Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 512,46 mq levofloksasin hemihidrata ekvivalent miqdarda 500 mq levofloksasin vardır. Köməkçi maddələr:mikrokristallik selluloza, selluloza tozu, jelatinləşdirilmiş qarğıdalı nişastası, qarğıdalı nişastası, krospovidon, povidon K25, natrium stearil fumarat, laktoza monohidrat, hipromelloza, titan dioksid, makroqol 4000, dəmir oksidi və hidroksidləri
İstifadəsinə göstərişlər :
Böyüklərdə aşağıdakı infeksiyaların müalicəsi üçün təyin olunur: - Pielonefrit daxil olmaqla, sidik yollarının fəsadlaşmış infeksiyaları - Xroniki bakterial prostatit - Sibir yarası (ağciyər forması): məruz qaldıqdan sonra profilaktika və müalicəsində. Levo-Denk 500, venadaxili levofloksasinlə ilkin müalicə zamanı yaxşılaşma göstərən xəstələrdə müalicə kursunu tamamlamaq üçün də istifadə edilə bilər. Levo-Denk 500 aşağıdakı istifadə göstərişlərində yalnız bu infeksiyaların müalicəsi üçün teztez tövsiyə olunan digər antibakterial vasitələrin istifadəsi məqsədəuyğun olmadıqda istifadə olunmalıdır. - Kəskin bakterial sinusit - Xroniki bronxitin və ya xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi - Xəstəxanadankənar pnevmoniya - Dəri və dərialtı toxumaların fəsadlaşmış infeksiyaları - Fəsadlaşmamış sistit. Levo-Denk 500 dərman vasitəsi antibakterial agentlərin istifadəsi üçün nəzərdə tutulmuş təlimata əsasən tətbiq olunmalıdır.
Əks göstərişlər:
Levo-Denk dərman vasitəsi istifadə olunmamalıdır:
• levofloksasinə və ya digər xinolonlara və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə;
• epilepsiyalı pasiyentlərdə;
• anamnezində flüorxinolonun qəbulu ilə əlaqadar vətər patologiyası olan pasiyentlərdə, uşaqlar və inkişafda olan yeniyetmələrdə;
• hamiləlik;
• laktasiya dövrü
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Levofloksasinin hamilə qadınlarda istifadəsinə dair məhdud məlumat var. Heyvanlarda aparılan tədqiqatlarda reproduktiv toksikliklə əlaqəli birbaşa və ya dolayı zərərli təsirlər müşahidə edilməmişdir. Lakin insanlarda məlumatların olmaması və bununla əlaqəli aparılan təcrübə məlumatlarında böyüməkdə olan orqanizmdə qığırdağa flüorxinolonların zərər vermə riski olduğuna görə, levofloksasin hamilə qadınlarda istifadə edilməməlidir. Laktasiya Levofloksasinin laktasiya dövründə istifadəsi əks göstərişdir. Levofloksasinin ana südü ilə xaric olunması barədə kifayət qədər məlumat yoxdur, lakin digər flüorxinolonlar ana südü ilə xaric olur. İnsan məlumatlarının olmaması və bununla əlaqəli aparılan təcrübə məlumatlarında böyüməkdə olan orqanizmdə qığırdağa flüorxinolonların zərər vermə riski olduğuna görə, levofloksasin laktasiya dövründə istifadə edilməməlidir. Fertillik Levofloksasin siçanlarda fertilliyin və reproduktiv fəaliyyətin pozulmasına səbəb olmur.
Levo-Denk 500 mq tabletlər gündə 1 və ya 2 dəfə qəbul olunur. Doza infeksiyanın tipindən və ağırlığından və ehtimal edilən patogen mikroorqanizmin preparata qarşı həssaslığından asılıdır. Levo-Denk 500 dərman vasitəsi, venadaxili levofloksasinlə ilkin müalicədə yaxşılaşma göstərən xəstələrdə müalicə kursunu tamamlamaq üçün də istifadə edilə bilər; parenteral və peroral formaların bioekvivalentliyi nəzərə alınmaqla, eyni dozadan istifadə edilə bilər. Dozası Levo-Denk 500 mq dərman vasitəsi üçün aşağıdakı dozalanma tövsiyə olunur: Böyrək funksiyaları normal olan pasiyentlərdə dozalanma(kreatinin klirensi >50 ml/dəq) İstifadə göstərişləri Gündəlik doza rejimi (ağırlıq dərəcəsinə uyğun olaraq) Müalicə müddəti (ağırlıq dərəcəsinə uyğun olaraq) Kəskin bakterial sinusit Gündə 1 dəfə 500 mq 10-14 gün Xroniki bronxitin və xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi Gündə 1 dəfə 500 mq 7-10 gün Xəstəxanadankənar pnevmoniya Gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün Kəskin pielonefrit Gündə 1 dəfə 500 mq 7-10 gün Sidik sisteminin fəsadlaşmış infeksiyaları Gündə 1 dəfə 500 mq 7-14 gün Xroniki bakterial prostatit Gündə 1 dəfə 500 mq 28 gün Dəri və dərialtı toxuma infeksiyaları Gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün Fəsadlaşmamış sistit Gündə 1 dəfə 250 mq 3 gün Sibir yarasının ağciyər forması Gündə 1 dəfə 500 mq 8 həftə Xüsusi populyasiya Böyrək funksiyaları pozulmuş pasiyentlərdə dozalanma (kreatinin klirensi ≤ 50ml/dəq) Doza rejimi 250 mq/24 saat 500 mq/24 saat 500 mq/12 saat Kreatinin klirensi birinci doza: 250 mq birinci doza: 500 mq birinci doza: 500 mq 50-20 ml/dəq sonra: 125 mq/24 saat sonra : 250 mq/24 saat sonra : 250 mq/12 saat 19-10 ml/dəq sonra: 125 mq/48 saat sonra : 125 mq/24 saat sonra : 125 mq/12 saat < 10 ml/dəq (hemodializ və FAPD daxil olmaqla)1 sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/24 saat 1Hemodializdən və ya fasiləsiz ambulator peritoneal dializdən (FAPD) sonra dozaya heç bir əlavə tələb olunmur. Qaraciyər funksiyaları pozulmuş pasiyentlər Dozaya heç bir düzəliş tələb olunmur, çünki levofloksasin qaraciyərdə metabolizə olunmur və əsasən böyrəklər vasitəsilə ekskresiya olunur. Yaşlı pasiyentlərdə Böyrək funksiyaları pozulmamış yaşlı pasiyentlərdə dozaya heç bir düzəliş edilməsi tələb olunmur. Uşaqlar və yeniyetmələr Levo-Denk 500 dərman vasitəsinin istifadəsi uşaqlarda və böyüməkdə olan yeniyetmələrdə əks göstərişdir. İstifadə qaydası Levo-Denk 500 tabletləri çeynənilmədən, kifayət qədər maye ilə udulmalıdır. Tabletlər dozaya uyğun bölmə xəttindən bölünə bilər. Tabletlər yemək zamanı və ya yemək arası müddətdə qəbul edilə bilər. Levo-Denk 500 tabletlər dəmir və sink duzlarından, maqnezium və ya alüminium ehtiva edən antasidlərdən və ya didanozin (yalnız maqnezium və ya alüminium tərkibli bufer vasitələri ilə olan didanozin formulları) və ya sukralfatın qəbulundan ən azı iki saat əvvəl və ya sonra qəbul edilməlidir (preparatın absorbsiyası azala bilər).