Sevimlilərə əlavə edin
Paylaşın

Menloksan 500 mq N7 tablet

Məhsul Kodu : 111-25119
İstehsalçı ölkə : Türkiye
Reseptlə satılır
0 Şərh Şərh
11,38 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

MENLOKSAN, örtüklü tabletlər

Menloksan tərkibi

Təsiredici maddə:

 - 1 tabletin tərkibində 500 mq levofloksasinə ekvivalent miqdarda 512,3 mq levofloksasin hemihidrat vardır.

 - 1 tabletin tərkibində 750 mq levofloksasinə ekvivalent miqdarda 768,45 mq levofloksasin hemihidrat vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, polivinilpirrolidon (PVP) K30, kroskarmelloza natrium, maqnezium stearat, hidroksipropilmetilsellüloza (HPMS), polietilenqlikol 4000, titan dioksid (E 171), talk, sarı dəmir oksidi (E 172).

İstifadəsinə göstərişlər

- Aşağı tənəffüs yollarının infeksion-iltihabi xəstəlikləri: kəskin və xroniki bronxit, pnevmoniya, bronxopnevmoniya, plevrit.

- Yuxarı tənəffüs yollarının infeksion-iltihabi xəstəlikləri: rinit, sinusit (frontit, haymorit, eitmoidit, sfenoidit), kəskin və xroniki otit.

- Sidik yollarının və böyrəyin infeksion-iltihabi xəstəlikləri: sistit, uretrit, pielonefrit.

- Reproduktiv orqanların infeksion-iltihabi xəstəlikləri: kişilərdə – balanit, orxit, epididimit, orxoepididimit, prostatit; qadınlarda – vulvit, vaginit, vulvovaginit, salpingit, ooforit, salpinqooforit, iltihabi kistalar.

- Qarın boşluğu orqanlarının infeksion-iltihabi xəstəlikləri.

- Dəri və yumşaq toxumaların infeksion-iltihabi xəstəlikləri: iltihablı ateroma, abses, furunkul, karbunkul.

- Sümük və oynaqların infeksion-iltihabi xəstəlikləri: artrit, osteoartrit, osteomielit.

- Cərrahi əməliyyatlardan əvvəl və sonra profilaktika məqsədi ilə.

Əks göstərişlər

MENLOKSAN tabletlərini aşağıdakı hallarda qəbul etmək olmaz:

- Əgər levofloksasinə, hər hansı digər xinolon antibiotikinə və ya preparatın hər hansı digər inqrediyentinə qarşı allergiyanız (yüksək həssaslığınız) varsa.

- Epilepsiyanız varsa və ya nə vaxtsa olmuşdursa.

- Flüorxinolon antibiotikləri ilə müalicə ilə bağlı vətər problemləriniz (məs., tendinit) olmuşdursa.

- Hamiləsinizsə, hamilə olmağa hazırlaşırsınızsa və ya hamilə olduğunuza şübhəniz varsa.

- Uşaq əmizdirirsinizsə.

- Uşaq və ya yeniyetməsinizsə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlar üçün kifayət qədər və yaxşı nəzarət edilən tədqiqatlar aparılmadığı üçün, MENLOKSAN hamiləlik dövründə istifadə edilməməlidir.

Əgər müalicə zamanı hamilə olduğunuzu aşkarlasanız, dərhal həkiminizə və ya əczaçınıza məlumat verin.

MENLOKSAN tableti laktasiya zamanı istifadə edilməməlidir.

Menloksan istifadə qaydası, dozası

Həmişə MENLOKSAN tabletlərini həkiminizin sizə söylədiyi kimi qəbul edin. Əgər nəyəsə əmin deyisinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun.

Müalicənin müddəti infeksiyanın növündən və ağırlığından asılıdır. Adi doza gündə bir və ya iki tabletdir.

Böyrək çatışmazlığı olan pasiyentlərə böyrək funksiyaları normal olan pasiyentlərə nisbətən aşağı doza lazım ola bilər.

Tabletlər yemək zamanı və ya yeməkarası başqa vaxtlarda qəbul edilə bilər. Tabletləri bir stəkan su ilə udmaq lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25119

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce