Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MAKROLYUKS 200MG N3 PAKET

Məhsul Kodu : 111-17128
Reseptlə satılır
9,64 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MAKROLYUKS, 50 mq, 100 mq və 200 mq daxilə qəbul etmək üçün suspenziya

MAKROLYUKS tərkibi

Təsiredici maddə: 1 paketdə 50 mq, 100 mq və ya 200 mq azitromisin dihidrat (azitromisin hesabı ilə) vardır.

İstifadəsinə göstərişlər

Azitromisinə qarşı həssas mikroorqanizmlərin törətdikləri infeksion-iltihabi xəstəliklər: yuxarı və aşağı tənəffüs yolları infeksiyaları (sinusit, tonzillit, faringit, orta otit, kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi və xəstəxanadankənar pnevmoniya); dərinin və yumşaq toxumaların infeksiyaları (qızıl yel, impetiqo, ikincili infeksiyalaşmış dermatozlar); Chlamydia trachomatis mikroorqanizmlərinin törətdikləri sidik-cinsiyyət yollarının infeksiyaları (uretrit, servisit); Laym xəstəliyi (borreliozun başlanğıc mərhələsi) – miqrasiyaedici eritema (erythema migrans).

Əks göstərişlər

Azitromisinə, eritromisinə, digər makrolidlərə və ya ketolidlərə və ya preparatın tərkibinə daxil olan hər hansı digər komponentlərə qarşı yüksək həssaslıq; qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu (preparatın effektivliyi və təhlükəsizliyi barədə heç bir məlumat yoxdur); böyrək funksiyalarının pozğunluqları (KK 40 ml/dəqiqədən aşağı) (preparatın effektivliyi və təhlükəsizliyi barədə heç bir məlumat yoxdur); saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası; 6 aya qədər uşaqlar; laktasiya dövrü; eyni zamanda erqotaminin və dihidroerqotaminin istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi yalnız, ana üçün ehtimal edilən faydası döl üçün potensial riskdən yüksək olduğu hallarda mümkündür. Preparatın laktasiya dövründə istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır (azitromisin ana südü ilə xaric olunur).

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sinir sistemində və görmə orqanında arzuolunmayan effektlər inkişaf etdiyi halda, yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb olunan fəaliyyət növləri ilə məşğul olduqda, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

MAKROLYUKS istifadə qaydası və dozası

Preparat daxilə, sutkada 1 dəfə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra istifadə etmək üçün nəzərdə tutulmuşdur. Böyüklərə Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları – 500 mq/sutkada 1 dəfə 3 gün müddətində (kursluq doza 1,5 q). Dəri və yumşaq toxumaların infeksiyaları – 500 mq/sutkada 1 dəfə 3 gün müddətində (kursluq doza 1,5 q). Sidik-cinsiyyət orqanlarının kəskin infeksiyaları (ağırlaşmamış uretrit və ya servisit) – bir dəfəyə 1 q.

Laym xəstəliyinin (borreliozun) I mərhələsinin (erythema migrans) müalicəsi – birinci gün 1 q və 2-ci gündən 5-ci günə qədər hər gün 500 mq (kursluq doza 3 q). 6 aydan yuxarı uşaqlar Yuxarı və aşağı tənəffüs yolları infeksiyaları, LOR-orqanların infeksiyaları, dəri və yumşaq toxumaların infeksiyaları (miqrasiyaedici eritema istisna olmaqla) – uşaqlara 3 ardıcıl gün müddətində sutkada 1 dəfə 10 mq/kq bədən kütləsinə hesabı ilə birdəfəlik (sutkalıq) dozada təyin etmək lazımdır (kursluq doza – 30 mq/kq bədən kütləsinə təşkil edir). Uşağın bədən kütləsindən asılı olaraq, aşağıda göstərilən dozaların istifadəsi tövsiyə olunur Bədən kütləsi, kq Azitromisinin birdəfəlik (sutkalıq) dozası, mq/sutkada 10-14 100 15-24 200 25-34 300 35-44 400 45-dən aşağı olmamaqla 500 Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri faringit və tonzillit zamanı Makrolyuks preparatını 3 gün müddətində sutkada 20 mq/kq-a dozada istifadə etmək lazımdır (kursluq doza 60 mq/kq təşkil edir). Maksimal sutkalıq doza 500 mq təşkil edir.

Laym xəstəliyi (borreliozun başlanğıc mərhələsi) – miqrasiyaedici eritema (erythema migrans) zamanı preparatı uşaqlara 5 gün müddətində sutkada 1 dəfə təyin etmək lazımdır – birinci gün 20 mq/kq bədən kütləsinə və 2-ci gündən 5-ci günə qədər 10 mq/kq bədən kütləsinə (kursluq doza 60 mq/kq bədən kütləsinə təşkil edir). Qeyd: - 150 mq doza – 100 mq dozada 1 paket + 50 mq dozada 1 paketə və ya 50 mq dozada 3 paketə müvafiqdir; - 250 mq doza – 200 mq dozada 1 paket + 50 mq dozada 1 paketə və ya 100 mq dozada 2 paket + 50 mq dozada 1 paketə müvafiqdir; - 300 mq doza – 200 mq dozada 1 paket + 100 mq dozada 1 paketə və ya 100 mq dozada 3 paketə müvafiqdir; - 400 mq doza – 200 mq dozada 2 paketə və ya 100 mq dozada 4 paketə və ya 50 mq dozada 8 paketə və ya 100 mq dozada 3 paket + 50 mq dozada 2 paketə və ya 100 mq dozada 2 paket + 50 mq dozada 4 paketə müvafiqdir; - 500 mq doza – 200 mq dozada 2 paket + 100 mq dozada 1 paketə və ya 100 mq dozada 5 paketə və ya 200 mq dozada 1 paket + 100 mq dozada 3 paketə və ya 100 mq dozada 2 paket + 50 mq dozada 6 paketə və ya 50 mq dozada 10 paketə müvafiqdir. Suspenziyanın qəbulundan bilavasitə sonra, ağız boşluğunda qalan suspenziyanı yumaq və ya udmaq məqsədi ilə, uşaq bir neçə qurtum maye (su, çay) qəbul etməlidir. Böyrək funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlər Böyrək funksiyalarının pozğunluğundan (KK 40 ml/dəqiqədən artıq) əziyyət çəkən pasiyentlərdə preparatı istifadə etdikdə, dozanın korreksiyası tələb olunmur.

Qaraciyər funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlər və yaşlı pasiyentlər Qaraciyər funksiyalarının yüngül və orta dərəcəli pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə və yaşlı pasiyentlərdə preparatı istifadə etdikdə, dozanın korreksiyası tələb olunmur. Hazırlanma qaydası Preparatın 1 paketinə 10 ml-dən (2 çay qaşığından) az olmayan miqdarda qaynadılmış və otaq temperaturuna qədər soyudulmuş su istifadə olunur; təmiz stəkanın içərisinə 1 və ya bir neçə paketin möhtəviyyatını əlavə etmək və bircinsli suspenziya əldə olunana qədər çalxalamaq lazımdır. Preparatı istifadə etdikdən sonra stəkanı yumaq, qurulamaq və quru və təmiz yerdə saxlamaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.