MENOVAZİN, xaricə istifadə üçün spirtli məhlul
MENOVAZİN tərkibi
MENOVAZİN tərkibi, 100 ml məhlulun tərkibində 2,5 q levomentol, 1,0 q prokain hidroxlorid, 1,0 q benzokain vardır.
Menovazin, istifadəsinə göstərişlər
Nevralgiyalarda, mialgiyalarda, artralgiyalarda və qaşınan dermatozlarda yerli anesteziyaedici vasitə kimi istifadə edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, dəri örtüyünün tamlığının pozulması və ya istifadəsi nəzərdə tutulan nahiyədə dərinin iltihabi xəstəlikləri (o cümlədən, dermatit, ekzema). Hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar (məlumat olmaması ilə əlaqədar).
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Dəriyə zədələnmiş nahiyənin üstünə sürtülür və yaxılır və ya dərinin zədələnmiş nahiyəsinə çəkilir (qaşınan dermatozlar). Müalicə kursu müalicəvi effektdən asılı olaraq 3–4 həftədən artıq olmamaqla davam etdirilir. Ehtiyac olduqda müalicə kursu təkrar edilir.