Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Medaoks 100 mq N10 tablet

Məhsul Kodu : 111-26047
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
4,91 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Medaoks, dispersləşən tabletlər 

Medaoks tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 100 mq doksisiklin (doksisiklin monohidrat şəklində)  
vardır. 

Əks göstərişlər                                                                                                                       

doksisiklinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq;      digər tetrasiklinlərə qarşı yüksək həssaslıq;                                                                                hamiləlik.                                                                                                                                      laktasiya.                                                                                                                                                dişlərin  rənginin dəyişməsi riski olduğu üçün 8 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya zamanı istifadəsi  

Hamiləlik 
Doksisiklin hamiləlikdə istifadəsi əks göstərişdir. Hamiləlik dövründə tetrasiklinlərin istifadəsi ilə 
əlaqəli risklərin əsasən dişlərə və skeletin inkişafına təsiri ilə əlaqədar olduğu ehtimal olunur. 
Heyvanlar üzərində tədqiqatların nəticələri teratogen təsir olmadan reproduktiv toksikliyin olmasını göstərmişdir. Tetrasiklinlər plasentar baryerdən keçir. 
Laktasiya 
Laktasiya zamanı doksisiklinin qəbulundan çəkinmək lazımdır. Tetrasiklinlər ana südünə nüfuz 
edir; nəzəri olaraq ana preparatı qəbul etdiyi halda ana süd iləqidalanan yenidoğulmuşlarda/körpələrdə dişlərin rəngi dəyişə bilər sümüklərin böyüməsi ləngiyə bilər. Ana südü ilə qidalandırmanın uşaq üçün faydası və qadın üçün terapiyanın faydasını nəzərə almaqla südvermənin və ya Medaoks preparatı ilə müalicənin dayandırılması qərarını vermək lazımdır.  
Fertillik 
Spreq-Douli xətti erkək və dişi siçovullara doksisiklinin yeridilməsi zamanı fertilliyə və reproduktiv funksiyaya mənfi təsir müşahidə olunmuşdur. Doksisiklinin insan fertilliyinə təsirinə dair məlumatlar yoxdur.  

