Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Meristat 125 Mg/5 Ml 70Ml suspensiya

Product Code : 111-21783
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

MERİSTAT-SANOVEL, 125 mq/5 ml oral suspenziya hazırlamaq üçün qranullar.

Meristat tərkibi 

Təsiredici maddə:MERİSTAT-SANOVEL 125 mq/5 ml oral suspenziya hazırlamaq üçün qranullar 5 ml suspenziyanın tərkibində 125 mq klaritromisin vardır. Köməkçi maddələr: kalium sorbat, maltodekstrin, ksantan kitrəsi, susuz limon turşusu, tutti frutti dadverici, kolloidal silisium dioksid, titan dioksid, şəkər.

İstifadəsinə göstərişlər:
 Klaritromisin, ona qarşı həssas olan mikroorqanizmlər tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur.

 ˗ Haemophilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae və Streptococcus pyogenes səbəb olduğu faringit, tonzillit, sinusit kimi yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri,

 ˗ Haemophilus influenzae, Haemophilus parainfluenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae, Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae səbəb olduğu bronxit, pnevmoniya kimi aşağı tənəffüs yollarının infeksion xəstəlikləri,

 ˗ Hemofilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae tərəfindən törədilən orta qulağın kəskin iltihabı (törədicilər Haemophilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae),

 ˗ Staphylococcus aureus, Streptococcus pyogenes səbəb olduğu impetiqo, follikulit, sellyulit, qoturluq, abseslər kimi dəri və yumşaq toxumaların infeksiyaları,

 ˗ Mycobacterium avium və ya Mycobacterium intracellulare ilə əlaqəli ümumi və ya lokal mikrobakterial infeksiyalar və Mycobacterium chelonae, Mycobacterium fortuitum və Mycobacterium kansasii ilə əlaqəli lokal infeksiyalar.

Əks göstərişlər:

 Klaritromisin, makrolid antibiotiklərinə qarşı hiperhəssaslığı olan pasiyentlərdə əks göstərişdir. QT intervalının uzanması, mədəcik taxikardiyası, mədəcik fibrilasiyası və torsades de pointes kimi ürək aritmiyasının yaranması səbəbindən klaritromisinin aşağıda göstərilən dərman vasitələri ilə istifadəsi əks göstərilir: astemizol, sizaprid, pimozid, terfenadin, erqotamin, dihidroerqotamin, lovastatin və ya simvastatin ( “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). Tikaqrelor və ya ranolazin ilə eyni vaxtda istifadəsi əks göstərişdir. Toksiklik səbəbindən klaritromisinin erqotamin və ya dihidroerqotaminlə eyni vaxtda istifadəsi əks göstərilir. Anamnezdə QT intervalının uzanması (anadangəlmə və ya təsdiqlənmiş qazanılmış QT uzanması) və ya torsades de pointes daxil olmaqla ürəyin mədəcik aritmiyası olan pasiyentlərə klaritromisin təyin edilməməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). Klaritromisin, rabdomioliz daxil olmaqla miopatiya riskinin artması səbəbindən CYP3A4 tərəfindən geniş metabolizmə uğrayan (lovastatin və ya simvastatin) HMG-KoA reduktaza inhibitorları (statinlər) ilə eyni vaxtda istifadə edilməməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Klaritromisin hipokaliemiya olan pasiyentlərə təyin edilməməlidir (QT inetvalının uzanması riski). Klaritromisin böyrək çatışmazlığı ilə birlikdə ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə edilməməlidir. Digər güclü CYP3A4 inhibitorlarında olduğu kimi, klaritromisin kolxisin qəbul edən pasiyentlərdə istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Ümumi Hamiləlik kateqoriyası: C Reproduktivlik potensialı olan qadınlar / Kontrasepsiya Məlumat yoxdur Hamiləlik Hamiləlik dövründə klaritromisinin istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Hamiləlik zamanı klaritromisinin istifadəsi yalnız ana üçün fayda döl üçün riskdən üstün olduğu hallarda mümkündür. Laktasiya Klaritromisinin təhlükəsizliyi ana südü ilə qidalanan körpələr üçün müəyyən edilməyib. Klaritromisin ana südünə nüfuz edir. Fertillik Fertillik tədqiqatlarında 150-160 mq/kq/gün dozada təyin olunan preparat estrus dövrü, fertillik, doğuş və yenidoğulmuşların sayına və sağlamlığına mənfi təsir göstərməmişdir. (“Klinikaya qədər təhlükəsizlik məlumatları” bölməsinə baxın)

