Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 4mq və ya 16 mq metilprednizolon vardır.
Dərman vasitəsinin tərkibində olan aktiv maddələrə və ya hər hansı bir maddəyə qarşı yüksək həssaslıq.
Sistem göbələk infeksiyaları.
Kortikosteroidlərin immunosupressiv dozalarını alan pasiyentlərə canlı və ya zəiflədilmiş canlı vaksinlərin yeridilməsi əks göstərişdir.
Fertillik
Reprodultiv funksiyaya kortikosteroidlərin neqativ təsiri haqqında məlumat yoxdur.
Hamiləllik dövrü
Hamilə qadınlaın kortikosteroid qəbul etməsi anadangəlmə anomaliyanln meydana gəlməsinə səbəb olmur. Tədqiqatlar zamanı insanlarda onun təhlükəsizliyini müəyyən etmək mümkün olmadığı üçün, hamilə qadınlarda metilprednizolonun istifadəsinin təhlükəsizliyini bilmək olmur.
Ona görə də dərman vasitəsini hamiləlik dövründə yalnız zəruri hallarda istifadə etmək olar. Bəzi kortikosteroidlər plasentadan asanlıqla keçir. Bu yenidoğulmuşlara ciddi nəzarət etmək və böyrəküstü vəzilərin çatışmazlığının əlamətlərinə görə müşahidə aparmaq və qiymətləndirmə həyata keçirmək lazımdır, baxmayaraq ki, bətndaxili kortikosteroidlərin təsirinə məruz qalmış yenidoğulmuşlarda böyrəküstü vəzilərin çatışmazlığı nadir hallarda müşahidə edilir.
Kortikosteroidlərlə uznmüddətli müalicə alan anaların yenidoğulmuşlarında kataraktanın inkişafı müşahidə olunmuşdur.
Laktasiya dövrü
Kortikosteroidlər ana südünə nüfuz edir.
Ana südünə nüfuz edən kortikosteroidlər, boy inkişafını ləngidə bilər və südəmər
yünidoğulmuşlarda qlükokortikoidlərin endogen hasilinə təsir göstərə bilər. Bu dərman vasitəsi laktasiya dövründə yalnız o zaman istifadə oluna bilər ki, müalicədən gözlənilən fayda potensial riskdən üstün olsun.
Başlanğıc doza xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Böyüklər üçün başlanğıc doza gündə 4-48 mq-dır, bu doza, xəstəliyin ağırlığından asılı olaraq artırıla bilər. Əgər xəstəyə gündəlik doza kifayət edirsə, bu dozanı səhər qəbul etmək tövsiyə olunur. Uzunmüddətli müalicə zamanı minimal effektiv doza qəbul etmək lazımdır, səhər bir dəfə günaşırı qəbul edərək. Əgər doza təqribən 6mq/gün-dən artıq olursa, əlavə təsirlərin inkişaf riski əhəmiyyətli dərəcədə artır. Uşaqlara az dozalar tövsiyə
olunur. Sistem revmatik xəstəliklər və kollagenozlar zamanı tövsiyə olunan gündəlik ilkin doza 4–16 mq və ya 20–100 mq təşkil edir. Allergik vəziyyətlərdə və ağciyər xəstəliklərində ilkin doza 12–48 mq olmaqla, maksimal doza 64 mq-dan çox olmamalıdır. Transplantatın dəfolunma reaksiyası zamanı doza 7 mq/kq/gün-dən artıq olmamalıdır, qaraciyər xəstəliklərində isə 16–48 mq tövsiyə edilir.
Dermatoloji xəstəliklərdə ilkin doza 80–360 mq, hemotoloji xəstəliklərdə isə 16–100 mq arasında dəyişir. Nevroloji xəstəliklərdə gündəlik doza 200 mq-dan çox olmamalıdır, yenitörəmələr fonunda beyin şişləri zamanı isə 200–1000 mq aralığında doza tətbiq oluna bilər.
Göz xəstəliklərində tövsiyə olunan ilkin doza 12–40 mq, şiş xəstəliklərində isə 16–100 mq təşkil edir. Böyrək xəstəliklərində doza 32–48 mq, mədə-bağırsaq xəstəliklərində isə maksimal olaraq 60 mq-dan çox olmamalıdır. Qlükokortikoidlərin ləğvetmə sindromundan qaçmaq üçün qlükokortikoidlərlə uzunmüddətli müalicəni bir neçə həftə ərzində tədricən dayandırmaq lazımdır. Müalicənin dayandırılması ilə əlaqədar olaraq, günaşırı qəbul, böyrəküstü vəz şatışmazlığını və ləğvetmə sindromu riskini aşağı salır.
Sistem kortikosteroidlərin uzunmüddətli istifadəsi böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığını yaradır ki, bu da dərman ləğv edildikdən sonra bir neçə ay davam edə bilər. Beləliklə, travmalarla, xəstəliklərlə və cərrahi əməliyyatla bağlı stress vəziyyətlərdə. Zəruri halda metilprednizolonun dozasını artırmaq və ya digər qlükokortikoidlər təyin etmək lazımdır.
Uşaqlar
Uzunmüddətli kortikosteroid terapiyası alan yenidoğulmuşların və uşaqların böyüməsi və inkişafına diqqətli nəzarət olunmalıdır. Qlükokortikosteroidlərlə natamam dozalarla uzunmüddətli gündəlik müalicə alan uşaqlarda boy artımının ləngiməsi qeyd edilə bilər və belə rejimin istifadə edilməsini ən təcili hallarla məhdudlaşdırmaq lazımdır. Qlükokortikoidlərin günaşırı təyini adətən bu əlavə təsirlərdən qaçmaq və ya bu əlavə təsirlərin minimuma enməsinə imkan verir.
Kortikosteroidlərlə uzunmüddətli müalicə alan yenidoğulmuşlar və uşaqlarda xüsusi inkişaf riski, kəllədaxili təzyiqin qalxması qeydə alınmışdır. Kortikosteroidlərin yüksək dozaları uşaqlarda pankreatitin inkişafını yarada bilər.