İstifadə qaydası və dozası 

Dozalanması 
Doksisiklinin adi dozası və qəbul sayı əksər digər tetrasiklinlərin dozası və qəbul sayından fərqlənir. Tövsiyə olunan dozanın aşılması əlavə təsirlərin rastgəlmə tezliyinin artmasına gətirib çıxara bilər. 
Böyüklər və 12-18 yaş yeniyetmələr  
Böyüklərdə və 12-18 yaş yeniyetmələrdə kəskin infeksiyaların müalicəsi üçün doksasiklinin adi 
dozası müalicənin birinci günü 1 və ya 2 qəbula 200 mq, daha sonra gündə 100 mq təşkil edir. Ağır infeksiyalar zamanı preparatı bütün müalicə dövründə gündə 200 mq dozada təyin edirlər.  
8-12 yaş uşaqlar  
8-12 yaş uşaqlarda kəskin infeksiyaların müalicəsi üçün doksisiklinin istifadəsini diqqətlə 
qiymətləndirmək lazımdır. Digər preparatlar əlçatmaz, effektsiz və ya əks göstəriş olduğu halda, 
doksisiklindən istifadə edilir. Bu vəziyyətlərdə kəskin infeksiyaların müalicəsi üçün aşağıdakı 
dozalar istifadə olunur: 
bədən çəkisi 45 kq və daha az olan uşaqlar: müalicənin birinci günü başlanğıc doza 4 mq/kq 1 və 
ya 2 qəbula təşkil edir, növbəti günlər – gündə 2 mq/kq 1 və ya 2 qəbula. Ağır infeksiya zamanı 
preparatı bütün müalicə kursu ərzində gündə 4 mq/kq dozada təyin edirlər.                              bədən çəkisi 45 kq-dan artıq olan uşaqlar: böyüklər üçün adi dozanı təyin edirlər. 
Əgər 100 mq-da az doza tələb olunarsa, doksisiklin tərkibli digər uyğun dərman vasitəsindən 
istifadə etmək lazımdır. 
Doğulandan 8 yaşa qədər uşaqlar 
Dişlərin rənginin dəyişməsi riski olduğu üçün doksisiklini 8 yaşa qədər uşaqlarda istifadə etmək 
olmaz.  
Müalicə müddəti 
Müalicə adətən 5-10 gün davam edir. Qızdırma simptomları aradan qalxdıqdan sonra daha ən azı 
24-48 saat ərzində preparatı qəbul etmək lazımdır.  
Beta-hemolitik streptokokk infeksiyaları zamanı kəskin artrit və ya qlomerulonefritin qarşısını 
almaq üçün müalicə 10 gündən az olmayaraq davam etməlidir.  
Ayrı-ayrı infeksiyaların müalicəsi üçün dozalanma 
Urogenital infeksiyalar 
ağırlaşmamış uretritlər, Chlamydia trachomatis törətdiyi endoservikal və rektal infeksiyalar, 
böyüklərdə; Ureaplasma urealyticum törətdiyi qeyri-qonokokk uretriti: 100 mq gündə 2 dəfə 7 gün ərzində; 
Chlamydia trachomatis və ya Neisseria gonorrhoeae törətdiyi kəskin epididimit və xaya 
infeksiyalarının alternativ müalicəsi: 100 mq gündə iki dəfə 10 gün ərzində; 
birincili və ikincili sifilis: 200 mq gündə iki dəfə 2 həftə ərzində; 
qasıq qranuloması (Lymphogranuloma venereum, LVG): gündə 200 mq 21 gün ərzində; 
Laym xəstəliyi: hər gün 200 mq 14-21 gün ərzində (xəstəliyin erkən mərhələsində); xəstəliyin 
gecikmiş mərhələlərində 1 aya qədər. 
Qarayara                                                                                                                                    Kontakt sonrası profilaktika: 100 mq gündə 2 dəfə 60 gün ərzində;                                              dəri forması: 100 mq gündə 2 dəfə 60 gün ərzində;                                                                        inhalyasion və mədə-bağırsaq forması: başlanğıc doza 100 mq doksisiklin gündə 2 dəfə 
kombinəolunmuş terapiyanın bir hissəsi kimi; müalicənin ümumi davametmə müddəti 60 gün təşkil edir. 
Adi civzələr 
Adi doza gündə 50 mq 6-12 həftə ərzində təşkil edir. 
Xüsusi qrup xəstələr 
Böyrəklərin funksiyası pozulmuş pasiyentlər  
Tədqiqatlar zamanı böyrəklərin funksiyası normal olan pasiyentlərdə və ağır dərəcəli böyrəklərin 
funksiyası pozulmuş pasiyentlərdə doksisiklinin qan plazmasından yarımxaricolma dövründə 
(təxminən 20 saat) əhəmiyyətli fərqlər nümayiş olunmamışdır. Beləliklə, böyrəklərin funksiyası 
pozulmuş pasiyentlərdə dozanın korreksiyası tələb olunmur.    
Qaraciyər funksiyası pozulmuş pasiyentlər 
Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə doksisiklini ehtiyatla istifadə etmək lazımdır. 

İstifadə qaydası                                                                                                                                    Daxilə qəbul edilir. 
Preparatı suspenziya şəklində qəbul etmək lazımdır, bunun üçün tableti ən azı 50 ml su ilə 
qarışdırmaq lazımdır. Suspenziyanı hazırladıqdan sonra dərhal oturaq vəziyyətdə və ya ayaqüstə 
içmək lazımdır, ezofagit və ya qida borusu xorasının inkişaf etməsi riskini azaltmaq məqsədilə 
yatmazdan xeyli əvvəl qəbul edilməlidir. Suspenziyanın qida qəbulu zamanı istifadə edilməsi 
məsləhət görülür. 

Prepared by  T-Soft E-Commerce.