Meristat istifadə qaydası, dozası

 Dozalanma / qəbul tezliyi və müddəti Uşaqlar üçün tövsiyə edilən doza 7.5 mq/kq gündə iki dəfə təşkil edir. Mikobakterial olmayan infeksiyalar zamanı preparatın maksimal dozası 500 mq gündə iki dəfə təşkil edir. Peroral suspenziya 125mq/5ml 20 kq-a qədər çəkisi olan uşaqlar üçün tövsiyə edilir. Çəkiyə (kq) hesablanmış müvafiq doza, xüsusi damcısalanın köməyi ilə qəbul edilir, qəbul hər 12 saatdan bir təkrarlanır. Mikobakterial infeksiyası olan pasiyentlər üçün doza Ümumi və ya lokal mikobakterial infeksiyaları olan uşaqlarda (M. avium, M. intracellulare, M. chelonae, M. fortuitum, M. kansasii) klaritromisinin tövsiyə edilən dozası 2 dəfə qəbula sutkada 15-30 mq/kq təşkil edir. Klaritromisinlə müalicəni klinik effekt qalana qədər davam etmək lazımdır. Digər antimikobakterial preparatların əlavə edilməsi faydalı ola bilər. Müvafiq doza bədən kütləsinə və həcminə görə dərəcələrə bölünmüş damcısalanla verilir. Meristat-Sanovel suspenziyasının (125 mq/5 ml) dozasının uşağın bədən çəkisi və həcminə görə hesablanması. Müalicənin tezliyi və müddəti Müalicənin standart müddəti xəstəliyin ağırlığından və törədicinin növündən asılı olaraq 5-10 gün təşkil edir. Preparatdan istifadə üsulu Preparatı qida qəbulundan asılı olmayaraq qəbul etmək olar, südlə birgə qəbulu mümkündür. Suspenziyanın hazırlanması və damcısalandan istifadə 1. Flakonu açmadan 2-3 dəfə çalxalayın. Plastik ampulada olan suyun yarısını flakona boşaldın. Şüşə qapağını bağlayın və yaxşıca çalxalayın. Qalan suyu tökün və flakonu yenidən yaxşıca çalxalayın. 2. Damcısalan 3 hissədən ibarətdir. Bunlar: qapaq, qoruyucu örtük və dozalara bölünmüş damcısalandır. Damcısalanı qapaqla qoruyucu örtükdən çıxarın. Suspenziyanın hazırladığı flakonun qapağını çıxarın. (Şüşə qapaq bir daha istifadə olunmayacaq). Damcısalanı öz qapağı ilə şüşəyə daxil edin. 3. Flakonu çalxaladıqdan sonra damcısalanın porşenini təyin edilən dozaya uyğun olan səviyyəyə qədər dartın və damcısalanı suspenziya ilə doldurun. Damcısalanı gövdəsindən tutaraq qapaqdan ayırın. 4. Hazırlanmış suspenziyanı birbaşa damcısalanla və ya qaşığın köməyi ilə uşağa verin. 5. Damcısalanı qaynadılmış soyuq su ilə yuyaraq, yenidən flakonun qapağına taxın. Hər istifadədən əvvəl flakonu yaxşıca çalxalayın və 3., 4. və 5-də göstərilən addımları tətbiq edin. Xüsusi populyasiyalar Böyrək/qaraciyər pozğunluğu olan pasiyentlər Ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30ml/dəq) olan uşaqlar üçün gündəlik doza iki dəfə azaldılmalıdır. Məsələn daha ağır hallarda tövsiyə olunan doza gündə 250 mq və ya gündə iki dəfə 250 mq təşkil edir. Bu pasiyentlərdə müalicə 14 gündən çox uzadılmamalıdır. Orta və ağır böyrək çatışmazlığı olan pasiyentlərdə xüsusi ehtiyatla istifadə edilməlidir. Qaraciyər çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin edilməlidir. Qaraciyər çatışmazlığı olan və ya olmayan ağır böyrək çatışmazlığı olan pasiyentlər üçün dozanın əlavə olaraq endirilməsi və ya dozanın qəbulunun uzadılması düşünülməlidir.

Prepared by  T-Soft E-Commerce.