Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq və ya 500 mq xloramfenikol (levomisetin) vardır. Köməkçi maddələr: kartof nişastası, hidroksipropilsellüloza, stearin turşusu.
İstifadəsinə göstərişlər:
Dərman preparatının təsirinə qarşı həssas mikroorqanizmlərin törətdikləri infeksion-iltihabi xəstəliklər: qarın yatalağı, paratiflər, iyersinioz, brusellyoz, şigellyoz, salmonellyoz, tulyaremiya, rikketsiozlar, xlamidiozlar, irinli peritonit, bakterial meningit, ödçıxarıcı yolların infeksiyaları. Ağır dərəcəli əlavə effektlərin inkişaf etmə ehtimalını nəzərə alaraq, dərman preparatının istifadəsi, digər mikrobəleyhinə preparatlar qeyri-effektiv olduğu hallarda göstərişdir.
Əks göstərişlər:
Xloramfenikola, digər amfenikollara və/və ya dərman preparatının tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq (allergiya); - qan xəstəlikləri, o cümlədən qanyaranma prosesinin tormozlanması; - qaraciyər və/və ya böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları; - qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı; - dəri xəstəlikləri (psoriaz, ekzema, göbələk xəstəlikləri); - porfiriya. Kəskin respirator xəstəliklər və angina zamanı, eləcə də bakterial infeksiyanın profilaktikası məqsədi ilə Levomisetin preparatını təyin etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə xloramfenikolun istifadəsi əks göstərişdir. Preparatın istifadəsi ilə müalicə müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
Preparatı daxilə, qida qəbulundan 30 dəqiqə əvvəl qəbul etmək lazımdır; ürəkbulanma, qusma meydana çıxdığı hallarda, preparat qida qəbulundan 1 saat sonra istifadə edilməlidir. Dozalanma rejimi xəstəliyin və pasiyentin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq, fərdi qaydada müəyyən olunur. Böyüklərə – sutkada 3-4 dəfə 250-500 mq təyin olunur. Sutkalıq doza 2000 mq təşkil edir. Xüsusilə ağır hallarda, dərman preparatını peroral yolla sutkada 4000 mq-a qədər dozada (böyüklər üçün maksimal sutkalıq doza), qanın vəziyyətinə və qaraciyər və böyrək funksiyalarına ciddi nəzarət edərək, qəbul etmək olar. Sutkalıq dozanı 3-4 dəfəyə bölərək qəbul etmək lazımdır. 3 yaşından 8 yaşa qədər uşaqlara preparat birdəfəlik 125 mq dozada, 8 yaşdan yuxarı uşaqlara – 250 mq dozada təyin olunur. Preparat sutkada 3-4 dəfə qəbul edilir. Müalicə kursu 7-10 gün təşkil edir. Preparat pasiyentlər tərəfindən yaxşı keçirildikdə və periferik qanın tərkibində dəyişikliklər qeyd olunmadığı təqdirdə, göstərişlərə əsasən, müalicə kursunun 2 həftəyə qədər uzadılması mümkündür. Uşaqlar 3 yaşdan yuxarı uşaqlarda istifadə edilir. 3 yaşdan yuxarı uşaqlar üçün preparatı xüsusi ehtiyatla və yalnız alternativ müalicə olmadığı hallarda təyin etmək olar.