Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 100 ml məhlulun tərkibində 500 mq levofloksasin hemihidrat (100% quru maddə hesabı ilə) vardır.
Levofloksasinə həssas mikroorqanizmlərin böyüklərdə törətdiyi bakterial iltihabi proseslərin müalicəsi məqsədilə istifadə olunur: - Xəstəxanadankənar pnevmoniya; - dəri və yumşaq toxumaların infeksiyaları, (yuxarıda qeyd olunan infeksiyalar üçün Levofloksasini yalnız o halda istifadə etmək lazımdır ki, adətən ilkin müalicə üçün təyin edilən digər antibakterial preparatlar məqsədəuyğun hesab olunmasın və ya mümkün olmasın); - pielonefrit, sidik yollarının ağırlaşmış infeksiyaları; - xroniki bakterial prostatit. Antibakterial vasitənin rasional istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
Levofloksasinə və ya digər xinolonlara qarşı həssaslığın yüksəlməsi, epilepsiya, xinolonların istifadəsindən sonra vətərlərdə yanaşı reaksiyalar, uşaq yaşları (18 yaşa qədər), hamiləlik dövrü və döşlə qidalandırma.
İnkişaf edən orqanizmdə xinolonların oynaq qığırdağına mümkün zədələyici təsiri ilə əlaqdar olaraq levofloksasini hamilə qadınlara və və südverən analara təyin etmək olmaz. Əgər Levofloksasinlə müalicə zamanı hamiləliyin olduğu qeydə alınarsa bu barədə müalicə həkimini məlumatlandırmaq lazımdır.
Nəqliyyat vasitələrini idarə edən və potensial təhlükəli mexanizmlərlə i şləyən xəstələr sinir sistemi tərəfindən arzuolunmaz reaksiyaların (başgicəllənmə, yuxululuq, huşun qaralması, görmə və eşitmənin pozulması, hərəki pozğunluqlar) mümkünlüyünü nəzərə almalıdırlar.
Preparatdan istifadə etməzdən əvvəl həssaslıq sınağı aparmaq lazımdır. Venadaxili yeritmək üçün nəzərdə tutulan preparat rezin tıxac deşildikdən sonrakı 3 saat ərzində istifadə olunmalıdır. Infuziya zamanı işıqdan qorumaq lazım deyil. Otaq işıqlanması şəraitində venadaxili yeritmək üçün məhlulu işıqdan qorumasız şəraitdə 3 gündən artıq saxlamaq olmaz.
Preparat yavaş-yavaş gündə 1 və ya 2 dəfə yeridilir. Dozalanma infeksiyanın növü və ağırlıq dərəcəsindən, eləcə də mümkün törədicinin preparata həssaslığından asılıdır. Böyrəklərin funksiyası normal olan (kreatinin klirensi 50 ml/dəq -dən artıq) böyüklərin müalicəsi üçün adətən preparatın aşağıdakı dozaları məsləhət görülür. Göstərişlər Doza, mq Gündəlik yeridilmələrin sayı Müalicənin müddəti* Xəstəxanadankənar pnevmoniya 500 1-2 dəfə 7-14 gün Pielonefrit 500 1 dəfə 7-10 gün Sidik yollarının ağırlaşmış infeksiyaları 500 7-14 gün Xroniki bakterial prostatit 500 1 dəfə 28 gün Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları 500 1-2 dəfə 7-14 gün *Xəstənin vəziyyətinə uyğun olaraq bir neçə gündən sonra ilkin venadaxili infuziyalardan eyni dozada peroral qəbula keçmək mümkündür.
Levofloksasin əsasən böyrəklərlə xaric olduğundan böyrəklərin funksiyası zəifləmiş xəstələrdə dozanı azaltmaq lazımdır. Böyrəklərin funksional pozğunluğu olan (kreatinin klirensi 50 ml/dəq -dən az) böyüklərin müalicəsi üçün adətən preparatın aşağıdakı dozaları məsləhət görülür. Kreatinin klirensi Dozalanma rejimi (infeksiyanın ağırlığından asılı olaraq) 50-20 ml/dəq 250 mq/24 saat 500 mq/24 saat 500 mq/12 saat Ilk doza – 250 mq Növbəti dozalar – 125 mq /24 saat Ilk doza – 500 mq Növbəti dozalar – 250 mq /24 saat Ilk doza – 500 mq Növbəti dozalar – 250 mq/12 saat 19-10 ml/dəq Ilk doza – 250 mq Növbəti dozalar – 125 mq/48 saat Ilk doza – 500 mq Növbəti dozalar – 125 mq/24 saat Ilk doza – 500 mq Növbəti dozalar – 125 mq/12 saat <10 ml/dəq (eləcə də hemodializ və xroniki ambulator peritoneal dializ zamanı Ilk doza – 250 mq Növbəti dozalar – 125 mq/48 saat Ilk doza – 500 mq Növbəti dozalar – 125 mq/24 saat Ilk doza – 500 mq Növbəti dozalar – 125 mq/24 saat Qaraciyərin funksional pozğunluğu olan xəstələr üçün dozalanma Dozanın korreksiya olunması lazım deyildir, belə ki, levofloksasin qaraciyərdə cüzi metabolizə uğrayır. Yaşlı xəstələr üçün dozalanma Əgər böyrəklərin funksiyası pozulmayıbsa, dozanın korreksyasına ehtiyac yoxdur.
Venadaxili infuziya üçün Levofloksasin məhlulu yavaş-yavaş damcı üsulu ilə yeridilir. Yeridilmə vaxtı 250 mq -lıq doza üçün 30 dəq -dən, 500 mq -lıq doza üçün isə 60 dəq -dən az olmamalıdır. Müalicənin müddəti xəstəliyin gedişindən asılıdır. Digər antibakterial preparatların istifadəsində olduğu kimi, levofloksasinlə müalicə bədən hərarəti normallaşdıqdan sonra və ya törədicilərin tam məhv olunması mikrobioloji testlə təsdiqləndikdən sonra ən azı 48 -72 saat ərzində aparılmalıdır.