Sevimlilərə əlavə edin
Paylaşın

Majezik 100 Mq N15 Tb

Məhsul Kodu : 111-15245
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

Majezik, örtüklü tabletlər

Majezik, beynəlxalq patentləşdirilməmiş adı: Flurbiprofen

Majezik tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq flurbiprofen vardır.

İstifadəsinə göstərişlər

Revmatoid artrit, osteoartrit, ankilozlaşdırıcı spondilit, bursit, tendinit, yumşaq toxumaların zədələnməsi zamanı təxirəsalınmaz və uzunmüddətli simptomatik müalicə; dismenoreya.

Əks göstərişlər

Flurbiprofenə və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq; aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan sonra astma, övrə tutmaları və ya digər allergik reaksiyalar; aspirin triadası; anamnezdə xora və ya QSİƏP ilə əlaqəli qanaxma; aktiv qanaxmalar; ağır ürək, qaraciyər və böyrək çatışmazlığı; CABG əməliyyatı öncəsi ağrı müalicəsi; hamiləliyin üçüncü trimestri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

1-2-ci trimestrdə yalnız ciddi göstəriş olduqda istifadə edilməlidir (C kateqoriyası); 3-cü trimestrdə istifadəsi əks göstərişdir (D kateqoriyası). Flurbiprofen ana südü ilə az miqdarda ifraz olunur, lakin südverən analarda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

Pediatriyada istifadəsi

12 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Flurbiprofen qəbul edən bəzi xəstələrdə yuxululuq, başgicəllənmə, görmə pozğunluğu kimi hallar müşahidə oluna bilər. Belə hallar müşahidə olunarsa, nəqliyyat vasitələrinin idarəsi və dəqiq mexanizmlərlə işləməkdən çəkinmək lazımdır.

Majezik istifadə qaydası

Bölünmüş doza 150-200 mq/sut təşkil edir. Kəskin simptomları olan xəstələrə və ya xəstəliyin kəskinləşməsi zamanı dozanı 200 mq-dək artırmaq olar.
Dismenoreya: Əvvəlcə 100 mq, sonra isə hər 4-6 saatdan bir 50 və ya 100 mq qəbul edilə bilər.
Maksimal sutkalıq doza 300 mq-dan artıq olmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-15245

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce