Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LEVOFASIN 500MG N10 TB

Məhsul Kodu : 111-28128
İstehsalçı ölkə: Hindistan
12,36 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LEVOFASİN, 500 mq örtüklü tabletlər

LEVOFASİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent miqdarda levofloksasin hemihidrat vardır.

İstifadəsinə göstərişlər

Levofloksasin tabletləri böyüklərdə aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur: • Kəskin bacterial sinusit. • Xroniki bronxitin kəskin ağırlaşması. • Xəstəxanadankənar pnevmoniya. • Dərinin və yumşaq toxumanın fəsadlaşmış infeksiyaları.

Yuxarıda qeyd edilən infeksiyalar zamanı Levofloksasin tabletlərini yalnız o zaman istifadə etmək olar ki, adətən bu infeksiyaların ilkin müalicəsi üçün istifadə olunan antibakterial vasitələrin istifadəsi məqsədəuyğun hesab edilməsin. • Pielonefrit və sidik yollarının fəsadlaşmış infeksiyaları. • Xronik bakterial prostatit. • Fəsadlaşmamış sistit.

• İnhalyasion sibir yarası: təmassonrası profilaktika və müalicə.

Əks göstərişlər

Levofloksasin500 mq tabletlər aşağıdakı hallarda istifadə edilməməlidir: • levofloksasinə və ya digər xinolonlara və ya köməkçi maddələrdən hər hansı birinə qarşı (bax:”Tərkibi”) yüksək həssaslığı olan pasiyentlərdə. • Epilepsiyalı pasiyentlərdə. • Anamnezində flüorxinolonlardan istifadə zamanı vətər problemləri olan pasiyentlərdə. • Uşaqlarda və inkişaf etməkdə olan yeniyetmələrdə.

• Hamiləlik və laktasiya dövründə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda levofloksasinin istifadə edilməsinə dair məhdud sayda məlumat var. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksikliklə bağlı hər hansı birbaşa və ya dolayı zərərli təsir aşakar edilməmişdir. Lakin, insanlarla bağlı məlumatın olmamasına və flüorxinolonların inkişaf etməkdə olan orqanizmdə kütlə-daşıyıcı qığırdaqların zədələnmə riskini artırması barədə eksperimental məlumatlara görə, hamilə qadınlarda levofloksasin istifadə edilməməlidir. Laktasiya dövrü Levofloksasin 500mq örtüklü tabletlərin laktasiya dövründə istifadəsi əks göstərişdir.

Levofloksasinin ana südü ilə xaric olması barədə kifayət qədər məlumat yoxdur. İnsanlarla bağlı məlumatın olmamasına və flüorxinolonların inkişaf etməkdə olan orqanizmdə kütlə-daşıyıcı qığırdaqların zədələnmə riskini artırması barədə eksperimental məlumatlara görə, laktasiya dövründə levofloksasin istifadə edilməməlidir. Fertillik Levofloksasin siçovullarda fertilliyə və reproduktiv funksiyaya mənfi təsir göstərməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bəzi arzuolunmaz təsirlər (məsələn, başgicəllənmə, yuxululuq, görmənin pozulması) pasiyentin diqqətini toplama qabiliyyətini və reaksiyasını poza və deməli, bu qabiliyyətlərin xüsusi əhəmiyyətə malik olduğu vəziyyətlərdə (məsələn, nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmlərin idarə edilməsi) təhlükəli ola bilər.

LEVOFASİN istifadə qaydası və dozası

Levofloksasin 500 mq tabletlər gündə 2 dəfə istifadə edilir. Doza infeksiyanın tipindən və ağırlıq dərəcəsindən və ehtimal olunan törədicinin həssaslığından asılıdır. Levoflooksasin 500mq örtüklü tabletlər venadaxili levofloksasin ilə ilkin müalicə zamanı yaxşılaşan xəstələrdə müalicə kursunu başa çatdırmaq üçün də istifadə edilə bilər; parenteral və oral formalar bioekvivalent olduqları üçün eyni dozada istifadə edilə bilər. Dozası Levofloksasin 500mq örtüklü tabletlərin dozası üçün aşağıdakı tövsiyələr verilə bilər: böyrək funksiyası normal olan (kreatinin klirensi >50 ml/dəqiqə) pasiyentlər üçün dozalar Göstərişlər Gündəlik doza rejimi (ağırlıq dərəcəsinə müvafiq) Müalicə müddəti (ağırlıq dərəcəsinə müvafiq) Kəskin bakterial sinusit Gündə 1 dəfə 500 mq 10-14 gün Xronik bronxitin kəskin bakterial ağırlaşmaları Gündə 1 dəfə 500 mq 7-10 gün Xəstəxanadankənar Gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün Xüsu si pasiy ent qrupları Böyrək funksiyası pozulmuş pasiyentlər (kreatinin klirensi ≤50ml/dəqiqə) Doza rejimi 250 mq/24 saat 500 mq/24 saat 500 mq/24 saat Kreatinin klirensi ilk doza: 250 mq ilk doza: 500 mq ilk doza: 500 mq 50-20 ml/dəq sonra: 125 mq/24 s sonra: 250 mq/24 s sonra: 250 mq/12 s 19-10 ml/dəq sonra: 125 mq/48 s sonra: 125 mq/24 s sonra: 125 mq/12 s <10 ml/dəq (hemodializ və CAPD daxil olmaqla)1 sonra: 125 mq/48 s sonra: 125 mq/24 s sonra: 125 mq/24 s 1Hemodializ və fasiləsiz ambulator peritoneal dializdən (CAPD - continuous ambulatory peritoneal dialysis) sonra heç bir əlavə doza tələb olunmur.

Qaraciyərin funksional pozğunluğu Levofloksasin qaraciyərdə heç bir dərəcədə metabolizə olunmadığından və əsasən böyrəklər vasitəsilə xaric olduğundan, qaraciyərin funksional pozğunluğu olan pasiyentlərdə dozaya hər hansı düzəliş edilməsi tələb olunmur. Yaşlı pasiyentlər Böyrək funksiyası nəzərə alınmaqla müəyyən edilən hallar istisna olunmaqla, yaşlı pasiyentlərdə dozaya hər hansı düzəliş edilməsi tələb olunmur. Uşaqlar Uşaqlarda və inkişaf etməkdə olan yeniyetmələrdə Levofloksasin 500mq örtüklü tabletlərin istifadəsi əks göstərişdir. İstifadə qaydası Levofloksasin 500mq örtüklü tabletlər çeynənmədən, kifayət qədər maye ilə içilərək qəbul edilməlidir.

Dozaya uyğunlaşdrmaq üçün onları bölmə xətti boyunca iki bərabər hissəyə bölmək olar. Tabletləri yemək zamanı və ya qida qəbulları arasında qəbul etmək olar.Levofloksasin 500mq örtüklü tabletlərdəmir duzlarının, sink duzlarının, maqnezium və ya alüminium tərkibli antasidlərin və ya didanozinin (yalnız didanozin birləşmələri alüminium və ya maqnezium tərkibli bufer maddələrlə) və sukralfatın istifadəsindən iki saat əvvəl və ya iki saat sonra qəbul edilməlidir, əks halda absorbsiyanın azalması baş verə bilər.

Prepared by  T-Soft E-Commerce.