Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq klaritromisin vardır. Köməkçi maddələr: mikrokristallik selluloza, natrium nişasta qlikolyatı, polivinilpirrolidon (K-30), kolloidal silisium dioksid, talk, maqnezium stearat, sarı opadri OY-S-32917, açıq opadri YS-1R-7006, saxarin natrium, vanilin.
İstifadəsinə göstərişlər:
Meristat-sanovel preparatı, böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda həssas mikroorqanizmlərin törətdikləri infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunur. Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri: faringit/tonzillit (törədicisi – Streptococcus pyogenes), kəskin maksillyar sinusit (törədiciləri – Streptococcus pneumoniae, Haemophilus influenzae, Moraxella catarrhalis mikroorqanizmlərinin törətdikləri). Aşağı tənəffüs yollarının infeksion xəstəlikləri: xroniki bronxitin kəskin bakterial ağırlaşması (törədiciləri – Haemophilus influenzae, Moraxella catarhalis, Streptococcus pneumoniae), pnevmoniya (törədiciləri – Mycoplasma pneumoniae və ya Streptococcus pneumoniae). Dərinin və yumşaq toxumaların ağırlaşmamış infeksiyaları: (törədiciləri – Staphylococcus aureus və ya Streptococcus pyogenes) (absess zamanı adətən, cərrahi drenaj istifadə olunur). Yerli və ya dessiminasiya olunmuş mikobakterial infeksiyalar: (törədiciləri – Mycobacterium Avium və Mycobacterium Intracellulare), yerli mikobakterial infeksiyalar (törədiciləri – Mycobacterium chelonae, Mycobacterium fortuitum, Mycobacterium kansasii). Qanda CD4+-limfositlərin (T-xelper limfositlərin) miqdarı 1 mm3-də 100-dən artıq olmayan İİV-infeksiyasına yoluxmuş pasiyentlərdə Mycobacterium avium kompleksinin törətdiyi infeksiyanın disseminasiyasının profilaktikası. Klaritromisin, onikibarmaq bağırsaq xorasından əziyyət çəkən pasiyentlərdə xlorid turşusunun sekresiyası tormozlanan şəraitdə (klaritromisinin və proton pompası inhibitorlarının eyni zamanda istifadəsi) Helicobacter pylori mikroorqanizmlərinin eradikasiyası üçün istifadə olunur.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; ağır böyrək çatışmazlığı (KK 30 ml/dəqiqədən az); anamnezdə QT intervalının uzanması, mədəcik aritmiyası və ya “piruet” tipli mədəcik taxikardiyası; klaritromisinin astemizol, sizaprid, pimozid, terfenadin ilə eyni vaxtda istifadəsi; klaritromisinin çovdar mahmizi alkoloidləri, məsələn, erqotamin, dihidroerqotamin ilə eyni vaxtda istifadəsi; klaritromisinin peroral istifadə üçün midazolamla eyni vaxtda istifadəsi; tikaqrelor və ranolazinlə eyni vaxtda istifadəsi; hipokaliemiya (QT intervalının uzanması riski); böyrək çatışmazlığı ilə yanaşı ağır qaraciyər çatışmazlığı; klaritromisinin CYP3A4 izofermentilə (lovastatin, simvastatin) əhəmiyyətli dərəcədə metabolizmə uğrayan HMQ-KoA-reduktaza (statinlər) ilə eyni vaxtda istifadəsi (rabdomioliz daxil olmaqla, miopatiya riskinin yüksəlməsilə əlaqədar); klaritromisinin kolxisinlə eyni vaxtda istifadəsi. Hamiləliyin sonuncu trimestrində əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləliyin kateqoriyası C Hamiləlik zamanı klaritromisindən istifadə edilməməlidir (alternativ müalicə aparmaq mümkün olmayan hallar istisna olmaqla). Əgər hamiləlik preparatla müalicə dövründə baş verərsə döl üçün potensial riskin olması təhlükəsi qadına bildirilməlidir. Hamiləlik zamanı və laktasiya dövründə klaritromisindən istifadənin təhlükəsizliyi müəyyən edilməmişdir. Klaritromisin südə keçir.
Mikobakterial infeksiyalar 250 mq 6-14 Böyüklər üçün məsləhət görülən başlanğıc doza sutkada 2 dəfə 500 mq təşkil edir. 3-4 həftə ərzində klinik və ya laborator yaxşılaşma olmadıqda, dozanı sutakada 2 dəfə 1000 mq-a qədər artırılır. Törədicisi MAC olan disseminəolunmuş infeksiyaların müalicəsi zamanı müalicə, klinik və ya laborator nəticələr əldə edilənə qədər davam etdirilir. Klaritromisin digər antibakterial dərman vasitələrilə kompleksdə istifadə edilə bilər. Qeyri-vərəm mikobakterial infeksiyaların müalicəsi həkim nəzarəti altında aparılmalıdır. MAC-ın profilaktikası Böyüklər üçün məsləhət görülən başlanğıc doza sutkada 2 dəfə 500 mq təşkil edir. Onikibarmaq bağırsağın xora xəstəliyi ilə əlaqədar olan pasiyentlərdə H.Pylori-nin eradikasiyası Məsləhət görülən doza, xlorid turşusunun sekresiyasını zəiflədən preparatlarla kompleksdə 714 gün ərzində sutkada 2 dəfə 500 mq təşkil edir. Bu cür təsirə malik dərman vasitələri, məsələn, omeprazol, 40 mq/sutka (20 mq 2 dəfə) və amoksisillin 1000 mq 2 dəfə dozada təyin edilir. İstifadə müddəti və tezliyi 6-14 gün təşkil edən yuxarı tənəffüs yollarının infeksiyasının və dəri və yumşaq toxumaların ağırlaşmayan infeksiyasının müalicə dövrü istisna olmaqla, müalicə müddəti 7-14 gün təşkil edir. İstifadə qaydası Preparat qida qəbulundan asılı olmayaraq, eyni vaxtda daxilə qəbul edilir. Xüsusi qrup pasiyentlər Xroniki böyrək çatışmazlığı (XBÇ) zamanı Kreatininin klirensi (KK) 30 ml/dəqiqədən az olan pasiyentlərə preparatın adi dozasının yarısı təyin edilir və ya preparatın qəbulu arasındakı interval iki dəfə uzadılır. 14 gündən artıq istifadə edilməmlidir. Qaraciyər çatışmazlığı zamanı Qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Lakin böyrəklərin normal funksiyasının qorunduğu zaman mülayim və ya ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb edilmir. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın azaldılması tələb edilmir. Uşaqlarda istifadəsi və dozası 12 yaşdan kiçik və ya bədən çəkisi 33 kq-dan az olan uşaqlarda preparatın istifadəsi əks göstərişdir. 12 yaşdan yuxarı uşaqlarda preparatın dozası böyüklərdə olduğu kimidir.