Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Movalis 15 mq 1,5 ml N3 ampul

Məhsul Kodu : 111-02100
İstehsalçı ölkə: Ispaniya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MOVALİS, inyeksiya üçün məhlul

MOVALİS tərkibi

MOVALİS tərkibi, 1 ampulda 15 mq Meloksikam vardır

Movalis, istifadəsinə göstərişlər

Ağrı ilə müşayiət olunan osteoartritin (artroz, oynaqların degenerativ xəstəlikləri), Revmatoid artritin, Ankilozlaşdırıcı spondilitin ilkin dövründə ağrı sindromunun müalicəsində və qısa müddətli simptomatik müalicəsində istifadə olunur.

Əks göstərişlər

Meloksikama və ya dərman vasitəsinin hər hansı bir köməkçi maddəsinə qarşı məlum yüksək həssaslıq reaksiyaları. Anamnezdə asetilsalisil turşusunun və ya digər qeyri-steroid iltihab əleyhinə dərman vasitələrinin istifadəsindən sonra bronxial astma, burun polipləri, angionevrotik ödem və ya övrə. Aorto-koronar şuntlama əməliyyatı (CABG) keçirmiş xəstələrdə perioperasion ağrıların müalicəsi. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi və ya perforasiyasının kəskinləşmə dövrü. Kron xəstəliyi və xoralı kolitin kəskinləşmə dövrü. Ağır qaraciyər çatışmazlığı, hemodializ olunmayan ağır böyrək çatışmazlığı. Kəskin mədə-bağırsaq qanaxmaları, yaxınlarda keçirilmiş serebrovaskulyar qanaxmalar. Qanın laxtalanma sistemi xəstəlikləri, ağır və nəzarətedilməyən ürək çatışmazlığı. Hamiləlik və laktasiya dövrü. Antikoaqulyantlarla müalicə alan pasiyentlər, uşaqlar və 18 yaşa çatmamış yeniyetmələr.

Hamiləlik və laktasiya dövründə istifadəsi

MOVALİS-in hamiləlik zamanı istifadəsi əks göstərişdir. Prostaqlandinlərin sintezinin ləngiməsi hamiləliyə və dölün inkişafına mənfi təsir göstərə bilər. Epidemioloji məlumatlara əsasən, hamiləliyin erkən mərhələlərində bu preparatın qəbulu düşüklərin, ürək qüsurlarının və digər qüsurların inkişaf riskini artırır. Hamiləliyin III trimestrində istifadəsi dölün kardio-pulmonar və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Həmçinin, doğuş zamanı qanaxma müddətinin artması və doğuş prosesinin ləngiməsi müşahidə edilə bilər. Meloksikam ovulyasiya müddətini uzada bilər, bu səbəbdən hamiləliyi planlaşdıran qadınlara tövsiyə edilmir.

İstifadə qaydası və dozası

MOVALİS inyeksiya üçün məhlul yalnız əzələdaxili dərin yeridilir və yalnız ilk bir neçə gün müddətində istifadə edilməlidir. Venadaxili istifadə olunmur və digər preparatlarla bir şprisdə qarışdırılmamalıdır. Əlavə təsirlərin riskini azaltmaq üçün mümkün qədər qısa müddətdə və aşağı effektiv gündəlik dozada istifadə olunmalıdır. Tövsiyə olunan maksimal gündəlik doza 15 mq-dır. Osteoartrit: gündə 7,5 mq, lazım gələrsə 15 mq. Revmatoid artrit və Ankilozlaşdırıcı spondilit: gündə 15 mq, ehtiyac olduqda 7,5 mq-a endirilə bilər.

Prepared by  T-Soft E-Commerce.