Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MEFLOSID 5MG 100ML SISTEM

Məhsul Kodu : 111-18569
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
16,22 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MEFLOSİD, venadaxili infuziya üçün məhlul

MEFLOSİD tərkibi

Təsiredici maddə: 100 ml infuziya üçün məhlulun tərkibində 500 mq levofloksasin (512,46 mq levofloksasin hemihidrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Meflosid™ venadaxili infuziya üçün məhlul levofloksasinə həssas mikroorqanizmlərlə törədilmiş aşağıdakı infeksiyaların müalicəsində göstərişdir: • xəstəxanadankənar pnevmoniya; • xəstəxanadaxili (nozokomial) pnevmoniya; • sidikçıxarıcı yollarının fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit; • dəri və yumşaq toxumaların infeksiyaları; • xronik bakterial prostatit; • hava-damcı yolu ilə yoluxan qarayaranın profilaktikası və müalicəsi.

Əks göstərişlər

Levofloksasinə və ya xinolon qrupundan digər antibakterial vasitələrə, həmçinin tərkibinə daxil olan köməkçi maddələrə qarşı yüksək həssaslıq. Epilepsiya. Anamnezində flüorxinolon qrupundan antibakterial vasitənin istifadəsi ilə əlaqəli olan vətər zədələnməsi. Uşaqlıq və yeniyetmə dövrü.

Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kifayət qədər tədqiqatlar mövcud olmadığından hamilə qadınlarda və laktasiya dövründə istifadə edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Levofloksasinlə müalicə zamanı müşahidə olunan bəzi əlavə təsirlər (başgicəllənmə, görmənin pozulması, yuxululuq kimi) diqqəti cəmləşdirmə bacarığını və psixomotor reaksiyaların surətini zəiflədə bilər. Həmin reaksiyalar müşahidə olunduqda xəstələrə nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etmək tövsiyə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Levofloksasinlə müalicə zamanı başgicəllənmə və yuxululuq kimi əlavə təsirlər müşahidə oluna biləcəyindən nəqliyyat vasitələri və digər mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq tövsiyə edilir.

MEFLOSİD istifadə qaydası və dozası

Meflosid ™ tədricən venadaxili infuziya şəklində (ən azı 60 dəqiqə ərzində) gündə 1 və ya 2 dəfə yeridilir. Bakterial çirklənmənin qarşısını almaq üçün Meflosid™ rezin qapaq deşildikdən dərhal (maksimum 3 saat ərzində) istifadə edilməlidir. İnfuziya zamanı flakonu işıqdan qorumağa ehtiyac yoxdur. Doza infeksiyanın növündən, ağırlığından və ehtimal olunan patogenin həssaslığından asılı olaraq korreksiya olunur.

Xəstənin vəziyyətindən asılı olaraq bir neçə gündən sonra preparatın eyni dozadakı peroral qəbuluna keçid mümkündür. Preparatın parenteral və peroral formalarının bioekvivalentliyi nəzərə alaraq eyni dozalanma istifadə edilə bilər. Normal böyrək funksiyası olan xəstələrdə dozalanma rejimi (kreatinin klirens >50 ml/dəqiqə) Göstəriş Gündəlik doza (infeksiyanın ağırlığından asılı olaraq) Müalicə müddəti** Xəstəxanadankənar pnevmoniya gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün Xəstəxanadaxili (nozokomial) pnevmoniya gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün Sidikçıxarıcı yollarının fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit gündə 1 dəfə 500 mq* 7-14 gün Xroniki bakterial prostatit gündə 1 dəfə 500 mq 28 gün Dəri və yumşaq toxumaların infeksiyaları gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün Hava-damcı yolu ilə yoluxan qarayara gündə 1 dəfə 500 mq 8 həftə *Ağır infeksiyalar zamanı dozanın artırılması haqqında düşünmək lazımdır. ** Müalicə müddətinə preparatın venadaxili+peroral qəbulu daxildir.

Venadaxili istifadəsindən peroral istifadəsinə keçməsi klinik vəziyyətindən asılı olaraq, adətən 2-4 gün təşkil edir. Meflosid™ venadaxili infuziya üçün məhlul aşağıdakı məhlullarla uyuşur: 0,9%-li natrium xlorid məhlulu, 5%-li dekstroza məhlulu, 2,5%-li dekstroza ilə Ringer məhlulu, parenteral qidalanma üçün kombinəedilmiş məhlullar (amin turşuları, karbohidratlar, elektrolitlər). Meflosid™ heparin və ya qələvi reaksiyalı məhlullarla (məs., natrium karbonat məhlulu) qarışdırmaq olmaz. Müalicə müddəti Müalicə müddəti xəstəliyin gedişindən asılıdır (yuxarıdakı cədvələ baxın).

Adətən, bütün antibiotikoterapiya hallarda olduğu kimi müalicəni temperatur normallaşmasından və bakterial eradikasiya təsdiq olunmasından sonra ən azı 48-72 saat ərzində davat etdirmək lazımdır. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə infeksiyanın ağırlığından asılı olaraq dozalanma rejimi (kreatinin klirensi ≤50 ml/dəq) Kreatinin klirensi 250 mq/24 saat 500 mq/24 saat 500 mq/12 saat ilk doza 250 mq ilk doza 500 mq ilk doza 500 mq 50-20 ml/dəq sonra 125 mq/24 saat sonra 250 mq/24 saat sonra 250 mq/12 saat 19-10 ml/dəq sonra 125 mq/48 saat sonra 125 mq/24 saat sonra 125 mq/12 saat <10 ml/dəq (o cümlədən hemodializ və daimi ambulator peritoneal dializ)* sonra 125 mq/48 saat sonra 125 mq/24 saat sonra 125 mq/24 saat *Hemodializ və ya daim ambulator peritoneal dializdən sonra əlavə doza tələb olunmur. Qaraciyər çatışmazlığı olan xəstələr Levofloksasin qaraciyərdə əhəmiyyətsiz dərəcədə metabolizmə uğradığından və əsasən böyrəklər vasitəsilə xaric olunduğundan doza tənzimlənməsinə ehtiyac yoxdur. Pediatrik xəstələr 18 yaşdan kiçik uşaqlarda və yenitetmələrdə istifadə olunmur.

Yaşlı xəstələr Normal böyrək funksiyası olan yaşlı xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur.

Prepared by  T-Soft E-Commerce.