac olduğu hallarda (məs. avtomobil və ya mexanizm idarə edərkən) ciddi problemlər yarada bilər.

LEBEL istifadə qaydası və dozası

LEBEL® çeynəmədən, bütöv şəkildə kifayət qədər su ilə udulmalıdır. Doza uyğunlaşdırılması üçün bölünə bilər. Tabletlər yemək vaxtı və ya yemək arası qəbul edilə bilər. LEBEL® dəmir duzları, sink duzları, maqnezium və ya alüminium tərkibli antasidlər və ya didanozin (təkcə didanozinlə birlikdə maqnezium və ya alüminium tərkibli bufer agent birləşmələri) və sukralfat təyinindən 2 saat əvvəl və ya sonra qəbul edilməlidir, çünki absorbsiyanın azalması müşahidə oluna bilər.

LEBEL® gündə bir və ya iki dəfə təyin edilir. Doza ehtimal olunan törədicinin həssaslığından və infeksiyanın tipi və ağırlığından asılıdır. LEBEL® həmçinin, venadaxili levofloksasinlə başlanğıc müalicə zamanı yaxşılaşma müşahidə olunan xəstələrdə müalicə kursunu tamamlamaq üçün istifadə edilə bilər; peroral və venadaxili dərman formasının biomənimsənilməsini nəzərə alaraq, hər ikisi üçün eyni dozalanma istifadə edilə bilər. Dozalar LEBEL® üçün aşağıdakı dozalar tövsiyə edilə bilər: Normal böyrək funksiyaları (kreatinin klirensi >50 ml/dəq) olan xəstələr üçün dozalar

Göstəriş Gündəlik doza (ağırlıqdan asılı olaraq) Müalicə müddəti (günlər) (ağırlığından asılı olaraq) Kəskin bakterial sinusit gündə bir dəfə 500 mq 10-14 gün Xroniki bronxitin kəskinləşməsi gündə bir dəfə 500 mq 7-10 gün

Xəstəxanadankənar pnevmoniya gündə bir və ya iki dəfə 500 mq 7-14 gün Pielonefrit gündə bir dəfə 500 mq 7-10 gün

Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyası gündə bir dəfə 500 mq

7-14 gün

Ağırlaşmamış sistit gündə bir dəfə 250 mq 3 gün Xroniki bakterial prostatit gündə bir dəfə 500 mq 28 gün Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları gündə bir və ya iki dəfə 500 mq 7-14 gün

Qarayaranın ağciyər forması gündə bir dəfə 500 mq

8 həftə

Xüsusi qrup əhali Böyrək funksiyalarının pozuntuları (kreatinin klirensi ≤50 ml/dəq)

250 mq/24 s 500 mq/24 s 500 mq/12 s Kreatinin klirensi ilkin doza: 250 mq ilkin doza: 500 mq

ilkin doza: 500 mq

50-20 ml/dəq sonra: 125 mq/ 24 s sonra: 250 mq/ 24 s sonra: 250 mq/ 12 s 19-10 ml/dəq

sonra: 125 mq/ 48 s sonra: 125 mq/ 24 s sonra: 125 mq/ 12 s <10 ml/dəq (hemodializ və DAPD daxil olmaqla)1 sonra: 125 mq/ 48 s sonra: 125 mq/ 24 s sonra: 125 mq/ 24 s

1Dializ və ya davamlı ambulator peritoneal dializdən (DAPD) sonra əlavə dozalara ehtiyac yoxdur. Qaraciyər funksiyalarının pozuntuları Levofloksasin qaraciyərlə deyil, böyrəklərlə ekskresiya edildiyi üçün dozanın korreksiyası tələb olunmur. Yaşlı əhali Böyrək funksiyasını nəzərə almaq şərti ilə, yaşlılarda dozanın korreksiyası tələb olunmur. Uşaqlar LEBEL® uşaqlara və böyüməkdə olan 18 yaşa dəqər yeniyetmələrə əks göstərişdir.

Prepared by  T-Soft E-Commerce.