Bitib
Stokda olanda mənə xəbər verin.Levoksimed tərkibi, 1 tabletin tərkibində 500 mq levofloksasin (levofloksasin hemihidrat şəklində) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, krospovidon, hidroksipropilmetilsellüloza, maqnezium stearat, susuz kolloidal silisium dioksid. Örtük: sarı opadri II 85G32281 (polivinil spirti, talk, titan dioksid, polietilenqlikol, lesitin, sarı dəmir oksidi, qırmızı dəmir oksidi).
Preparat, böyüklərdə aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur: kəskin pielonefrit və sidik yollarının ağırlaşmış infeksiyaları; xroniki bakterial prostatit; qarayaranın ağciyər forması: postkontakt profilaktika və müalicə. Aşağıda göstərilən infeksiyalar zamanı, preparatı yalnız bu infeksiyaların başlanğıc müalicəsi üçün adətən tövsiyə olunan antibakterial preparatların istifadəsi məqsədəuyğun hesab edilmədiyi hallarda, istifadə etmək lazımdır: kəskin bakterial sinusit; ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin, həmçinin xroniki bronxitin kəskinləşməsi; xəstəxanadan kənar pnevmoniya; dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları; ağırlaşmamış sistit. Preparat, həmçinin, başlanğıc venadaxili levofloksasinin müalicəsindən sonra yaxşılaşma qeyd olunan pasiyentlərdə, müalicə kursunu sona çatdırmaq üçün istifadə oluna bilər. Antibakterial preparatların müvafiq istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq vacibdir.
Preparatın istənilən komponentinə və ya digər xinolonlara qarşı hiperhəssaslıq; epilepsiya; anamnezdə flüorxinolonların qəbulu zamanı tendinopatiya; inkişaf dövründə uşaqlar və yeniyetmələr; hamiləlik; laktasiya.
Hamiləlik: Hamilələrdə levofloksasinin istifadəsi barədə məhdud məlumatlar vardır. Heyvanlar üzərində aparılan reproduktiv toksiklik tədqiqatlarında preparatın birbaşa və ya dolayı neqativ təsiri aşkar edilməmişdir. Lakin insanda levofloksasinin istifadəsi barədə məlumatların olmamasını və inkişafda olan orqanizmdə dayaq oynaqların qığırdaqlarının flüorxinolonlarla zədələnməsi riskini təsdiq edən eksperimental məlumatları nəzərə alaraq, hamiləlik dövründə preparatı istifadə etmək olmaz. Laktasiya: Laktasiya dövründə Levoksimed qadınlara əks göstərişdir. Levofloksasinin ana südü ilə xaric olmasına dair kifayət qədər məlumat yoxdur, lakin digər flüorxinolonların ana südü ilə xaric olması məlumdur. İnsanda levofloksasinin istifadəsi barədə məlumatların olmaması zamanı və inkişaf edən orqanizmdə flüorxinolonların dayaq oynaqların qığırdaqlarını zədələməsi riskini təsdiq edən eksperimental məlumatları nəzərə alaraq, preparatı qadınlarda laktasiya dövründə istifadə etmək olmaz. Fertillik: Levofloksasin siçovullarda fertilliyə və ya reproduktivliyə təsir etmir.
Preparatı sutkada 1 və ya 2 dəfə qəbul etmək lazımdır. Preparatın dozası, infeksiyanın növündən, ağırlıq dərəcəsindən və ehtimal edilən törədicinin həssaslığından asılıdır. Preparat, həmçinin, başlanğıc müalicə məqsədi ilə levofloksasinin venadaxili istifadəsindən sonra yaxşılaşma qeyd olunan pasiyentlərdə, müalicə kursunu sona çatdırmaq üçün istifadə oluna bilər; preparatın parenteral və oral formalarının bioekvivalentliyini nəzərə alaraq, eyni dozalanma rejimindən istifadə etmək olar.