Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Meqasef 750 mq N1 flakon

Məhsul Kodu : 111-03001
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
3,78 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MEQASEF, 750 mq əzələdaxili və venadaxili inyeksiya məhlulu hazırlamaq üçün toz 

Meqasef tərkibi

   Təsiredici maddə: 1 flakonda 750 mq sefuroksim vardır. Flakonun möhtəviyyatı həlledici ilə  qarışdırıldıqdan sonra yaranmış məhlulun həcmi 0,53 ml azalır. Həlledici:  inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Meqasef® böyüklərdə və uşaqlarda müəyyən mikroorqanizmlərin həssas növlərinin törətdiyi infeksion xəstəliklərin müalicəsində aşağıdakı xəstəliklərin müalicəsində istifadə edilir: • Tənəffüs yollarının infeksiyaları: xəstəxanadankənar pnevmoniya, xroniki bronxitin kəskinləşməsi. • Sidik-cinsiyyət sisteminin ağırlaşmış infeksiyaları, pielonefrit daxil olmaqla, bakteriuriya. • Yumşaq toxuma infeksiyaları, məsələn, sellülit, qızıl yel və yara infeksiyaları. • İntraabdominal infeksiyalar. • Profilaktika, məsələn, mədə-bağırsaq (qida borusu daxil) ortopedik, ürək-damar və ginekoloji (Keysəriyyə əməliyyatı daxil) əməliyyatlarında infeksiya riski yüksəldiyi zaman. Antibakterial vasitələrin müvafiq şəkildə istifadəsi üçün rəsmi yerli məlumat rəhbərliyinə (məs: milli məsləhətlər) əsaslanmaq lazımdır. Xəstəlik törədici mikroorqanizmin müalicəyə həssaslığı test edilməlidir (əgər mümkündürsə). Anaerob orqanizmlərin ehtimalı yüksək olan infeksiyaların müalicəsi və profilaktikasında sefuraksimi əlavə uyğun antibakterial vasitələrlə təyin etmək lazımdır.

Əks göstərişlər:

 Sefuroksimə və ya hər hansı sefalosporinlərə qarşı allergiyası olan xəstələrə təyini əks göstərişdir. Penisillinə və hər hansı beta-laktam antibiotiklərinə qarşı birbaşa və ya ağır yüksək həssaslıq reaksiyası olan xəstələrə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Sefuroksim natriumun hamiləlik zamanı istifadəsi ilə bağlı kifayət qədər məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar hələ ki, zərərlərini sübut etməmişdir. Sefuroksim plasentanı keçir. Həkim tərəfindən vacib olduğu hesab edilmədikcə Meqasef® hamiləlik zamanı istifadə edilməməlidir. Sefuroksim çox az miqdarda ana südünə keçir. Laktasiya dövründə sefuroksim istifadəsindən uzaq durmaq lazımdır.

Meqasef istifadə qaydası, dozası

 Əzələdaxili Meqasef® 750 mq flakona ən azı 3 ml inyeksiya üçün su  istifadə olunur. Dərin əzələdaxili inyeksiya. Venadaxili Meqasef® 750 mq flakonuna ən azı 6 ml inyeksiya üçün su istifadə olunur və 3-5 dəqiqə ərzində bilavasitə venaya yeridilir. Venadaxili infuziya şəklində 30-60 dəqiqə müddətində 0,9%-li natrium xloridin fizioloji məhlulu, 5%-li dekstroza və ya digər uyuşan məhlula əlavə edilərək venadaxili yeridilir.  Ümumi məsləhətlər Böyüklər və bədən çəkisi 40 kq-dan artıq olan uşaqlar Bir çox infeksiyalarda gündə üç dəfə 750 mq əzələdaxili və ya venadaxili təyin edildikdə nəticə alınır. Ehtiyac olduğu zaman, əzələdaxili və ya venadaxili ümumi günlük dozanın təyin olunma sıxlığı, 6 saatdan bir 750 mq-a qədər artırıla bilər, daha ağır infeksiyalarda təyin olunan doza 1,5 q qədər (gündə 3 dəfə) artırılmalıdır. 3 həftədən böyük körpələr və uşaqlar 30-100 mq/kq/gün venadaxili 3 və ya 4 dozaya bölünərək təyin edilmişdir. 60 mq/kq/gün bir çox infeksiyalar üçün münasib dozadır. 3 həftəyə qədər yenidoğulmuşlar 30-100 mq/kq/gün venadaxili 2 və ya 3 dozaya bölünərək təyin edilir. Həyatın ilk həftələrində sefuroksimin yarımxaricolma dövrü böyüklərlə müqayisədə 3-5 dəfə artmış ola bilər. Yaşlı Yetkin şəxslərdə təyin olunduğu kimi təyin olunur. Profilaktika Qarın boşluğu, çanaq və ortopedik əməliyyatlar zamanı adətən, 1,5 q v/d anesteziyanın induksiyası ilə birlikdə, həmçinin əməliyyatdan 8 və 16 saat sonra iki 750 mq ə/d doza ilə davam etdirilə bilər. Ürək, qida borusu və damar əməliyyatları zamanı adətən, 1,5 q v/d anesteziyanın induksiyası ilə birlikdə, əməliyyatdan sonrakı 24 saat üçün 750 mq ə/d (gündə 3 dəfə) doza ilə davam etdirilir. Böyrək pozğunluğu olan xəstələrdə Sefuroksim böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur. Buna görə də, bütün bu tip antibiotiklərdə olduğu kimi böyrək funksiyasının pozuntusu olan xəstələrdə preparatın ekskresiyasının ləngiməsini tarazlaşdırmaq üçün, dozanın azaldılması tövsiyə olunur. Kreatin klirensi 20 ml/dəq-dən aşağı düşmədiyi müddətdə, dozanı azaltmaq vacib deyil. Kreatin klirensi 10-20 ml/dəq olan böyüklərdə 750 mq gündə iki dəfə məsləhət görülür, ciddi böyrək çatışmazlığı zamanı (kreatin klirensi < 10 ml/dəq) 750 mq gündə bir dəfə müvafiqdir. Hemodializ xəstələrində sonrakı 750 mq doza hər dializin axırında təyin edilməlidir. Parenteral qəbula əlavə olaraq, sefuraksim natriumu peritonial mayesinə əlavə etmək olar (ümumiyyətlə, hər iki litr dializ mayesinə 250 mq). Fasiləsiz arteriovenoz hemodializdə və ya yüksək axınlı hemofiltrasiyada olan böyrək çatışmazlığı olan xəstələrə intensiv müalicə zamanı gündə iki dəfə, 750 mq doza uyğundur. Aşağı axınlı hemofiltrasiyada olan xəstələrə preparat, böyrək funksiyası zədələnmiş xəstələrə təyin olunduğu kimi təyin olunmalıdır. Sefuroksimin (inyeksiya üçün Meqasef®) peroral qəbulu üçün aksetil efiri şəklində buraxılan analoqu mövcuddur (Meqasef® tabletləri). Klinik  göstəriş olduqda sefuroksimin parenteral kursu bitdikdən sonra müalicə Meqasef® tabletlərindən istifadə etməklə peroral yolla davam etdirilə bilər.

Prepared by  T-Soft E-Commerce.