Sevimlilərə əlavə edin
Paylaşın

METROGIL 5MG 100ML SISTEM

Məhsul Kodu : 111-01788
İstehsalçı ölkə : Hindistan
Reseptlə satılır
1 Şərh Şərh
1,62 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

 

METROGİL, venadaxili infuziya üçün məhlul

Metrogil tərkibi

 Təsiredici maddə:   1 ml məhlulun tərkibində 5 mq metronidazol vardır. Köməkçi maddələr: natrium xlorid, limon turşusu monohidrat, susuz ikiəsaslı natrium fosfat,  inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

  Protozoy infeksiyaları: qaraciyərin amöb absesi daxil olmaqla bağırsaqdankənar amöbiaz, bağırsaq amöbiazı (amöb dizenteriyası), trixomoniaz (o cümlədən, trixomonad vaginiti, trixomonad uretriti); - Bacteroides spp. (o cümlədən, Bacteroides fragilis, Bacteroides distasonis, Bacteroides ovatus, Bacteroides thetaiotaomicron, Bacteroides vulgatus) hesabına yaranan infeksiyalar: sümük və oynaqların infeksiyaları, mərkəzi sinir sistemi infeksiyaları, o cümlədən, meningit, beyin absesi; bakterial endokardit, pnevmoniya, plevranın empieması və ağciyərlərin absesi, sepsis; - Clostridium spp., Peptococcus və Peptostreptococcus növləri hesabına yaranan infeksiyalar: qarın boşluğu infeksiyaları (peritonit, qaraciyər absesi), kiçik çanaq orqanlarının infeksiyaları (endometrit, endomiometrit, fallop borularının və yumurtalıqların absesi, uşaqlıq yolu tağının infeksiyaları); - əməliyyatdan sonrakı ağırlaşmaların (xüsusən rektal nahiyədə, çənbər bağırsağa müdaxilələr, appendektomiya, ginekoloji əməliyyatlar) profilaktikası; - şiş olan xəstələrin şüa terapiyası – şişin rezistentliyi şiş hüceyrələrində hipoksiya ilə əlaqədar olan hallarda radiosensibilizasiyaedici dərman vasitəsi kimi.

Əks göstərişlər:

  Metronidazola və ya digər nitroimidazol törəmələrinə qarşı yüksək həssaslıq; - MSS-nin üzvi zədələnmələri (epilepsiya daxil olmaqla); - qaraciyər çatışmazlığı (preparat yüksək dozada təyin edildikdə); - qan xəstəlikləri (o cümlədən, anamnezdə); - hamiləliyin I trimestri; - laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləliyin I trimestrində istifadəsi əks göstərişdir. II-III trimestrlərdə təyin etməzdən əvvəl risk/fayda nisbəti qiymətləndirilməlidir. Metronidazol ana südünə ifraz olunduğuna görə preparat ilə müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Metrogil istifadə qaydası, dozası

 Preparatın venadaxili yeridilməsi ağır infeksiyaların gedişi zamanı, həmçinin daxilə qəbul mümkün olmadıqda göstərişdir. Anaerob və protozoy infeksiyalarının müalicəsi Böyüklərə (bədən çəkisi təxminən 70 kq olan) və 12 yaşdan böyük uşaqlara Başlanğıc doza venadaxili damcı yolu ilə 0,5-1 q (15 mq/kq və ya 3 ml/kq) (infuziyanın müddəti 30-40 dəqiqədir), sonra isə hər 8 saatdan bir 5 ml/dəq sürəti ilə 500 mq metronidazol təşkil edir. Yaxşı dözümlülük olduqda 2-3 infuziyadan sonra şırnaq üsulu ilə yeridilməyə keçilir. Müalicə kursu 7 gündür. Ehtiyac olarsa venadaxili yeridilmə daha uzun müddət ərzində davam etdirilir. Maksimal gündəlik doza 4 q-dır. Xəstənin vəziyyəti yaxşılaşarsa, göstərişlərə görə daxilə gündə 3-5 dəfə 400 mq olmaqla dəstəkləyici dozaya keçilir. 12 yaşadək uşaqlar Birdəfəlik doza 7,5 mq/kq olmaqla eyni sxem üzrə təyin edilir. İrinli-septiki xəstəliklər zamanı adətən 1 kurs müalicə aparılır. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara profilaktika məqsədilə 0,5-1 q-dan venadaxili damcı yolu ilə əməliyyatdan əvvəl, əməliyyat günü və növbəti gün 1,5 q/gün (500 mq olmaqla hər 8 saatdan bir) təyin edilir. 1-2 gündən sonra dəstəkləyici peroral terapiyaya keçilir. Xroniki böyrək çatışmazlığı və kreatinin klirensi 30 ml/dəq-dən az və/və ya qaraciyər çatışmazlığı olan xəstələrə maksimal gündəlik doza 1 q-dan, qəbulların sayı gündə 2 dəfədən çox deyildir. Radiosensibilizasiyaedici dərman vasitəsi kimi Preparat şüalanmadan 0,5-1,0 saat əvvəl 160 mq/kq və ya 4-6 q/m² bədən səthi hesabı ilə venadaxili damcı ilə yeridilir. Hər şüalanma seansından əvvəl 1-2 həftə müddətində tətbiq edilir. Şüa müalicəsinin qalan müddətində metronidazol istifadə edilmir. Maksimal birdəfəlik doza 10 q-dan, kurs dozası 60 q-dan çox olmamalıdır. Şüalanma nəticəsində yaranan intoksikasiyanı aradan qaldırmaq üçün venadaxili damcı üsulu ilə 5%-li dekstroza məhlulu, hemodez və ya 0,9%-li natrium xlorid məhlulu istifadə edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-01788

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce