Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ampulda 5,263 mq betametazon natrium fosfat (4 mq betametazona ekvivalent) vardır.
İstifadə olunduğu təhlükəli hallar: şok (cərrahi və travmatik, yanıq nəticəsində); kəskin anafilaktik və allergik reaksiyalar (boğazın ödemi, dərmanlara qarşı və qan köçürülməsindən sonrakı allergiya); astma halları; böyrəküstü vəzi nin kəskin çatışmazlığı, Ad dison xəstəliyi, Simmonds xəstəliyi, böyrəküstü vəzinin götürülməsi və ya kortikosteroidlərin uzunmüddətli qəbuluna görə böyrəküstü vəzilərin supressiyası; “tennis dirsəyi” kimi tanınan yumşaq toxumaların zədələ nmələri və çiyin oynağının periartriti zamanı (yerli inyeksiya formasında). Betametazon şok və astmanın müalicəsində istifadə olunan digər preparatları əvəz etmir, amma onların effektivliyini artırır. Daxilə qəbulun əvəz ed ilməsi: kortikosteroid preparatları daxilə qəbul etmək mümkün olmadığı hallarda (qusma, davamlı ishal hallarında, üz-çənə cərrahi əməliyyatlardan sonra).
Preparatın tərkibində olan maddələrə qarşı yüksək həssaslıq reaksiyaları. Spesifik infeksiyaəleyhinə müalicə aparılmadığı hallarda s istem infeksiyalar. Yüksək dozalarda kortikoidlər qəbul edə n xəstələrdə nevroloji əlavə təsirlərin və qeyri-kafi anticisim reaksiyalarının yaranma ehtimalı olduğu üçün zəifləmiş viruslarla immunizasiya və digə r immun izasiya tədbirləri aparılmamalıdır. Betametazon birbaşa vətərlərə yeridilməməlidir.
Hamilə qadınlara yalnız ciddi zərurət olduqda, həkim nəzarəti altında istifadə olunur. Hamiləlik dövründə istifadə zamanı hormonların səviyyəsinin azalması aşkar olunub. Amma bu dəyişikliklərin əhəmiyyəti öyrənilməyib. Tədqiqatlar, vaxtından əvvəl doğuş riski olan qadınlarda, betametazonun qısamüddətli antenatal istifadəsi nəticəsində neonatal hipoqli kemiya riskinin yüksək olmasını göstəriblər.
Hamiləlik dövrünün sonunda betametazon qəbul edən qadınların yenidoğulmuş körpələrində qanda şəkərin səviyyəsi aşağı ola bilər. Ana südü ilə xaric olduğu üçün kortikoidlərin laktasiya dövründə yüksək dozalarda istifadəsinə yalnız ciddi zərurət olduqda yol verilə bilər.
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reak siyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır. Preparat nəqliyyat vasitələri ni və digər potensial təh lükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İnyeksiya üçün kortikosteroidlərlə müalicə zamanı dozalanma xəstəliyin gedişatı və pasiyentin müalicəyə fərdi reaksiyasından asılıdır. Adətən birdəfəlik doza 4 mq təşkil edir və arzuolunan terapevtik nəticə əldə olunana qədər təkrarlanır. Bəzi hallarda birdə fəlik inyeksiya üçün doza 10 - 15 mq və ya artıq ola bilər; bu doza gün ərzində hər 3 -4 saatdan bir təyin oluna bilər. Lazım olduqda preparat standart infuziya üçün məhlullara əlavə oluna bilər.
Metaspan ampullarda təcili və güclü təsir tələb edən hallarda əzələdaxili və venadaxili istifadə üçün lazım olan miqdarda natrium vardır. Metaspan ampulları, xüsusi terapevtik tələblərə görə də xərçəng ocağı daxilinə, oynaqdaxili, endoplevral, göz damcısı və aerozol şəklində istifadə oluna bilər. Belə hallarda Metaspan ampulları yüksək təsirli, orqanizm tərəfindən yaxşı mənimsənilən kortizonun steril məhlulunun bütün müsbət keyfiyyətlərini özündə əks etdirir.