Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MAKSILEVO 500MG N10 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-15094
Reseptlə satılır
İstehsalçı ölkə: Yunanistan
20,17 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MAKSİLEVO, 500 mq örtüklü tabletlər

MAKSİLEVO tərkibi

Təsiredici maddə : 1 tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent 512,46 mq levofloksasin hemihidrat vardır.

İstifadəsinə göstərişlər

Levofloksasinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion xəstəliklərin müalicəsi:

• kəskin bakterial sinusit;

• xroniki bronxitin kəskinləşməsi;

• xəstəxanadan kənar pnevmoniya;

• dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları;

• ağırlaşmamış sistit. Yuxarıda göstərilən infeksiyalar zamanı, preparatı yalnız bu infeksiyaların başlanğıc müalicəsi üçün adətən tövsiyə olunan antibakterial preparatların istifadəsi məqsədəuyğun hesab edilmədiyi hallarda, istifadə etmək lazımdır.

• kəskin pielonefrit və sidik yollarının ağırlaşmış infeksiyaları;

• xroniki bakterial prostatit;

• qarayaranın ağciyər forması: postkontakt profilaktika və müalicə. Preparat, həmçinin, başlanğıc müalicə müddətində levofloksasini vena daxilinə yeritdikdən sonra yaxşılaşma qeyd olunan pasiyentlərdə, müalicə kursunu sona çatdırmaq üçün istifadə oluna bilər. Antibakterial preparatların müvafiq istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq vacibdir.

Əks göstərişlər

Levofloksasinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq, epilepsiya, keçirilmiş tendinit, 18 yaşına çatmamış uşaq və yeniyetmələr, hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Maksilevo preparatının hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulundan sonra başgicəllənmə, yuxululuq və ya görmə zəifliyi kimi əlavə təsirlər müşahidə oluna bilər. Bu zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmədə fasilə edin.

MAKSİLEVO istifadə qaydası və dozası

Maksilevo preparatı sutkada 1 və ya 2 dəfə qəbul etmək lazımdır. Preparatın dozası, infeksiyanın növündən, ağırlıq dərəcəsindən və ehtimal edilən törədicinin həssaslığından asılıdır. Preparat, həmçinin, başlanğıc müalicə məqsədi ilə levofloksasini vena daxilinə yeritdikdən sonra yaxşılaşma qeyd olunan pasiyentlərdə, müalicə kursunu sona çatdırmaq üçün istifadə oluna bilər; preparatın parenteral və oral formalarının bioekvivalentliyini nəzərə alaraq, eyni dozalanma rejimindən istifadə etmək olar. Dozalanması Preparat üçün aşağıda göstərilən dozalar tövsiyə oluna bilər. Böyrək funksiyaları normal olan pasiyentlər üçün dozalanma (kreatinin klirensi > 50ml/dəqiqədə)

Göstərişlər Sutkalıq doza (ağırlıq dərəcəsindən asılı olaraq) Müalicənin müddəti (ağırlıq dərəcəsindən asılı olaraq) Kəskin bakterial sinusit Sutkada 1 dəfə 500 mq 10-14 gün Xroniki bronxitin kəskinləşməsi Sutkada 1 dəfə 500 mq 7-10 gün Xəstəxanadan kənar pnevmoniya Sutkada 1-2 dəfə 500 mq 7-14 gün Kəskin pielonefrit Sutkada 1 dəfə 500 mq 7-10 gün Sidik yollarının ağırlaşmış infeksiyaları Sutkada 1 dəfə 500 mq 7-14 gün Ağırlaşmamış sistit Sutkada 1 dəfə 250 mq 3 gün Xroniki bakterial prostatit Sutkada 1 dəfə 500 mq 28 gün Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları Sutkada 1-2 dəfə 500 mq 7-14 gün Qarayaranın ağciyər forması Sutkada 1 dəfə 500 mq 8 həftə

Xüsusi populyasiyalar Böyrək funksiyalarının pozulması (kreatinin klirensi ≤ 50 ml/dəqiqədə)

Dozalanma rejimi 250 mq/24 saatda 500 mq/24 saatda 500 mq/12 saatda Kreatinin klirensi ilk doza: 250 mq ilk doza: 500 mq ilk doza: 500 mq 50-20 ml/dəqiqədə növbəti dozalar: 1252 mq/24 saatda növbəti dozalar: 250 mq/24 saatda növbəti dozalar: 250 mq/12 saatda 19-10 ml/dəqiqədə növbəti dozalar: 1252 mq/48 saatda növbəti dozalar: 1252 mq/24 saatda növbəti dozalar: 1252 mq/12 saatda < 10 ml/dəq (hemodializ və XAPD1 daxil olmaqla) növbəti dozalar: 1252 mq/48 saatda növbəti dozalar: 1252 mq/24 saatda növbəti dozalar: 1252 mq/24 saatda 1 Hemodializdən və ya xroniki ambulator peritoneal dializdən (XAPD) sonra əlavə dozalar tələb olunmur. 2 Tablet bölünmədiyi üçün, preparatı 250 mq-dan aşağı dozada təyin etdikdə, göstərilən dozalanma mümkün olan levofloksasin preparatlarından istifadə etmək lazımdır.

Qaraciyər funksiyalarının pozulması Levofloksasinin qaraciyərdə əhəmiyyətsiz dərəcədə metabolizmə məruz qalmasını və əsasən böyrəklər vasitəsi ilə xaricolmasını nəzərə alaraq, dozanın korreksiyası tələb olunmur. Yaşlı pasiyentlər Böyrək funksiyaları pozulmadığı halda, dozanın korreksiyası tələb olunmur. İstifadə qaydası Tabletləri çeynəmədən, kifayət qədər maye ilə qəbul etmək lazımdır. Tabletləri qida qəbulu zamanı və ya qida qəbulu arasında qəbul etmək lazımdır. Absorbsiyanın aşağı düşməsini nəzərə alaraq, tabletləri dəmir duzlarının, sink duzlarının, maqnezium və ya alüminium tərkibli antasidlərin və ya didanozin preparatının (didanozinin, tərkibində yalnız alüminium və ya maqnezium bufer amilləri olan formaları üçün) və sukralfatın qəbulundan ən azı 2 saat əvvəl və ya sonra qəbul etmək lazımdır. Uşaqlar 18 yaşa qədər uşaqlarda preparatın istifadəsi əks göstərişdir.

Prepared by  T-Soft E-Commerce.