Sevimlilərə əlavə edin
Paylaşın

Lekoksa 200 Mq N30 Kapsul

Məhsul Kodu : 111-26513
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

Lekoksa, kapsullar 

Lekoksa tərkibi

Təsiredici maddə:   1 kapsulda  100 mq və ya 200 mq selekoksib vardır. 

Əks göstərişlər  

selekoksibə və ya preparatın hər-hansı komponentinə qarşı yüksək həssaslıq; 
sulfonamidlərə qarşı məlum olan yüksək həssaslıq; 
bronxial astma, övrə və ya asetilsalisil turşusu və ya digər QSİƏP, o cümlədən digər SOG-2 
inhibitorların qəbulundan sonra allergik reaksiyalar; 
aortokoronar şuntlama əməliyyatından sonrakı vəziyyət; 
kəskinləşmə mərhələsində olan peptik xora və ya mədə-bağırsaq qanaxması; 
bağırsağın iltihabi xəstəlikləri; 
ürək çatışmazlığı (NYHAII-IV); 
kliniki təsdiq olunmuş ürəyin işemik xəstəliyi, periferik arteriyaların xəstəlikləri və 
ifadəolunmuş mərhələdə olan serebrovaskulyar xəstəliklər; 
ağır qaraciyər və böyrək çatışmazlığı (istifadə təcrübəsi yoxdur). 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi barədə məlumatlar yoxdur, bu səbəbdən preparatı 
yalnız ciddi göstərişlər üzrə, döldə əlavə təsirlərin inkişaf etməsi riskinin mümkünlüyü nəzərə 
alınmaqla təyin olunur. 
Preparatı hamiləliyin sonuncu trimestrində istifadə etmirlər, belə ki, prostaqlandinlərin sintezinin 
ləngiməsi nəticəsində uşaqlığın yığılma aktivliyi pozula bilər və həmçinin oval pəncərənin 
vaxtından əvvəl bağlanması baş verə bilər. 
Preparat ana südünə keçir və körpə üçün potensial təhlükəli ola bilər, bu səbəbdən müalicə zamanı südvermədən çəkinmək lazımdır.

Pediatriyada istifadəsi 

Lekoksanı uşaq yaşlarında istifadə etmək olmaz, bu qrup xəstələrdə preparatın istifadəsinin 
effektivliyi və təhlükəsizliyi barədə məlumatlar yoxdur.

İstifadə qaydası və dozalar 

Lekoksa preparatı peroral, qida qəbulundan asılı olmayaraq qəbul edilir. 
Nəzərə alınaraq ki, ürək damar sistemi tərəfindən ağırlaşmalar selekoksibin dozasından asılıdır, 
preparatı minimal effektiv dozalarda, az davam edən kurslarla istifadə etmək lazımdır. 
Osteoartrit zamanı istifadəsi 
Tövsiyə edilən gündəlik doza 200mq təşkil edir. Həm 200mq gündə 1 dəfə, həm də 100mq gündə 
2 dəfə qəbulu mümkündür. Lazım olduqda preparatın dozasını gündə 400mq-a qədər yüksəltmək 
olar (200mq gündə 2 dəfə) əlavə təsirlərin yaranması riski yüksəlmədən.  
Revmatoid artrit zamanı istifadəsi 
Tövsiyə edilən gündəlik doza gündə 200mq təşkil edir, 2 qəbula bölünür.  Lazım gələrsə, dozanı 
gündə 400mq –a qədər artırmaq olar (200mq gündə 2 dəfə) əlavə təsirlərin yaranması riski 
yüksəlmədən. 
Ankilozlaşdırıcı spondilit zamanı istifadəsi 
Tövsiyə edilən gündəlik doza 200mq təşkil edir. Həm 200mq gündə 1 dəfə, həm də 100mq gündə 
2 dəfə qəbulu mümkündür. Lazım olduqda preparatın 400mq dozada gündə 1 dəfə və ya 200mq 
gündə 2 dəfə istifadəsi mümkündür. 
Kəskin ağrı zamanı istifadəsi 
Preparatın başlanğıc dozası 400mq təşkil edir, daha sonra lazım olduqca ilk günlərdə əlavə 200mq 
dozanın qəbulu ilə. Gələcəkdə preparatın dozası 200mq gündə 2 dəfə təşkil edir. 
Ailəvi adenomatoz polipoz zamanı istifadəsi 
Lekoksa preparatı aparılan standart terapiyaya əlavə vasitə qismində təyin olunur. Tövsiyə edilən 
doza 400mq gündə 2 dəfə təşkil edir.  
Yaşlı xəstələrdə dozanın korreksiyası tələb olunmur, yalnız bədən kütləsinin 50kq-dan az olması 
halları istisnalıq təşkil edir (bu zaman müalicəni minimal tövsiyə olunan dozalardan başlamaq 
məsləhət görülür). 
Orta ağırlıq dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrə gündəlik dozanın 2 dəfə azaldılması 
məsləhət görülür. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın istifadəsi 
təcrübəsi yoxdur. 
Yüngül və orta ağırlıq dərəcəli böyrək çatışmazlığı zamanı preparatın dozasının azaldılması tələb 
olunmur. Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə selekoksibin istifadə təcrübəsi yoxdur.  

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26513

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
Arkoksia 120 Mq N7 Tablet
19,00 AZN -%0
19,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce